Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4832/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “X3 Sanayi və Ticarət Anonim Şirkətinə” və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4832/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X1, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(105)-470/2021 saylı qətnaməsindən cavabdeh “X3 Sanayi və Ticarət Anonim Şirkətinin” kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər “X3 Sanayi və Ticarət Şirkəti”nə və Cavabdeh1 qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qayadada yolnəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 9.086 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qobustan Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Q.Quliyev) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada nəq liyyat vasitəsinə dəymiş maddi zərərə görə 7.212 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 26 aprel 2013-cü il tarixli “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”nə əsasən, “Hyundai Santa FE” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olub. İddiaçı, 23 avqust 2018-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax yolunun 120-ci km-də Bakı şəhəri istiqamətində gedən yolun sağ hərəkət istiqamətində olarkən surəti tam azaldıb və Şamaxı rayon ərazisində həmin yolun solunda olan “Azpetrol” yanacaq doldurma məntəqəsinə sola dönmə işığını yandıraraq qırıq-qırıq ağ xətdən dönmə əməliyyatı apararkən, həmin an “X3 Sanayi ve Ticarət Anonim Şirkəti”nə məxsus və Cavabdeh1 idarə etdiyi “Mitsubishi L 200” markalı, H 027945 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürətlə gələrək iddiaçıya məxsus nəqliyyat vasitəsini sol tərəfdən vurub və nəticədə iddiaçı idarə etməni itirdiyi üçün ona məxsus olan nəqliyyat vasitəsi yoldan çıxaraq yolun kənarında olan elektrik dirəyinə dəyərək dayanıb. Nəqliyyat vasitələrinin toqquşma nəticəsində iddiaçı özü və ailə üzvləri xəsarət alıb və nəqliyyat vasitələrinə maddi zərər dəyib. Mülki iş materiallarına və ekspertin rəyinə görə iddiaçıya məxsus nəqliyyat vasitəsinə 12.212 manat maddi zərər dəyib. Həmin zərərin 5.000 manatı iddiaçıya nəqliyyat vasitəsi sığortalandığı üçün "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilib. Eyni zamanda cavabdehlərin təqsiri üzündən iddiaçıya mənəvi z ərərin dəyməsi mülki iş materialları ilə müəyyən olunmur. Ona görə də iddia tələbləri qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096, 1097.1, 115-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh “X3 Sanayi ve Ticarət Anonim Şirkəti” apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Qobustan Rayon Məhkəm əsinin 06 may 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, Cavabdeh1 dəymiş maddi ziyana görə 1.984 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və E.R.Vəliyeva) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli qətnaməsi lə ğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qobustan Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096, 1097.1, 1108.1-ci mad dələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh “X3 Sanayi ve Ticarət Anonim Şirkəti” kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilib, iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh “X3 Sanayi ve Ticarət Anonim Şirkəti”nə münasibətdə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və ona münasibətdə iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə q arşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Elvin Rzayev kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh “X3 Sanayi və Ticarət Anonim Şirkəti” və vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəali yyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvəni təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407. 2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh “X3 Sanayi və Ticarət Anonim Şirkəti”nin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən həmin şirkətə münasibətdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələləndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və cavabdeh “X3 Sanayi və Ticarət Anonim Şirkəti”nin kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 26 aprel 2013-cü il tarixli “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”nə əsasən, “Hyundaı Santa FE” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olub. İddiaçı, 23 avqust 2018-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax yolunun 120-ci km-də Bakı şəhəri istiqamətində gedən yolun sağ hərəkət istiqamətində hərəkətdə olarkən surəti tam azaldıb və Şamaxı rayon ərazisində həmin yolun solunda olan “Azpetrol” yanacaq doldurma məntəqəsinə sola dönmə işığını yandıraraq qırıq-qırıq ag xətdən dönmə əməliyyatı apararkən, həmin an “X3 Sanayi ve Ticarət Anonim Şirkəti”nə məxsus və Cavabdeh1 idarə etdiyi “Mitsubishi L 200” markalı, H 027945 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürətlə gələrək iddiaçıya məxsus nəqliyyat vasitəsini sol tərəfdən vurub və nəticədə iddiaçı idarə etməni itirdiyi üçün ona məxsus olan nəqliyyat vasitəsi yoldan çıxaraq yolun kənarında olan elektrik dirəyinə dəyərək dayanıb. Nəqliyyat vasitələrinin toqquşma nəticəsində iddiaçı özü və ailə üzvləri xəsarət alıb və nəqliyyat vasitələrinə maddi zərər dəyib. Mülki iş materiallarına və ekspertin rəyinə görə iddiaçıya məxsus nəqliyyat vasitəsinə 12.212 manat maddi zərər dəyib. Həmin zərərin 5.000 manatı iddiaçıya nəqliyyat vasitəsi sığortalandığı üçün "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilib. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apel lyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Mülki Məcəllənin 21ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictima i münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırki işdə iddiaçının cavabdehlərə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkət sizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəti cəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, cavabdehlərin cinayət və ya inzibati xəta təqibi qaydasında məsuliyyətə cəlb edilməmələri, onların vurduqları ziyana və ya zərərə görə mülki məsuliyyətə cəlb edilmələrini istisna etmir. Belə ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticəd ən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və o nun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırki halda “X4 Sanayi və Ticarət Anonim Şirkəti”nin 06 aprel 2016-cı il tarixli, 58 saylı əmrinə və Cavabdeh1la bağlanmış əmək müqaviləsinə əsasən o, Şirkətdə “yükləyici operator” vəzifəsinə işə qəbul edilib və onunla Şirkət arasında tam maddi məsuliyyət haqqında 06 aprel 2016-cı il tarixli müqavilə bağlanıb. Cavabdeh1 Şirkətə məxsus nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurub. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin də öhdəsinə qoyula bilər. Eyni zamanda hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (Mülki Məcəllənin 1097.1, 1099.1-ci maddələri). Nəzərə alınmalıdır ki, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Kassator kassasiya şikayətində, Cavabdeh1 yol-nəqliyyat hadisəsini iş vaxtı bitdikdən sonra, yəni 23 avqust 2018-ci ildə, saat 18:50 də törətdiyini, onun “X4 Sanayi və Ticarət Anonim Şirkəti”nin hər hansı tapşırığı olmadan hərəkət etdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, əvvəla, Cavabdeh1 Şirkətin tapşırığı ilə fəaliyyət göstərməməsi mülki iş materialları ilə təsdiq olunmur və Şirkət bu barədə məhkəməyə heç bir yazılı sübut təqdim etməyib. Digər tərəfdən, istintaq orqanının araşdırmasına görə sözügedən nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən 23 avqust 2018-ci il tarixdə saat 18:50-də deyil, saat 17:30 törədilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdeh “X4 Sanayi və Ticarət Anonim Şirkəti”nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət veril diyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “X3 Sanayi və Ticarət Anonim Şirkəti”nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(105)-470/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4832/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4832/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver