Məhkəmə qərarları › İş №2(102)-4831/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4831/2019

04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4831/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-3271/2018, hakim F.V.Abdiyev) İddiaçı ASC-nin Cavabdeh qızına qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış 472,40 manat nəbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2170/2019, hakimlər F.Ş.Talışinski, Z.Ə.Əliyev, R.Ə.Eyvazov) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə görə 2.165,76 manat borcun onun xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Böyük şor Daş karxanası küçəsi, 65 saylı evə keçirilmiş baxış zamanı, habelə orada olan qonşulardan əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, cavabdeh ona məxsus evdə arayışda qeyd edilən 19 nəfər şəxsdən yalnız 2 nəfəri onunla yaşayır. Həmin evdə 19 nəfərin yaşaması sahə baxımından mümkünsüzdür. Cavabdehin evinin giriş qapısının yanında artıq su sayğacı quraşdırılmış, on un evinə daxil olan su və kanalizasiya xətləri mövcuddur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini 19 nəfər üzrə hesablamaqla cavabdehdən 2145,76 manat məbləğində pul tələb etməkdə haqlı olmamışdır. İddiaçı tərəfindən tələb edilən pul yuxarıda təsbit edilmiş qanunvericiliyin tələbləri baxımından faktiki və fiziki olaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən şəxslərdən tutula bilər. Bu baxımdan iddiaçı bu şəxslərin hər birinin həmin evdə yaşamasını sübuta yetirməlidir. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi yeganə sübutu Nərimanov Rayon İcra Hakimyyəti Nərimanov rayonu MənzilKommunal Təsərrüfat Birliyinin 55 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdır. Qeydiyyatda olan 17 nəfər şəxsin qeydiyyatının formal xarakter daşıması təsdiq edilmişdir, bu halda həmin şəxslər iddiaçının sahibliyində olan evdə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən şəxslər kimi qiymətləndirilə bilməz. Cavabdeh isə özü də həmin mənzildə yaşayır. Cavabdehdən tutulan borc məbləği 3 nəfər ailə üzvü üzrə 01.02.2011-ci il tarixdən su sayğacı quraşdırılmış 13.04.2016-cı il tarixədək, X1 münasibətdə 01.02.2011-ci il tarixdən 24.09.2013-cü il tarixə kimi, X2 münasibətdə isə 01.02.2011-ci il tarixdən 18.05.2015-ci il tarixə kimi hesablanmalıdır. Bu qaydada aparılmış hesablamaya uyğun olaraq 3 nəfər üzrə 5 il 2 ayın, yəni 62 ayın borcu (1 kub.m = 36 qəpik x 5 kub.m. x 3 nəfər x 62 ay=334,80) 334,80 manat, X1 münasibətdə 2 il, 7 ay, yəni 31 ayın borcu (1 kub.m = 36 qəpiq x 5 kub.m. x 1 nəfər x 31 ay=55,80) 55,80 manat, X2 münasibətdə 4 il, 3 ay, yəni 51 ayın borcu (1 kub.m = 36 qəpik x 5 kub.m. x 1 nəfər x 51 ay=91,80) 91,80 manat, ümumi borcun məbləği (334,80 + 55,80 + 91,80 = 482,40) 482,40 manat təşkil edir. Həmin məbləğdən də, cavabdeh tərəfindən ödənilmiş 10 manat çıxılmalı və yekun borc olaraq (482,40-10=472,40) 472,40 manat məbləğində pul vəsaiti su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc qismində Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 7.4 və 7.5-ci maddələrinin tələblərinə əsasən: Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxsləri n sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qaydalara müvafiq olaraq iddiaçının ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik sayına uyğun olaraq borcu hesablamaq imkanı olduğu halda, yalnız özünün maraqları çərçivəsində, qeydiyyatda olan şəxslərin sayına müvafiq hesablamalar aparmışdır. Bundan əlavə, təqdim edilmiş müxtəlif arayışlarla qeyd edilən ünvanda müxtəlif sayda şəxslərin qeydiyyatda olması müəyyən edilmiş və nəticə etibarı ilə iddiaçının iddia etdiyi ünvanda qeydiyyatda olanların say tərkibi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar