Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4838/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılı oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1163/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 12000 manat cavabdehə ödənilən pulun, 3600 manat "xxxx" ASC-yə ödənilən pulun, 2000 manat əldən çıxmış faydanın, 500 manat vəkilə ödənilən pulun, 145 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.
2. Cəlilabad Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 2(073)-227/2022 saylı qətnаməsi ilə (hakim Elxan Əmirəliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən texnikaların alınması üçün ödənilmiş 11400 manat, həmin texnikaların lizinq ödənişi kimi ödənilən 3600 manat, hüquqi yardıma görə vəkilə ödənilən 500 manat olmaqla, cəmi 15500 manat pulun və 145 ma nat ödənilmiş dövlət rüsumunun iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1163/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Tale Kərimov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin MPM-in 361-362, 364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsi 07 fevral 202 2-ci il tarixli, 2(073)227/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinə münasibət bildirməmiş və apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərmişdir ki, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, apellyasiya şikayətində qətnamənin alınma tarixi xx.xx.2022-ci il tarix göstərilsə də bu iş materialları ilə təsdiq olunmur, cavabdeh bu barədə apellyasiya şikayətinə sübut ( xəbərnamə, poçt sənədi) təqdim etməmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Prosessual Məcəllənin 360, 363.1.3, 363.2, 363.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən digər sənədlərlə yanaşı birinci instansiya məhkəməsindən daxil olmuş zərfin əsli də əlavə edilmişdir. Həmin zərflə cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2022-ci ildə alması öz təsdiqini tapmışdır. Qətnaməni xx.xx.2022-ci il tarixdə əldə etdiyindən bir aylıq müddət ötürülmədən apellyasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində veri lə bilər.
11. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Qərardaddan kassasiya şikayəti verən cavabdeh onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsi 07 fevral 2022-ci il tarixli, 2(073)227/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinə münasibət bildirməmiş və apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərmişdir ki, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, apellyasiya şikayətində qətnamənin alınma tarixi xx.xx.2022-ci il tarix göstərilsə də bu iş materialları ilə təsdiq olunmur, cavabd eh bu barədə apellyasiya şikayətinə sübut ( xəbərnamə, poçt sənədi) təqdim etməmişdir.
18. Bununla bağlı cavabdehin dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən digər sənədlərlə yanaşı birinci instansiya məhkəməsindən daxil olmuş zərfin əsli də əlavə edilmişdir. Həmin zərflə cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2022-ci ildə alması öz təsdiqini tapmışdır.
19. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən şikayətə qətnamənin xx.xx.2022-ci ildə alınması barədə zərf əlavə edilmilşdir. (iş v.105)
20. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin xx.xx.2022-ci ildə alınması ilə bağlı iş materia llarına hər hansı bir sübutun əlavə edilmədiyini vurğulasa da, cavabdeh tərəfindən iş materiallarına birinci instansiya məhkəməsinin qətnaməsinin xx.xx.2022-ci ildə alınması ilə bağlı zərf əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən sübuta hüquqi qiymət verməmişdir.
21. Halbuki, hazırkı iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi üçün qeyd edilən zərf nəzərə alınmaqla mübahisəyə hüquqi qiymət verilməlidir.
22. Göründüyü kimi yuxarıda qeyd edilən dəlillər hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
23. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1163/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.