Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4840/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qqqoğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipotekanın qiyməti, apellyasiya məhkəməsində araşdırmanın hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qqqoğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üz rə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1113/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 20L000004977 saylı kredit xətti müqaviləsi ilə borcalana 120 ay müddətinə 100000 ABŞ dolları kredit xətti açılmışdır.
2. Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10M000000366 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi v ə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilədə ipoteka predmetinin qiyməti qarşılıqlı razılıq əsasında 14117 manat məbləğdə müəyyən edilmişdir.
3. İddiaçı QSC-nin zamin Cavabdeh4 qqqoğlu ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 20S000007536 saylı zaminlik müqaviləsi, zamin Cavabdeh2 ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 20S000007828 saylı zaminlik müqaviləsi və zamin Cavabdeh3 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 20S**********01 saylı zaminlik müqavilələrinə əsasən zaminlər, xx.xx.2013-cü il tarixli, 20L000004977 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kreditor qarşısında tam məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər.
4. Kreditor İddiaç ı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 020R********** saylı kredit razılaşmasına əsasən kreditor tərəfindən borcalana Cavabdeh1 24 ay müddətinə aylıq faizi dərəcəsi 2.3333 olmaqla 23765 manat məbləğində kredit verilmişdir.
5. Cavabdehlər öhdəliklərini pozmuş, kreditor borcalanın xx.xx.2020-ci il tarixinə 23765 manat əsas, 13537.76 manat faiz borcu yaranması və müqavilə öhdəliklərini pozduğuna görə 31019.83 manat cərimə hesablanması barədə xx.xx.2021-ci il tarixli maliyyə arayışı tərtib etmişdir.
6. Kreditor cavabdehlərə xəbərdarlıq ünvanlayaraq yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
7. Kreditor Cavabdeh1 ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişdə tutmanın ipoteka predmetinə yön əldilməsinə başlanıldığı barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qqqoğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən bankın xeyrinə 23765 manat əsas borc, 13537.76 manat faiz borcu, 31019.83 manat cərimə olmaqla, cəmi 68322.59 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və 68322.59 manat məbləğində borcun, məhkəmədə iddia qaldı rmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri icra etməmiş, nəticədə onların banka borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər yaranmış borclarını ödəməkdən yayınırlar.
10. Məhkəmənin qərardadı əsasında "xxxx" MMC-nin keçirdiyi xx.xx.2021-ci il tarixli 231/21 saylı qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan ünvansaylı fərdi yaşayış evinin likvid dəyəri 63000 manat təşkil edir.
11. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-977/2021 nömrəli, 1 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qqqoğlundan müştərək qaydada 23765 manat əsas borc, 7547 manat faiz borcu, 3000 manat cərimə olmaqla, cəmi 34312 manat məbləğində kredit borcu, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh1 iddiaçıya olan 23765 manat əsas borc, 7547 manat faiz borcu, 3000 manat cərimə olmaqla, cəmi 34312 manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 63000 manat (likvid dəyər) məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və həmin əmlakların alıcıya təhvil verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, iş üzrə 200 manat xidmət haqqının Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə götürdükləri öhdəlikləri icra etməmişlər.
13. Məhkəmə əsas borc tələbinə aid hissədə iddianı bankın tələb etdiyi məbləğdə təmin etmiş, faiz borcu hissədə bankın tələb etdiyi kimi deyil, kredi t müqaviləsi üzrə öhdəliklərin başa çatdığı dövrə olan məbləğdə, yəni 7547 manat müəyyən etmiş, tələb edilən 31019,83 manat dəbbə pulunu 23765 manat əsas borca tənasübsüz surətdə yüksək hesab edərək Mülki Məcəllənin 467-ci maddəsinə istinad edib dəbbə pulunu azaldaraq 3000 manat müəyyən etmişdir.
14. Məhkəmə həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin satılmasından sonra evin boşaldılmasına aid hissələrdə də iddia tələbini əsaslı hesab etmiş, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətini müəyyən edərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyini sübut kimi qəbul edib 63000 manat (lik vid qiymət) müəyyən etmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 425, 445, 462, 467, 470.1, 472.2-ci maddələrinə və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 39-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti verərək, qətnamənin qismən - ilkin satış qiyməti hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti real bazar qiymətinə uyğun deyildir. Məhkəmənin müəyyən etdiyi qiymət tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmiş qiymətdən kəskin fərqlənir. Bu ziddiyətin aradan qaldlrılması üçün ipoteka predme ti yenidən qiymətləndirilməlidir.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1113/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Zeynal Zeynalov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməsi barədə gəldiyi nəticə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur.
20. İpoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı ap ellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəy yənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsindən ötr ü müstəqil qiymətləndiricinin rəyi alınmış və məhkəmə həmin rəyə sübut kimi istinad etmişdir.
21. Məhkəmə iddiaçının ipoteka predmetinin yenidən qiymətləndirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı nümayəndəsi vasitəsi ilə birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş, ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirici tərəfindən verdiyi rəy ilə razılaşaraq mübahisələndirməmiş, razılaşmasa belə rəy elan olunduqdan sonra hər hansı bir vəsatət təqdim etməmiş, eyni zamanda bununla əlaqədar protokola dair qeydlər verilməmişdir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yən i işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Eyni zamanda mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-nin 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Göründüyü kimi iddiaçı bankın birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.
22. Məhkəmə hesab etmişdir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formad a iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü və Azərbaycan Respu blikası MPM-nin 372.1, 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 may 2022-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları hərtərəfli və tam şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət verməmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş rəy ilə müəyyən edilmiş qiymətlə, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən qarşı lıqlı razılıqla müəyyən edilmiş qiymət arasında kəskin fərqlər olmasına baxmayaraq, məhkəmə əsassız olaraq həmin rəyi mötəbər sübut növü kimi qəbul edib qiymətləndirmişdir. 26. "xxxx" MMC-nin rəyi o zaman əsaslı sayıla bilərdi ki, digər sübutlarla ziddiyət təşkil etməsin, həmin ərazidə oxşar əmlakların ilkin satış qiymətləri ilə bağlı müqayisəli rəy verilmiş olsun. Şablon sözlərdən istifadə etməklə uzun-uzadı rəyin tərtib olunması həmin rəyin əsaslı olmasına dəlalət etmir. Rəyi qısa və konkret, müqayisəli şəkildə tərtib etmək olardı. Yaxın ərazidə oxşar əmlaklarını rəsmi satış qiymətləri müqayisə olunmaqla, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, material sərfi və s. nəzərə alınmaqla ətraflı, şübhədənkənar rəy verilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
30. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borcl unun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
31. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
33. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
34. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
35. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır
36. Maddə 34.1.2. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır.
37. Maddə 39.3.3.. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
38. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər
39. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Baxılan işdə apellyasiya instansiya məhkəməsinin hədləri yalnız iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə iddiaçının apellyasiya şikayəti ilə məhdudlaşmış, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyərək digər hissələri mübahisələndirməmişlər.
48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetini ilkin satış qiymətinə ai d hissədə mübahisələndirildiyinə görə, qətnamə həmin mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası kassatorun ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər əsassızdır. Çünki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdir. İpoteka müqaviləsində ipotekanın qiymətinin müəyyən edilməsi, bu normanın tətbiqini istisna etmir. Yəni məhkəmə tərəflərin mübahisəsi olduğu halda, ipoteka müqaviləsində müəyyən olunan qiymətə bağlı deyildir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsindən ötrü müstəqil qiymətləndiricinin rəyi alınmış və məhkəmə həmin rəyə sübut kimi istinad etmişdir (qərarın 20-ci paraqrafı). Qiymətləndiricinin rəyi iddiaçının qeyd etdiyi kimi qısa tərtib olunmamış, müfəssəl olmaqla, eyni ərazidə olan daşınmaz əmlakın alğı-satqı məlumatlarının təhlilinə əsaslanmışdır.
51. İpoteka müqaviləsində müəyyən olunan qiymətlə qiymətləndiricinin rəyi əsasında müəyyən olunan məbləğlərin kəskin fərqli olması barədə dəlili ilə bağlı da apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər.
52. Ümumiyyətlə iddiaçı ipoteka predmetinin qiymətini mübahisələndirməsinə baxmayaraq, əmlakın özünün iddia etdiyi məbləğdə olmasını təsdiiq edən hər hansı ağlabatan sübut təqdim etməmişdir.
53. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçı birindi instansiya məhkəməsində sübutların tədqiqi zamanı, ipotekanın likvid dəyəri barədə qiymətləndiricinin rəyini mübahisələndirməmiş, yenidən qiymətləndirmə aparılmasını tələb etməmişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər qətnamənin ləğvinə əsas vermir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1113/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.