Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-483/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhər 52 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2769/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 ilə Elman Hacıyev 11.12.1993-cü il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.1994-cü il təvəllüdlü (digər iddiaçı) İddiaçı2 adlı övladları doğulmuşdur. Onlar əvvəl Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən 10 saylı evdə yaşamış, 1995-ci ildə həmin evi sataraq ünvan 2-ə köçmüş və həmin mənzildə, mənzilin mülkiyyətçisi olan (iddiaçının qaynanası) İddiaçı2 ilə birlikdə yaşamışlar. Sonradan İddiaçı1 ilə E.Hacıyevin münasibətləri korlanmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.01.2008-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra İddiaçı1 azyaşlı uşağı ilə birlikdə mənzildə yaşamaqdan məhrum edilmişdir. İddiaçı1 mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etm iş, həmin Məhkəmənin 10.06.2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi və onun azyaşlı uşağı ilə həmin mənzilə köçürülməsi qət edilmişdir.
2. İddiaçıların bildirdiklərinə görə, onların cavabdehlər arasında baş verən mübahisə nəticəsində iddiaçılar (İddiaçı1 və övladı İddiaçı2) aranın sakitləşməsi üçün mənzili tərk edərək kirayəyə çıxmış, lakin onların bütün əmlakları mənzildə qalmışdır. 2018-ci ilin noyabr ayının sonlarında mənzilə qayıtmış və mənzilin qapısını açmaq istəyərkən evdə 4-5 ustanın işlədiyini görmüş və bununla maraqlananda bir nəfər özünü ev sahibi kimi təqdim edən orta yaşlı bir kişi iddiaçıları evə buraxmamışdır. İddiaçılar bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 qaynar xəttinə” və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməs inə məlumat vermişlər. Buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İddiaçıların dövlət qurumlarından əldə etdikləri məlumatlara əsasən müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi olan cavabdeh İddiaçı2 iş üzrə üçüncü şəxs olan Z.Hacıyevaya verdiyi 08.01.2019-cu il tarixli etibarnamə əsasında mənzil Cavabdeh3 satılmışdır. İddiaçılar hesab edirlər ki, həmin alğı-satqı etibarsızdır. Çünki, iddiaçılar həmin mənzildə qeydiyyatda olmuşlar və istər cavabdeh İddiaçı2, istərsə də onun nümayəndəsi olan Z.Hacıyeva bunu, habelə iddiaçıların məhkəmə qətnaməsi əsasında mənzilə köçdüklərini bilirdilər. Belə olan halda mənzil iddiaçıların razılığı əsasında və ya iddiaçılara kompensasiya verilməsi qaydasında satıla bilərdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icr aat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhər 52 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilə dair Cavabdeh2 nümayəndəsi X5 ilə cavabdeh X1 arasında Bakı şəhəri, 52 saylı Notariat Kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddiaçı İddiaçı1 məhkəməyə ərizə verərək, alqı-satqı zamanı Cavabdeh2 nümayəndə kimi təmsil edən X2 iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 1993-cü ilin dekabr ayının 11-də X6 ilə ailə qurmuş və xx xxxxxx 1994-cü ildə nikahlarından İddiaçı2 doğulmuşd ur. Əvvəl Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən 10 saylı evə gəlin köçüb yaşasa da, 1995-ci ildə yaşadıqları evi satıb ünvan 2 ünvana köçmüşlər. Həmin vaxtdan ailə üzvləri, yəni həyat yoldaşı, qızı və qaynanası İddiaçı2 ilə birlikdə həmin evdə yaşamışlar. Yaşadıqları mənzil həyət tipli 1 mərtəbəli Aınerkanka tipli həyət evi olmuşdur. Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli qətnaməsi ilə nikahları pozuldu. Sonradan həyat yoldaşı və qaynanası onu evə qoymadıqlarına görə, o, məcbur olub məhkəmə qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürüldü və yenə də birgə yaşamağa başladılar. Onun bütün əmlakı həmin mənzildədir. Son bir ildə ailədə baş verən söz-söhbətlər nəticəsində o qızını da götürüb aranın sakitl əşməsi üçün kirayəyə çıxmış, lakin bütün əmlakı və cehiz əşyaları həmin evdə qalmış, mütəmadi olaraq həmin mənzilə gedib-gəlmişlər. 2018-ci ilin noyabr ayının sonları-dekabrın əvvəllərində qızı ilə birlikdə qeydiyyatda olmaqla yaşadıqları evə gəlib qapını açmaq istəyərkən evdə 4-5 ustanın işlədiyini gördü və bununla maraqlananda bir nəfər özünü ev sahibi kimi təqdim edən orta yaşlı bir kişi onu evə buraxmadı. O ona evin yiyəsi 6. 7. 8. 9. olduğunu dedikdə, həmin şəxs onların işinin məhkəmədə olduğunu bildirərək evə buraxmaqdan imtina etdi. O bu barədə dərhal 102 qaynar xəttinə müraciət etdi. Bununla bağlı özünü 13-cü Polis bölməsinin əməkdaşı kimi təqdim edən şəxs bildirdi ki, «sizdən ərizə veriblər. Biz sizin işə baxmırıq». O onlara bildirdikdə ki, bütün əmlakı həmin evdə olduğu hald a, qapının açarını kim dəyişib və əmlakının taleyi sual altındadır, həmin şəxs onu dinləmədən telefonu qapatdı. Bundan sonrakı müddətdə isə şikayəti ilə maraqlanan olmadı. O, bu barədə məhkəməyə getdikdə isə məlum oldu ki, qaynanası ona qarşı məhkəmədə yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma barədə iddia qaldırıb, lakin təkrarən məhkəməyə gəlmədiyinə görə Sabunçu rayon Məhkəməsi iddianı baxılmamış saxlayıb. O, əmlakının oğurlanması və qeydiyyatda olduğu mənzilin qanunsuz və saxta sənədlərlə satılması barədə aidiyyəti üzrə Sabunçu RPİ-nin İ2-ci Polis Bölməsinə mütəmadi şikayətlər etdi. X8 və Ülvi adlı əməkdaşları onun xəbəri olmadan və şikayəti üzrə heç bir araşdırma aparmadan icraata xitam verilməsi barədə qərarlar qəbul etmişlər. Uzun müddətli get-gəldən sonra nəhayət ki, h əmin qərarların surəti rəsmi qaydada ona təqdim edildi. Onun həmin qərarlardan verdiyi şikayət Bakı şəhəri Sabunçu rayon Prokurorluğu tərəfindən təmin edilərək, qeyd olunan qərarlar ləğv edilərək, aidiyyəti üzrə baxılması üçün Sabunçu RPİ-yə göndərilmişdir. Hazırda şikayəti həmin idarənin müstəntiqi, polis kapitanı Elxan Hacıyevin icraatındadır. Bundan sonra, alqı-satqı müqaviləsinin hansı notariat kontorunda bağlan-ması barədə AR Ədliyyə Nazirliyinə edilmiş sorğuya verilən 14 may 2019-cu il tarixli 05/2959/2-14 saylı cavab məktubundan müəyyən olunmuşdur ki, 08 yanvar 2019-cu ildə etibarnamə üzrə nümayəndə X5 (mülkiyyətçi Cavabdeh2) tərəfindən qeyd olunan mənzil Cavabdeh3 satılmışdır. Halbuki, qeyd olunan mənzildə pasport qeydiyyatında olmağını mülkiyyətçi və onun nümayəndəsi olan qızı Zey bə Hacıyeva bilirdi. Çünki, cavabdeh İddiaçı2 onların həmin 11 saylı mənzildən qeydiyyatdan çıxmaqları barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə iclaslarına getmədiklərinə görə iddia ərizələri baxılmamış saxlanılmışdı. Həmin şəxslər məhkəməyə müraciət etmələrinə baxmayaraq, sonradan saxta sənədlər əsasında mənzili başqa şəxsə satmışlar. Hazırkı mübahisədə isə onlar 2000-ci ildən əvvəlki müddətdə mübahisəli 11 saylı mənzildə pasport qeydiyyatında olmaqla yaşamaqları və Sabunçu rayon Məhkəməsinin 10 iyun 2008-ci il tarixli 2(008)-902/2008 saylı qətnaməsi ilə onlar 11 saylı mənzilə köçürülməkləri barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda cavabdeh İddiaçı2 bilərəkdən məhkəmədə iddia qaldırdıqdan sonrakı müddətdə onların mənz ilə olan qeydiyyatlarını ləğv etdirmədən və istifadə hüququnun itirilməsi barədə kompensasiya ödəmədən, eləcə də mənzildə olan əmlakının mövcudluğunu nəzərə almadan, mənzili üçüncü şəxsə satmasına dair nəticə hüquqi müəyyənlik prinsipinə uyğun gəlmir. Xüsusilə qeyd edilməlidir ki, onlar mənzilin kirayəçisinin ailə üzvü olmaqla təxminən 1996-cı ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqları və həmin mənzilin onların qeydiyyatda olduqları yer olması, onları ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik etmişdir. Cavabdeh İddiaçı2 birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, həmin mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. İddiaçılar uzun müddətdir ki, həmin mənzildə yaşamırlar, istifadə etmirlər və əmlakları olmamışdır. O, mənzil yaşayı ş üçün yararsız olduğuna görə özü də qızının yanında yaşamışdır, ona qızı baxır. Daha sonra həmin mənzili satmaq üçün qızına etibarnamə vermişdir. Belə ki, səhhəti imkan vermir ki, sənəd işi ilə bağlı tez-tez gedib gəlsin. Daha sonra onun adından qızı Bakı şəhəri 52 saylı Notariat Kontorunda qanunvericiliyin bütün tələblərinə əməl edilməklə mənzil Cavabdeh3 satmışdır. Üçüncü şəxs Zeybə Hacıyeva birinci instansiya məhkəməsinin iclasında cavabdeh İddiaçı2 ilə eyni məzmunda izahat vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.Səmədov) 30 sentyabr 2019-cu il tarixli, 2(008)-4475/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 11 saylı mənzilə dair Cavabdeh2 nümayəndəsi X5 ilə cavabdeh X1 arasında Bakı şəhəri, 52 saylı Notariat Kontorunda 08 yanvar 2019 -cu ildə bağlanmış Aİ-İ ********* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 21600 manat tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mülkiyyətçi Cavabdeh2 (etibarnamə ilə nümayəndəsi, qızı X5 vasitəsilə) tərəfindən mübahisəli mənzilin Cavabdeh3 satılması zamanı mənzildə qeydiyyatda olan heç kimin yazılı razılığı alınmamış, belə bir razılıq alınmadan mənzil yüklü vəziyyətdə digər Cavabdeh3 satılmışdır. Bununla da, iddiaçıların hüquqları pozulmuşdur. “Alğı-satqı müqaviləsi” etibarsızdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) 03 fevral 2020-ci il tarixli, 2(103)-860/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) 2(102)-5161/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-860/2020 nömrəli, 03 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yen i apellyasiya baxışına göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddələrinə istinad etməklə iddianın əsaslı olmasına dair gəldiyi nəticə səhvdir. Belə ki, əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hazırki işdə iddiaçıların mübahisəli mənzildən istifadə hüququ (şəxsi servitut) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ko llegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin alıcısı Cavabdeh3 mənzildə iddiaçıların qeydiyyatının olmasına münasibətdə vicdanlı olub-olmamasına da hüquqi qiymət verməmişdir. Belə ilk, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələ binə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27.10.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadı ğı hallarda da alıcı vicdanlı hesab edilir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və R.Həsənov) 04 iyun 2021-ci il tarixli, 2(103)-2769/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhər 52 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Ali Məhkəmənin qərarına uyğun əsaslandır araq qeyd etmişdir ki, işə baxmış Rayon Məhkəməsi mübahisəli mənzilin iddiaçıların istifadə hüququ ilə yüklü olması və bu səbəbdən də, mübahisəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə gəldiyi nəticə səhvdir və işin faktiki hallarına uyğun deyil. İddia əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzil üzərində şəxsi servitutun mövcudluğu ona dair sərəncam verilməsi imkanını aradan qaldırmır. Hazırki işdə isə iddiaçıların mübahisəli mənzildən istifadə hüququ (şəxsi servitut) daşınmaz əmlakın dövlət reyes trində qeydə alınmamışdır. Halbuki, İddiaçı1 11.12.1993-cü ildə X6 ilə ailə qurmuş, xx.xx.1994-cü ildə onların nikahından İddiaçı2 doğulmuş, əvvəl Bakı şəhəri, 7-ei mikrorayonda yerləşən 10 saylı evə gəlin köçüb yaşamış, 1995-ci ildə yaşadıqları evi satıb Sabunçu rayonu, ünvan 3 ünvana köçmüşlər. Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, sonradan həyat yoldaşı və qaynanası iddiaçıları evə qoymadıqlarına görə, məcbur olub məhkəmə qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 10 iyun 2008-ci il tarixli 2(008)-902/2008 saylı qətnaməsi ilə iddiaçıların 11 saylı mənzilə köçürülmələri barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmuşdur. İddiaçıların qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürüldükləri və 1999-cu ildən qeydiyyatda olmaqla yaşadıqları 11 saylı mənzilə görə istifadə hüquqlarının dövlət qeydiyyatına alınmaları barədə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etməmələri, hazırki vəziyyətdə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı2 və onun etibarnamə üzrə nümayəndəsi iddiaçıların qeyd olunan mənzildə pasport qeydiyyatında olduqlarını və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülmələrini əvvəlcədən bilmişlər. Çünki, evin alqı-satqısından əvvəl, iddiaçılara qarşı Sabunçu rayon Məhkəməsində “yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia qaldırmış, sonradan iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə Məhkəmənin 20.12.2018-ci il tarixli 2(008)-8395/2018 saylı q ərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Bundan əlavə, Cavabdeh3 də iddiaçıların qeyd olunan mənzildə pasport qeydiyyatında olmalarından və yaşamalarından əvvəlcədən məlumatı olmuşdur. Belə ki, hələ 2018-ci ilin noyabr-dekabr aylarında iddiaçılar qeydiyyatda olduqları mübahisəli mənzilə getmiş, mənzilin qapısını Cavabdeh3 həyat yoldaşı açmış və mənzili Zeybə Hacıyevadan aldığını bildirmişdir. Halbuki, alqı-satqı müqaviləsi 08.01.2019-cu ildə rəsmiləşdirilmişdir, İddiaçı1 əmlakının mübahisəli mənzildə olmadığını görüb həmin vaxt dərhal 102 qaynar xəttinə zəng etmiş, bu barədə ətraflı məlumat vermişdir. Lakin onun şikayəti Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən araşdırılmamış, yekunda isə 27.12.2018-ci ildə cinayət işinin rədd edilməsi haqqında qə rar qəbul edilmişdir. İddiaçı tərəfindən 27.12.2018-ci il tarixli ərizə ilə təkrarən Sabunçu rayon Polis İdarəsinə və Sabunçu rayon Prokurorluğuna şikayət ərizələri ilə müraciət olunaraq qeydiyyatda olduğu mübahisəli mənzildə mövcud olan əmlakının oğurlanması və saxtakarlıqla mənzili satmış şəxslərin müəyyən edilib cəzalandırılmasını tələb etmiş, həmin şikayət ərizəsi üzrə 12-ci Polis bölməsinin digər təhqiqatçısı Ülvi Fərhadlı tərəfindən ətraflı araşdırma aparılmadan 26.01.2019-cu il tarixli qərarla yenidən cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı həmin qərarlardan müxtəlif instansiyalara şikayət edib, Sabunçu rayon Prokurorluğu hər iki-qərarı ləğv etmiş, araşdırma üçün Sabunçu rayon Polis İdarəsinə göndərmişdi r. Cavabdeh3 birinci instansiya məhkəməsinin 24.05.2019-cu ildən qətnamənin elan olunduğu 30.09.2019-cu il tarixədək olan iclaslarında ümumiyyətlə iştirak etməmiş, apellyasiya şikayətində isə qeyd edir ki, alqı-satqı bağlanana qədər onun mübahisədən məlumatlı olmadığını və vicdanlı alıcı olmasını qeyd edir. Halbuki, hələ alqı-satqı müqaviləsi bağlanmamışdan azı 2 ay əvvəl mənzili alıb-satan cavabdehlər Cavabdeh3 və İddiaçı2 iddiaçıların qeyd olunan mənzildə qeydiyyatda olmaları, iddiaçıların əmlaklarının mənzildən qanunsuz çıxarmaları və digər hallar barədə ətrafı məlumatları olmuş, onlar əvvəlcədən planlı şəkildə 52 saylı notariat kontoruna gedib, 11 saylı mənzildə qeydiyyatda olan şəxslərin heç birinin razılığı olmadan alqısatqı müqaviləsi bağlamağa nail olmuşlar. Bu faktı, məhkəməyə təq dim edilmiş cinin ət işinin başlanmasının rədd qərarları tam sübut edir. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin təhqiqatçısı Ülvi Fərhadlının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 26.01,2019-cıı il tarixli qərarından görünür ki, izahatı alınmış Cavabdeh3 həyat yoldaşı X3 izahatında göstərir ki, “2018-ci ilin noyabr ayında H.Araslı küçəsi, ev 1, mənzil 11 ünvanda yerləşən fərdi yaşayış evini Zeybə Hacıyevadan almış evi həyat yoldaşı Cavabdeh3 adına almışdır. Həmin şəxsin izahatından da görünür ki. hələ müqavilə bağlanmamışdan 2-3 ay əvvəl mənzilin alıcısı həmin evdə iddiaçıların qeydiyyatda olmalarından məlumatlı olmuş, evin mülkiyyətçisi alıcıya vəd vermişdir ki, Sabunçu Rayon Məhkəməsi vasitəsilə iddiaçıları qeydiyyatdan çıxaracaqdır. Bundan başqa, müqaviləni tə sdiq edən notariat kontoru isə unikal addım ataraq, küçənin H.Araslı kimi qeyd etmək əvəzinə “Həmid Məmməd” küçəsi kimi AR Ədliyyə Nazirliyinin “Elektron notariat" informasiya sisteminə daxil edib, mübahisəli mənzildə heç kimin qeydiyyatda olmaması barədə saxtakarlıq etmiş, bununla da iddiaçıların qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur. Halbuki, notariat kontorlarında küçə adı verilmiş şəxslərin ad-soyadları sistemə qeyd edildiyi halda, notarius H.Araslı əvəzinə Həmid Məmmədtağı kimi, yəni ad və ata adını sistemə daxil edib, göstərilən parametrə uyğun formada qeydiyyatın olmaması barədə çıxarış əldə etmişdir. Qeyd olunan alqı-satqınm etibarsızlığının digər bariz nümunəsi isə onun qiyməti ilə bağlıdır. Belə ki, həyətyanı torpaq sahəsi olmaqla, sahəsi 42,85 km.m olan 4 otaqlı mənz ilin Sabunçu rayonu ərazisində ən ucuzu 60000-65000 manatdan başlayır. Müqavilədə isə qeyd olunan mənzilin qiyməti 21600 manat göstərilmiş, ondan da 964,13 manat vergi tutulmuşdur ki, 20635 manata, yəni dəyərindən azı 3 dəfə ucuz qiymətə həyətyanı torpaq sahəsi olan mənzil satılması qeyri-mümkündür. İddiaçılar isə 17.02.1999-cu ildən mübahisəli ünvanda pasport qeydiyyatında olmuşlar. Qeyd olunan hallar iddia tələblərinin əsaslı olmasına dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
28. Sabunçu Rayon Məhkəməsinin 10.06.2008-ci il tar ixli qiyabi qətnaməsindən (İş № 2(008)902/2008) görünür ki, həmin qətnamə ilə İddiaçı1 cavabdehlər Cavabdeh2 və X4 qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasının təmin edilməsi və İddiaçı1 azyaşlı uşağı ilə birlikdə ünvan 5 ünvanda yerləşən 11 saylı mənzilə köçürülməsi qət edilmişdir.
29. ASAN 4 Xidməti tərəfindən 06.09.2019-cu il tarixdə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, hazırki iş üzrə tərəflər mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
30. Sənədlərdən görünür ki, mübahisəli mənzil Cavabdeh2 mülkiyyətində olmuşdur. O, onunla digər Cavabdeh3 arasında bağlanmış və 08.01.2019-cu il tarixdə 52 saylı Notariat Ofisi tərəfindən qeydə alınaraq rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* №-li “Alğı-satqı müqaviləsinə” əsasən mənzili 21.600 manata Cavabdeh3 satmışdır. S.Haçıyevanın əvəzinə müqaviləni onun nümayəndəsi X5 imzalamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 26.10.2020-ci il tarixli qərara istinadən qeyd etmişdir ki, rayon məhkəməsinin iddianın əsaslı olmasına dair gəldiyi nəticə səhvdir. Belə ki, əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
32. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquq münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər.
33. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır.
34. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçm əsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 35. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11.07.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2004-cü il tarixli qərarında müəyyən edilən hüquqi mövqeyə görə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
36. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzil də yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.
37. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.11.2015-ci il tarixli qərarın da təsbit edilmiş hüquqi mövqeyə görə, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Mülki Məcəllənin 271.1-ci maddəsinə görə, girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
38. Göründüyü kimi, hətta mənzil üzərində şəxsi servitutun mövcudluğu ona dair sərəncam verilməsi imkanını aradan qaldırmır. Hazırki işdə isə iddiaçıların mübahisəli mənzildən istifadə hüququ (şəxsi servitut) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
39. Beləliklə, işə baxmış rayon məhkəməsi mübahisəli mənzilin iddiaçıların istifadə hüququ ilə yüklü olması və b u səbəbdən də, mübahisəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə gəldiyi nəticə səhvdir və işin faktiki hallarına uyğun deyil, iddia əsassızdır.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
41. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə h üquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2769/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov