Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4842/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh a qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:birgə mülkiyyətə sərf olunmuş vəsaitin bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh a qızına qarşı birgə mülkiyyətə sərf olunmuş vəsaitin bölünməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-891/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə a qızı keçmiş ər-arvaddır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddiası təmin edilərək 40000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödənildiyi gün Azərbaycan Respublikasının rəsmi məzənnəsi ilə)cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh a qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)2712/2019 saylı qətnaməsi ilə üzərinə qoyulmuş 40.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinə dair öhdəliyin cavabdehlə onun arasında bölünməsi, 20.000 ABŞ dollarının onun, 20.000 ABŞ dollarının isə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-653/2021 nömrəli qətnaməsi ilə (hakim E.Qurbanov) iddia tələbi rədd edilmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, ailə qanunvericiliyinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması üçün əmlak nikahdan əvvəl, habelə nikah dövründə əvəzsiz əqdlər üzrə əldə edilməlidir. Şəxsi xarakterli öhdəliklər ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Ona görə də, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir.
5. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin, ərarvaddan biri nin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir.Hazırkı iş üzrə tədqiq edilmiş sübutlardan isə X1 xx.xx.2012-ci il tarixli borc müqaviləsi üzrə İddiaçı tərəfindən əldə edilmiş vəsaitin Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524 nömrəli məhəllədə yerləşən 4 saylı binanın 41 saylı mənzilinin (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 235, M7,5 saylı mənzilin) təmirinə, bununla da ailə ehtiyacları üçün xərclənməsi müəyyən olunmamış, bununla da İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(106)-891/2022 nömrəli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və T.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə v ə əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)2712/2019 saylı qətnaməsi hazırkı iş üzrə iddianın təmin edilməsi baxımından preyudisial əhəmiyyət kəsb etmir, iddiaçının istinad etdiyi halların qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapması barədə dəlillər əsassız olmaqla, iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz, ona görə də, hüquqi müəyyənlik baxımından hazırkı işdə həmin halların və faktların yenidən sübut edilməsinə ehtiyac olmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b)
10. Kassasiya şikayətinə qarşı etirazın dəlili Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
11. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
12. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qaza ndığı hər hansı sair əmlak daxildir.
13. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
14. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə14.2.M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (vəya) müəyyənedilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Kassasiya şikayətinə görə borc nikah dövründə və ailənin ehtiyaclarının təmin edilməsi məqsədi ilə götürüldüyündən onun qaytarılmasına görə ər-arvadın hər ikisi məsuliyyət daşıyır.
26. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsini qanuni sayarkən h esab etmişdir ki, iddiaçıdan borca görə başqa qətnamə ilə 40000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması həmin borcun yarısının cavabdehdən alınması üçün əsas ola bilməz.
27. Həmin nəticəsini məhkəmə kollegiyası onunla əsaslandırmışdır ki, iddiaçı borc kimi aldığı pul vəsaitini ailənin ehtiyaclarına sərf etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və göstərdiklərini sübuta yetirə bilməmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına də qiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın2.4-cü bəndinə əsasən,qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-891/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.