Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4828/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli 2(103)1339/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-70/ 2018) iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər-Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 2.519.480,14 manatın iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın Cavabdeh2-yə məxsus 9 ədəd yükləyici, avtoqreyder, traktor, yolbasan, kombayn, ekskavatorlara və torpaq sahəsinə yönəldilməsi, onların ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, ə ldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin MMC-yə qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh2–nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən tutulması qət edilmiş pul məbləğinin miqdarına aid hissədə dəyişdirilərək həmin məbləğin cəmi 2.364.960,82 manat müəyyən edilməsi, həmin məbləğdən 390.000 manat miqdarında edilmiş ödənişin çıxıldıqdan sonra cəmi tutulmalı olan məbləğin qəti olaraq 1.974.960,82 manat məbləğində müəyyən edilməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qala n hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 14 yanvar 2015-ci il tarixdə Cavabdeh2 ilə “xxxx” ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən MMC-yə illik 6 faiz olmaqla 60 ay müddətinə 2.425.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2-nin öhdəliklərinin təminatı kimi MMC-yə məxsus 9 ədəd texnika, Cavabdeh1 məxsus 3,0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh1la zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin fevral ayında bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən icra olunmamış kredit borcuna görə cəmi 2.619.317,05 manat tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilmə sinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən MMC tərəfindən banka 390.000 manat ödənilmiş və bununla əlaqədar cavabdehlərdən tutulması qət edilmiş pul məbləği azaldılmışdır. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək işin məhkəmənin icrasında olduğu müddətdə onlar tərəfindən həyata keçirilmiş ödənişlərin əsas borcdan deyil, faiz və cərimə borclarından silinməsini və bununla da maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda iddiaçı-Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək məhkəmə tərəfindən əsas borcun və faizlərin d üzgün hesablanmamasını, ipoteka qoyulmuş əşyaların dəyərinin isə yüksək qiymətləndirilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının və Cavabdeh2-nin vəkilləri verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətl əri təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən bankın xeyrinə 1.974.960,82 manat tutulmasını qət edib, qalan hissədə iddianın rədd olunmasını əsaslı sayarkən cavabdehlər Cavabdeh2-nin bank qarşısında öhdəliyini lazımınca icra etməməsini, faiz borcunun məbləğinin 152,432,79 manat, əsas borc, faiz borcu və cərimənin cəmi məbləğinin 2.364.960,82 manat (2.172.528,03+152.432,79+40.000=2.364.960,82) təşkil etməsini əsas göstərmiş və bununla əlaqədar həmin məbləğdən işə məhkəmə instansiyalarında baxılarkən cavabdeh tərəfindən ödənilmiş 390.000 manatı çıxmışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tutulmalı olan borcun məbləğinə aid hissədə gəldiyi nəticəni işdə olan sübutlara uyğun və aydın şəkildə əsaslandırmadığından, eləcə də, ödənişlərin (390.000 manat) borcun hansı hissəsindən (əsas borc, faiz borcu və cərimə) çıxılması dəqiqləşdirilmədiyindən qətnamə qanuni sayıla bilməz. İşdən görünür ki, bank tərəfindən irəli sürülmüş dəqiqləşdirilmiş iddia ərizəsində cavabdehlərdən əsas borca görə 2.172.528,03 manat, faiz borcuna görə 306.952,11 manat, dəbbə puluna görə 784.769,98 manat tutulması tələb edilmişdir. Apellyasiya instansiyası məhkəməsi əsas borc kimi bankın tələb etdiyi məbləği, (2.172.528,03 manat) faiz borcu kimi isə ekspe rtin müəyyən etdiyi məbləği (152.432,79 manat) qəbul edərkən faiz borcuna aid hissədə gəldiyi nəticəni və bankın faizə görə cavabdehlərdən 306.952,11 manat tələb etməsinin əsassız olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası bankın tələb etdiyi əsas borcu (2.172.528,03 manat) və faiz borcunu (152.432,79 manat) toplayıb onların üstünə dəbbə puluna görə 40.000 manat da gəlib cəmi borcu 2.364.960,82 manat (2.172.528,03+152.437,79+40.000=2.364.96,82) müəyyən edərkən əsas və faiz borcunun üstünə hesabladığı dəbbə pulunun miqdarına aid hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən məhkəmədə işə baxılan ərəfədə ödənilmiş 390.000 manatı tutulmalı olan cəmi borcdan çıxarkən həmin məbləğin kredit borcunun hansı hissəsindən (əsas borc, faiz borcu və dəbbə pulu) və nə qədər çıxıldığının həmin hissələrin hər biri üzrə tutulmalı olan məbləği müəyyən etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 9.3-cü maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesab lanmalıdır. İşin yuxarıda göstərilən hallarına əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4828/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4828/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver