Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4839/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, XXX oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-1863/2018, hakim M.A.Bağırova) “xxxx” ASC-nn XXX oğlu və X2 qarşı idd iası təmin edilmiş, iddiaçı ilə XXX oğlu arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, XXX oğlundan kredit müqaviləsi üzrə 51.340 manat əsas borc, 5.016 manat faiz borc, 2.053 manat dəbbə borcu, ümumilikdə 58.409 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan X2 məxsus olan XXX qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, əmlak satıldıqdan bir ay sonra boşaldılması, iddiaçı banka ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə edilən vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10167/2018, hakimlər E.Q.Nəbiyev, T.S.Səmədov, A.Ə.Hüseyn) XXX oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Samir Müslümzadə verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə XXX oğlu arasında bağlanmış 03 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 51.340 manat məbləğində kredit verilmişdi r. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi X2 məxsus qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 20 aprel 2018-ci il tarixdə “xxxx” ASC XXX oğlu və X2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair hazırki iddia barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq norm aları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, borc məbləğinin düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq eskpetizası təyin edilməmiş, ipoteka predmetinin ilkin satış qiyməti real bazar qiymətlərinə uyğun müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc mü qaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki qanunvericiliyin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Samir Müslümzadə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas kredit borcunu müqavilədə razılaşdırdığı kimi faizlərlə birlikdə iddiaçıya ödəməlidir. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllə sinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəl dilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən alınmış 19 oktyabr 2018-ci il tarixli qiymətləndirici rəyinə əsasən X1 mülkiyyətində olan XXX qeyri-yaşayış binasının ilkin satış qiyməti 300.000 manat müəyyən edilmişdir. Cavabdehin borc məbləğinin düzgün hesablanmaması barədə dəlilinə gəldikdə isə, iddiaçı istinad etdiyi halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4839/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4839/2019
04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver