Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4824/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4824/21 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(105)999/2021 saylı qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borca görə 2.332,84 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim X.İ.Quliyev) iddia təmin edilərək, cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borca görə 2.332,84 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən və məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il qətnaməsi dəyişdirilmədən saxlanılıb. 19 may 2021-ci il tarixdə cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli qərardadı ilə cavabdehin həmin məhkəmənin 01 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsinin surəti 04 mart 2021-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilib və 13 mart 2021-ci il tarixdə cavabdeh “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini alıb, 19 may 2021-ci il tarixdə ondan kassasiya şikayəti verib. Beləliklə də cavabdeh qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürüb və buraxılmış müddətin bərpası barədə məhkəməyə ərizə verməyib. Ona görə də cavabdehin qətnamədən verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraa tı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 133.1-ci madd əsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki i ş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, haqlı olaraq qeyd etmişdir ki, prosessual müddətin axımı qətnamənin surətinin rəsmi qaydada işdə iştirak edən şəxslərə verildiyi gündən hesab lanır və prosessual qanunvericilikdə qətnamə üçün belə prosessual müddət iki ay müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsinin surəti 04 mart 2021-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilib və 13 mart 2021-ci il tarixdə cavabdeh “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini alıb və 19 may 2021-ci il tarixdə ondan kassasiya şikayəti verib. Cavabdeh qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürüb və buraxılmış müddətin bərpası barədə məhkəməyə ərizə verməyib. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətini 13 mart 2021-ci il tarixdə aldığını, həm in gün “Ramazan bayramı” ilə əlaqədar olaraq qeyri-iş gününə düşdüyündən, kassasiya şikayətini bayram günündən sonra ilk iş günündə, yəni 16 may 2021-ci il tarixdə prosessual müddəti ötürmədən rabitə orqanına təqdim etdiyini və beləliklə də prosessual müddəti ötürmədiyini göstərsə də, istinad etdiyi hallarla bağlı apellyasiya instansiyası məhkəməsi heç bir sənəd təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etm əlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələ üzrə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanı lmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli, 2(105)-999/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4824/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4824/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver