Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4822/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1377/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" QSC-nin Cavabdeh1 ilə aralarında bağlanmış 28 noyabr 2014-cü il tarixli **********65 saylı kredit razılaşması əsasında Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" QSC-nin X5, Cavabdeh3, Cavabdeh4 və X4 ilə aralarında bağlanmış 005S**********01, 05S**********, 05S**********, 05S********** zaminlik müqavilələrinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməyi öz üzərlərinə götürmüşlər. "xxxx" QSC-nin maliyyə arayış ından görünür ki, Cavabdeh1 oğlunun "xxxx" ASC-yə 13.324.82 ABŞ dolları məbləğində kredit borcu, 3.323.09 ABŞ dolları faiz borcu və 4.642.16 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 21.290,07 ABŞ dolları məbləğində borcu qalmışdır. "xxxx" QSC-nin xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi üçün X5, Cavabdeh3, Cavabdeh4 və X3 xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli 05L000002840 saylı kredit xətt müqaviləsinə əsasən 60 (altmış) ay müddəti nə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunduğunu, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 28 noyabr 2014-cü il tarixli 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verildiyini, tərəflərin imzaladıqları 12 mart 2015-ci il tarixli 005R**********S saylı və 13 mart 2015-ci il tarixli 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edildiyini, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığı nı, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03 may 2016-cı il tarixdən banka qaytarmadığını, Cavabdeh1 götürdüyü kredit borcundan 6675,18 ABŞ dolları ödədiyini, onun banka 13324,82 ABŞ dolları məbləğində kredit borcu qaldığını, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25 yanvar 2017-ci il tarixə 267 gün üçün hesablanmış faiz borcunun 3323,09 ABŞ dolları təşkil etdiyini, kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməli olduğunu, 25 yanvar 2017-ci il tarixə 267 gün üçün hesablanmış cərimənin 4642,16 ABŞ dolları təşkil etdiyini, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüklərini, cavabdehlərin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıdıqlarını və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməli olduqlarını göstərərək Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 və X1 müştərək qaydada 13.324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 4642,16 ABŞ dolları cərimə borcu olmaqla cəmi 21.290,07 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev, iş № 2(026)-255/2017) iddia qismən təmin edilərək, Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4 və X1 müştərək qaydada 13.324,82 (on üç min üç yüz iyirmi dörd dollar, səksən iki sent) ABŞ dolları əsas borc, 3323,09 (üç min üç yüz iyirmi üç dollar doqquz sent) ABŞ dolları faiz borcu, 2000 (iki min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 18647,91 (on səkkiz min altı yüz qırx y eddi dollar doxsan bir sent) ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 (otuz) manatın alınıb "xxxx" QSC-nə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində hesab etmişdir ki, cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və iddiaçı qarşısında mülki məsuliyyətləri yaranmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), N.Nəsibov, A.Abbasov, iş № 2(105)-3331/2017) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Qobustan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(026)-255/2017 saylı qətnaməsinin Cavabdeh1 apellyasiya şikayəti üzrə qismən, cərimə borcuna aid hiss ədə dəyişiklik edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məzənnə üzrə manatla 100 (yüz) ABŞ dolları cərimə borcu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən 2000 ABŞ dolları cərimə pulu tutması tənasübsüz surətdə yüksəkdir. Buna görə də cavabdehlərdən müştərək qaydada 100 ABŞ dolları cərimə pulunun tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehlərin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. Cavabdeh1 apellyasiya şikayətində faiz pulu nun həddindən artıq çox hesablanmasını mübahisələndirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-nin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Kasasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov, İ.Xələfov, iş № 2(102)4498/2020) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(105)-3331/2017 nömrəli iş üzrə 26 oktyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 aid hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Cavabdeh1 aid hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli qə tnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, T.Quliyev, iş № 2(105)-1377/2021) Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Qobustan Rayon Məhkəməsinin iş üzrə 04 may 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsinin zamin Cavabdeh2 münasibətdə ləğv edilməsi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" QSC ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı zamin bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür. 23 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsində faiz dərəcəsi göstəril məmişdir. Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də R.B.Fəsədova qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" QSC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1377/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə mübahisələndirilən hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi b arədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin qismən ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrin ə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etmək dən imtina etdikdə; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəli yini öz üzərinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcə si barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya ol madığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məh kəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1377/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddiaçının hazırkı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4822/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4822/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver