Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4843/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Əlipaşa oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4843/21 (Açar sözlər: evə köçürülmə barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(103)3333/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 49 saylı 2 mərtəbəli evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılması və onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.M.Tağıyev) iddia təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, 49 saylı 2 mərtəbəli evi n 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılması və iddiaçının ailə üzvləri ilə birlikdə həmin evə köçürülmələri qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən 49 saylı ev tərəflərin paylı mülkiyyətindədir. İddiaçı həmin evdə yaşadığı müddətdə evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan yaşayış sahəsində ailə üzvləri ilə birlikdə yaşayıb. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 yanvar 2000-ci il tarixli qətnaməsi ilə cavabdeh ailə üzvləri ilə birlikdə 19 sentyabr 2018-ci ildə həmin evin sağ hissəsinə ailə üzvləri ilə birlikdə köçürülüb. Evin 2-ci mərtəbəsinin sol hissəsi boşdur. Hazırda cavabdeh iddiaçıya həmin evdə yaşamasına mane olur və onun öz mülkiyyəti üzərində sahiblik və istifadə hüquqlarını pozur. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 215.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər Ra yon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsində yerləşən 49 saylı evə köçürülməsi və onun həmin evdən yaşayış və istifadə hüququna cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının köçmək istədiyi ev 1910-cu ildə inşa edilib, ev 2 mərtəbəli, 4 otaqlı olmaqla, onun ümumi sahəsi 201 kv.metr, yaşayış sahəsi 69.7 kv.metr və köməkçi sahəsi 131,3 kv.metrdir. Bu ev 11 nəfər paylı mülkiyyətçiyə məxsusdur. İddiaçı ilə cavabdeh də hər birinin payı 1/40 hissədə olmaqla evin paylı mülkiyyətçiləridir. Göründüyü kimi, tərəflər qeyd olunan payçılara nis bətdə evdə ən az payı olan şəxslərdir. Buna baxmayaraq, cavabdeh həmin evdə yaşayır, iddiaçı isə bu evə köçüb yaşamaq istəyir və evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı yaranmış maneənin aradan qaldırılmasını tələb edir. Təbii ki, iddiaçının paylı mülkiyyətçi olaraq həmin evdən yaşayış və istifadə hüququ ilə bağlı cavabdehin ona yaratdığı maneələr aradan qaldırılımalıdır. Əks halda, yəni cavabdehin bununla bağlı iddiaçıya yaratdığı maneələr nəticəsində sonuncunun mülkiyyət hüququ pozula bilər və qanunsuz olaraq həmin evdən yaşayış və istifadə hüququ məhdudlaşdırıla bilər ki, bu da yolverilməzdir. Ancaq iddiaçı bu maneənin aradan qaldırılmasını köçmək istədiyi evin konkret sahəsi ilə, yəni iddiasında göstərdiyi kimi evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəsi ilə əlaqələndirməməlidir. Çünki, qeyd olunduğu kimi iddiaçı həmin evin 1/40 bir hissəsinin paylı mülkiyyətçisidir. Onun payı naturada ayrılmayıb. İddiaçı tələbini bu cür göstərməklə sanki evin həmin hissəsi ilə bağlı məhkəmə qərarı ilə özünün payının ayrıldığını həm cavabdehə, həm də digər paylı mülkiyyətçilərə göstərmək və onlar tərəfindən bunun qəbul olunmasına nail olmaq istəyir. Əlbəttə ki, onun tələbinin bu cür təmin olunması digər paylı mülkiyyətçilərin mülkiyyət hüquqlarının açıq-aşkar məhdudlaşıdırılması deməkdir. Çünki, bu cür qaydanın müəyyən edilməsi faktiki olaraq evin otaqlarının tərəflər arasında bölünməsi deməkdir. Bu hal isə yolverilməzdir. Belə ki, həm iddiaçının, həm də cavabdehin evin bütün tərki b hissələrindən eyni həcmdə istifadə etmək hüquqları vardır. Bunu, yəni evin hansısa otağından istifadə etməyi cavabdehə qadağan etmək üçün əsas yoxdur. Məhkəmə aktı ilə müəyyən edilən bu qaydaların icrası prosesi də mümkünsüz olmaqla özü ziddiyyətli bir vəziyyət yarada bilər. Çünki, bu cür qaydanın müəyyən edilməsi tərəflər arasında onsuzda xoş olmayan münasibətləri bir qədər də gərginləşdirə bilər. Belə ki, payı naturada ayrılmayan evdə bu cür qadağanın məhz məhkəmə aktı ilə müəyyən edilməsi tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına da açıq-aşkar uyğun deyildir. Ancaq iddiaçı mübahisəli evə köçürülməli və həmin evin ümumi sahəsindən yaşayış və istifadə hüququna cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır. Bununla yanaşı, iddiaçı tələbində mübahisəli evə ailə üzvləri ilə birlikdə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə də təmin edib. Ancaq iddiaçı ailə üzvləri dedikdə kimləri nəzərdə tutduğunu tələbinin nəticə hissəsində konkret göstərməyib. Düzdü, iddia ərizəsinin məzmununda ailə üzvləri kimi kimləri nəzərdə tutduğunu mötərizədə göstərib. Ancaq həmin şəxslərin əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir və iddiaçıya məhkəmədə onlar barədə belə bir iddia qaldırmaq səlahiyyəti verdikləri işdən görünmür. Bu cür tələb irəli sürmək həm qeyri-müəyyənlik yaradır, həm də bu cür tələbin təmin olunması qətnamənin icrası zamanı qeyri-müəyyənlik və ziddiyyətli vəziyyət yarada bilər. Ona görə də iddia qismən təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 203.5ci maddələrin in və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəki li Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda n əzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını və iddianın bütövlükdə təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, id diaçının köçmək istədiyi ev 1910-cu ildə inşa edilib, ev 2 mərtəbəli, 4 otaqlı olmaqla, onun ümumi sahəsi 201 kv.metr, yaşayış sahəsi 69.7 kv.metr və köməkçi sahəsi 131,3 kv.metrdir. Bu ev 11 nəfər paylı mülkiyyətçiyə məxsusdur. İddiaçı ilə cavabdeh də hər birinin payı 1/40 hissədə olmaqla evin paylı mülkiyyətçiləridir. Göründüyü kimi, tərəflər qeyd olunan payçılara nisbətdə evdə ən az payı olan şəxslərdir. Buna baxmayaraq, cavabdeh həmin evdə yaşayır, iddiaçı isə bu evə köçüb yaşamaq istəyir və evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəyə yaşayış və istifadə hüququ ilə bağlı cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasını tələb edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növ ünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri). Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Apellyasiya instansiyası məhkəməsi, sadalana n maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutlar araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının paylı mülkiyyətçi olaraq mübahisəli evdən yaşayış və istifadə hüququ ilə bağlı cavabdehin ona yaratdığı maneələr aradan qaldırılımalıdır. Əks halda, yəni cavabdehin bununla bağlı iddiaçıya yaratdığı maneələr nəticəsində sonuncunun mülkiyyət hüququ pozula bilər və qanunsuz olaraq həmin evdən yaşayış və istifadə hüququ məhdudlaşdırıla bilər ki, bu da yolverilməzdir. Ancaq iddiaçı bu maneənin aradan qaldırılmasını köçmək istədiyi evin konkret sahəsi ilə, yəni iddiasında göstərdiyi kimi evin 2-ci mərtəbəsinin sol hissəsində 1 mətbəx 2 otaqdan ibarət olan sahəsi ilə əlaqələndirməməlidir. Çünki, qeyd olunduğu kimi iddiaçı həmin evin 1/40 bir hissəsinin pay lı mülkiyyətçisidir. Onun payı naturada ayrılmayıb. İddiaçı tələbini bu cür göstərməklə sanki evin həmin hissəsi ilə bağlı məhkəmə qərarı ilə özünün payının ayrıldığını həm cavabdehə, həm də digər paylı mülkiyyətçilərə göstərmək və onlar tərəfindən bunun qəbul olunmasına nail olmaq istəyir. Əlbəttə ki, onun tələbinin bu cür təmin olunması digər paylı mülkiyyətçilərin mülkiyyət hüquqlarının açıq-aşkar məhdudlaşıdırılması deməkdir. Çünki, bu cür qaydanın müəyyən edilməsi faktiki olaraq evin otaqlarının tərəflər arasında bölünməsi deməkdir. Bu hal isə yolverilməzdir. Belə ki, həm iddiaçının, həm də cavabdehin evin bütün tərkib hissələrindən eyni həcmdə istifadə etmək hüquqları vardır. Bunu, yəni evin hansısa otağından istifadə etməyi cavabdehə qadağan etmək üçün əsas yoxdur. Məhkəmə aktı ilə müəyyən edilən bu qaydaların icrası prosesi də mümkünsüz olmaqla özü ziddiyyətli bir vəziyyət yarada bilər. Çünki, bu cür qaydanın müəyyən edilməsi tərəflər arasında onsuzda xoş olmayan münasibətləri bir qədər də gərginləşdirə bilər. Belə ki, payı naturada ayrılmayan evdə bu cür qadağanın məhz məhkəmə aktı ilə müəyyən edilməsi tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına da açıq-aşkar uyğun deyildir. Ancaq iddiaçı mübahisəli evə köçürülməli və həmin evin ümumi sahəsindən yaşayış və istifadə hüququna cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır. Bununla yanaşı, iddiaçı tələbində mübahisəli evə ailə üzvləri ilə birlikdə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə də təmin edib. Ancaq iddiaçı ailə üzvləri dedikdə kimləri nəzərdə tutduğunu tələbinin nəticə hissəsində konkret göstərməyib. Düzdü, iddia ərizəsinin məzmununda ailə üzvləri kimi kimləri nəzərdə tutduğunu mötərizədə göstərib. Ancaq həmin şəxslərin əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir və iddiaçıya məhkəmədə onlar barədə belə bir iddia qaldırmaq səlahiyyəti verdikləri işdən görünmür. Bu cür tələb irəli sürmək həm qeyri-müəyyənlik yaradır, həm də bu cür tələbin təmin olunması qətnamənin icrası zamanı qeyri-müəyyənlik və ziddiyyətli vəziyyət yarada bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin tələblərinə görə, mübahisəli evin p aylı mülkiyyətçisi kimi iddiaçı onunla birlikdə yaşayan öz ailə üzvlərini arvadını, uşaqlarını və valideynlərini mübahisəli evə köçürmək hüququna malikdir. Bunun üçün iddiaçının ailə üzvlərinin ayrıca məhkəmədə iddia qaldırmalarına lüzum yoxdur. Çünki, qeyd olunan maddələrin mənasına görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti il ə eyni məzmunlu olan iddia tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri yenidən araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(103)-3333/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4843/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4843/2021
12.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver