Məhkəmə qərarları › İş №2(102)-4840/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4840/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4840/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və sair) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X3 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” İKB ASC-nin vəkili xxx oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2010-cu il tarixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən bank, Cavabdeh1 6 ay müddətinə, illik 20% ödəmək şərtilə 1.450.000 manat məbləğində kredit vermişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh1 özünə məxsus xxx ünvanında yerləşən, tikilməkdə olan yaşayış binasının 2-ci girişnin zirzəmisindəki 520 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə olan hüquqlarını eyni tarixli girov müqaviləsi ilə bankın xeyrinə yüklü etmişdir. Bundan əlavə, x və x xx.xx.2010-cu il tarixdə bankla bağladıqları zaminlik müqavilələri ilə əsas borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermişlər.

2. Bank, “xxxx“MMC, Cavabdeh1 və “xxxx” MMC arasında xx.xx.2013-cü il tarixdə “Borcu n köçürülməsi və hüququn güzəşti barədə“ müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 banka olan cəmi 7.793.587 manat borcu, o cümlədən xx.xx.2010cu il tarixli kredit xətti müqaviləsi üzrə 1.448.550 manat məbləğində borcu kreditorun (bankın) razılığı ilə “xxxx” MMC-yə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İKB ASC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli, 2830(G) nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1, zaminlər Cavabdeh2 və X1 müştərək 613.908 (altı yüz on üç min doqquz yüz səkkiz) manat əsas, 855.972 (səkkiz yüz əlli beş min doqquz yüz yetmiş iki) manat faiz, 217.609 (iki yüz on yeddi min altı yüz doqquz) manat dəbbə pulu, cəmi 1.687.489 (bir milyon altı yüz səksən yeddi min dörd yüz s əksən doqquz) manat borcun tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi və tələbin xx xxxxxx 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh1 nümayəndəsi x iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xxx nömrəli, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia müddəti keçdiyindən və iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.İmanov) x nömrəli, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xxx saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, borc alan Cavabdeh1, zaminlər Cavabdeh2 və X1 müştərək 613.908 manat əsas, 855.972 manat faiz, 217.609 manat dəbbə pulu, cəmi 1.687.489 manat borcun tutularaq, İddiaçı İKB ASC-yə ödənilməsi və tələbin xx xxxxxx 2010-cu il tarixli, 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi barədə iddia rədd edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi bankın tələblərini həm iddia müddətinin keçməsinə, həm də Cavabdeh1 borc öhdəliklərinin yeni borclu “xxxx” MMC-yə verməsinə, yəni Cavabdeh1 öhdəliyinin qalmadığına təmin etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev) x nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi MKnın x nömrəli, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, kredit borcu üzrə son ödəmə xx.xx.2013-cü il tarixdə həyata keçirilmişdir, bu ödəniş borcun etirafına dəlalət etdiyindən 3 illik iddia müddəti ötürülməmiş hesab edilir. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- V.Baxışova (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) x nömrəli, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xsaylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilmiş, İddiaçı İKB ASC-dən dövlət büdcəsinə 150 manat ekspertiza xərci tutulmuşdur.

12. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliyini “Borcun köçürülməsi və hüququn güzəşti barədə“xx.xx.2013-cü il tarixdə müqavilə üçüncü şəxs “xxxx” MMC-yə vermişdir. Belə olan halda, Cavabdeh1 iddiaçı qarşısında öhdəlik daşımadığından, yəni tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən ona qarşı iddia bu əsasla rədd edilməlidir. Eyni zamanda öhdəliyin üçüncü şəxsə verilməsi ilə zaminliyə xitam verildiyindən iddia Cavabdeh2 qarşı hissədə də əsassızdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Kalbalıyev (sədrlik edən və məruzəçi), V.İbayev və Ə.Əliyev) x nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi tələbin xx xxxxxx 2010-cu il tarixli, 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsinin rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixli müqaviləni n 6.1.11-ci bəndinə əsasən Cavabdeh1 müqavilənin predmeti olan girovu və onun əsasında duran tələbi başqa şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilər. Yeni borcluya (“xxxx” MMC) “Borcun köçürülməsi və hüququn güzəşti barədə“xx.xx.2013-cü il tarixdə müqaviləyə əsasən yeni əmlak girov qoyulsa da və həmin müqavilədə kreditorun ilkin borclunun kredit xətti müqaviləsi üzrə əsas kredit borcu və ona hesablanan faizlərin tələb hüququndan imtina etsə də, həmin kreditin təminatı olan xx xxxxxx 2010-cu il tarixli, 2830 (G)-nömrəli girov müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus xxx ə ünvanında yerləşən, tikilməkdə olan yaşayış binasının 2-ci giriş, zirzəmisində 520 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin yüklülükdən azad edilməsinə dair şərtə əməl olunması görünmür. e) Apel yasiya instansiyası məhkəməsindəki üçüncü icraat

15. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xxx nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xxx saylı iş üzrə xx xxxxx 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni “tutmanın xx xxxxxx 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, həmin iddia tələbi təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi MM-nin 269.5-ci, 292-ci və 525-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin “xxxx” MMC-yə keçməsi, onun bank qarşısında girov öhdəliyinə də xitam verilməsi deməkdir və girov predmetinin yüklülülükdən azad edilməsinə dair şərtə əməl olunub-olunmadığının araşdırılmasına zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin xx.xx.2015-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi hissəsində təmin edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya instansiya məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, tələb xx.xx.2010-c u il tarixli, 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməlidir. Lakin apelyaiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstəriləşlərinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” İKB ASC-nin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

23. Maddə

292. Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir.

24. Maddə

525. Tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstə rişlər tətbiq edilmir. Müflisolma halı üçün tələblə bağlı üstünlük hüququ müflisolma zamanı öhdəliyi qəbul edənin əmlakı barəsində həyata keçirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apelyasiya instansiyası məhkəməsi baxış predmeti olan məsələ, yəni “tutmanın xx xxxxxx 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, əvvəla, kassasiya instansiyasının qərarında vurğulanan, “girov müqaviləsinin 6.1.11-ci bəndində (Cavabdeh1 müqavilənin predmeti olan girovu və onun əsasında duran tələbi başqa şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilər) Cavabdeh1 deyil, girov saxlayanın (bankın) müvafiq hüququ təsbit olunmuşdur; digər tərəfdən isə, Mülki Məcəllənin 525-ci maddəsinə əsasən, “tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipotek a mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir”.

31. Apelyasiya məhkəməsi Mülki Məcəllənin 269.5-ci və 292-ci maddələrinə (§22-23) istinad etməklə vurğulamışdır ki, xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin “xxxx” MMC-yə keçirilmiş olması, onun bank qarşısında girov öhdəliyinə də xitam verilməsi deməkdir və girov predmetinin yüklülülükdən azad edilməsinə dair şərtə əməl olunub-olunmadığının araşdırılmasına hər hansı zərurət mövcud deyildir.

32. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, tələb üçün verilmiş girov hüququ öhdəliyin verilməsi nəticə sində ləğv edilir. Bu qayda öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxsin razılıq verdiyi halda tətbiq edilmir (§ 24).

33. Baxılan işdə kredit borcu öhdəliyi üçüncü şəxs “xxxx” MMC-yə verildiyindən Cavabdeh1 qeyri-yaşayış sahəsinə olan hüquqlarının girovunun davam etməsi üçün onun razılıq verməsi idddiaçı tərəfindən sübuta yetirilməlidir (§ 25).

34. İş materiallarından görünür ki, nəinki bu barədə sübutlar təqdim edilməmiş, əksinə öhdəliyin verilməsi (borcun köçürülməsi və hüququn güzəşti) haqqında xx.xx.2013-cü il tarixli müqavilənin 6.8-ci bəndində müqavilə qüvvəyə mindiyi andan 3 iş günü ərzində kreditorun (bankın) kredit müqavilələri üzrə girovların azad olunması barədə müvafiq orqanlara məktublar təqdim edəcəyi razılaşdırılmışdır.

35. Bu hallar ona dəlalət edir ki, iddiaçı (bank), girov qoyan Cavabdeh1 yeni borclu “xxxx.” MMC-nin öhdəliyinə girovla təminat verməsinə dair razılığının olmasını sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin tutmanın girova yönəldilməsi tələbinin əsassız olması barədə gəldiyi qənaət düzgündür. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: “xxxx” İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar