Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4827/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı X4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakışəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim: G.K.İmanova; 2(010)-24/2018) iddia təmin edilmiş, İddiaçı X3 200 manat ekspertiza xə rci tutularaq Dövlət Büdcəsinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu tarixli qətnaməsi ilə (hakimlərİ X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova 2(103)-400/2019) iddiaçı İddiaçı X4 apellyasiya şikayəti qisməm təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixliqətnaməsi ləğv edilmiş,iş üzrə yeni qətnamə qəbul edilmişdir.İddia tələbi qismən təmin edilmiş,cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada İddiaçı X4 xeyrinə 675 (altı yüz yetmiş beş) ABŞ dolları əsas borc alınacaq gündə ABŞ dollrının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla tutulması,iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatlarının dəyər i olan 320 (üç yüz iyirmi) manatın 60, 8 (altmış manat səksən qəpik) manatı müştərək qaydada cavabdehlər X5 və Cavabdeh2 259,2 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manatı İddiaçı İKB ASC-dən alınıb, Az.MEM,VÖEN **********, AZ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu ********, VÖEN **********, Müxbir hesab AZ**********,SWİFT BİK CTREA****** saylı hesaba keçrilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı X6 ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət ərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 2983 ABŞ dolları əsas, 567 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3550 ABŞ lari borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrininçıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tar ixli 2(010)-8905/2016 saylı əmri ilə X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı” X4 xeyrinə 2983 ABŞ dolları əsas, 567 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3550 ABŞ dolları borc və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını əmr ıişdir. Cavabdeh X5 07.12.2016-cı il tarixdə Suraxanı rayon Məhkəməsinin 2(010)8905/2016 saylı 22.07.2016-cı il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 283-cü maddəsinin tələblərinə riayət etməklə 2(010)-8905/2016 saylı 12 dekabr 2016-cı il tarixli qərardadı ilə Suraxanı Rayonn Məhkəməsinin 2(010)-8905/2016 saylı 22.07.2016-cı il tarixli məhkəmə əmrini ləğv edib mülki üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı X6 ilə cabdeh X5 arşında bağlanmış 30.03.2015-ci il tarixli ************* nömrəli kredit müqaviləsinə əsasən ona illik 29 faiz olmaqla 24 ay müddətinə 5000 ABŞ dollar kredit verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafıkinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin təmnatı kimi digər Cavabdeh2 ilə ) 3.2015-ci il tarixli 21 -Z1 -1 -0-129-15 saylı zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Kassasiya şikayətinin dəlilləri İddiaçı X6 kassasiya şikayə tində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 101.3, 102.2, 217.1, 217.3-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 428.4, 445.1, 428.4, 449.4, 462.3, 465-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflərheç bir üzrlü səbəb gös tərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hü quqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən o, cümlədən iş materiallarında olan İddiaçı X6 ilə cavabdeh sbrayılov Üzeyir Allahyar oğlu arşında bağlanmış 30.03.2015-ci il t arixli *************** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 29 faiz olmaqla, 24 ay müddətinə 5000 ABŞ dolları kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin təmnatı kimi digər Cavabdeh2 Vahid oğlu ilə 30.03.2015-ci il tarixli ***************** saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin banka 2983 ABŞ dolları əsas, 7 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3550 ABŞ dolları borcu vardır. 06.07.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabehin anka 1082,9 ABŞ dolları əsas, 951,12 ABŞ dolları faiz, 20,18 ABŞ dolları cərimə borcu olmaqla, 2054,2 ABŞ dolları borcu yaranmışdır. Bank tərəfindən təqdim edilmiş 27.11.2017-ci il tarixli maliyyə arayışına görə isə cavabdehin Banka 975,02 ABŞ dolları faiz v ə 23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 998,02 ABŞ dollar borcu vardır. Suraxanı rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(010)- 4/2017 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə spertizası Mərkəzi tərəfindən verilmiş 33209 nömrəli 02 mart 2018-ci il tarixli rəydən görünür ki, materiallarında olan hesabdan çıxarış məlumatlarından və 30.03.2015-ci il tarixli **************** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X2 30.06.2016-cı il tarixinə banka olan borcu 3669,23 ABŞ dolları məbləğində (əsas borc 3385,16 ABŞ dolları,faiz borcu 188,16 ABŞ dolları və cərimə borcu 95,91 ABŞ dolları) müəyyən olunur. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından və 30.03.2015-ci il tarixli ***************** nömrəli kredit mü qaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X2 müqavilənin icra müddətinin bitdiyi 30.03.2017-ci il tarixinə banka olan borcu 1504,93 ABŞ dolları (1463,82 ABŞ dolları əsas, 18,87 ABŞ dolları faiz, 22,24 ABŞ dolları cərimə) əbləğində müəyyən olunur. X2 27.11.2017-ci il tarixinə olan borcu 9 1677,15 ABŞ dolları məbləğində (1463,82 ABŞ dolları əsas, 213,33 ABŞ dolları faiz ) müəyyən olunur. 20.02.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh əfindən 20.02.2018ci il tarixində Banka 500 ABŞ dolları ödəniş edilmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmam ış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385-ci maddəsinə əsasən öhdəl iyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi ıdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə ) miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 addəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi ilandırılır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliy in icra edilməməsi dedikdə onun pozulması ) ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə jsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) jşa düşülür. - 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində rduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda üəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün ıllar üçün cavabdehdir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru rşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hiss ə-hissə icra etməsi üçün məsuliyyəti öz ərinə götürür. -472.1-ci və 472.3-cü maddələrinə görə borc zaminliklə təmin edilmiş öhdəliyi icra nədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində minin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə əsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc ulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra məməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin əditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər minlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət işıyırlar. Məhkəmə -mühasibatlıq ekspertizasının 08 yanvar 2019-cu il tarixli rəyindən görünür ki, X2 müqavilə müddəti bitən, yəni 30.03.2017-ci il tarixə 1243,97 ABŞ dolları əsas, 16,03 ABŞ dolları faiz borcu məbləğində borcu müəyyən olunur. Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddəti bitəndən sonra borclu tərəfindən 22.11.2017-ci ildə 85,0 ABŞ dolları əsas, 20.02.2018-ci ildə 500 ABŞ dolları məbləğində ödəniş etmişdir. Belə olan halda Cəbrayılov Üzeyir Allahyar oğlunun banka olan əsas borcu 658,47 (1243,97-585,0 =658,97) ABŞ dolları təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası anu nunun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Müqavilə müddətinin sonuna olan 16,03 ABŞ dolları faiz və 1243,97 ABŞ dolları əsas borc əsas götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi və prosessual hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və ə saslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 06 fevral 2019-cu il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4827/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4827/2019
04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver