Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4839/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlunun məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1558/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 2(018)-30/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.İbrahimov) iddia qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1558/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), N.Mirzəyev, S.Mayılov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti vermiş və həmin şikayət 9 avqust 2022-ci il tarixli qərardadla kassasiya icraatına qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin sədri 15 avqust 2022-ci il tarixli məktubla müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirv an Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1558/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 9 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4839/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4839/2022
30.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver