Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4844/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan QSC “xxx” KB-nin cavabdeh və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4844/20 (Açar sözlər: əmlakın ilkin bazar dəyəri ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, iddiaçının vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakı ilə, İddiaçı LPO QSC “xxx” KB-nin cavabdeh və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-929/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO QSC “xxx” KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ləğv prosesində olan QSC İddiaçı-in cavabdehlər na, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3095/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Abdıyev) iddia qismən təmin edilərək, cavabdehlər ndan, X1 79531,14 manat məbləğində əsas borc, 13291,21 manat məbləğində faiz borcu, 3000 manat cərimə, cəmi 95822,35 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun QSC İddiaçı-in xeyrinə tutulması, tutmanın qeyd edilən kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdə onun ilkin satış qiymətinin 144.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün QSC İddiaçı-yə ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından artıq qalan məbləğin ipoteka qoyana qaytarılması, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər, X5 və Cavabdeh3 həmin əmlakdan çıxmazsa, onların məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 436.1, 467, 739.2, 743-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və N.Cəfərov) xx xxx 2019-cu il tarixli, 2(103)-929/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)-3095/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 144000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilərək, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 190.000 manat müəyyən edilməsi, qətnamənin cavabdehlər və X4 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385, 386.1, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı LPO QSC “xxx” KB kassasiya şikayəti verərək qətnamənin qismən təmin edilməsi hissəsində ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mənzillərin real bazar qiymətini nəzərə almadan və ipoteka müqaviləsində ikitərəfli razılaşmış məbləğə zidd olaraq qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmal arına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 14.2.1 qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385. öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya y etirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 445.1 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ü çün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Ka ssasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı bank qətnaməni ipot ekanın ilkin satış qiyməti hissəsində mübahisələndirir. İddiaçının dəlili ondan ibarətdir ki, ipoteka müqaviləsi bağlanarkən tərəflər əmlakın qiymətini müəyənləşdirmiş, mübahisəyə baxılarkən cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər, Ona görə 1-ci instansiya məhkəməsi haqlı olaraq əmlakın dəyərini tərəflərin razılaşdıqları qiymətlə-ipoteka müqaviləsinə əsasən müəyyən etmişlər. Qeyd olunan məsələ ilə bağlı Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətini ipoteka müqaviləsində olan qiymət üzrə müəyyən etmiş, lakin bununla bağlı tərəflər arasında razılıq olmamışdır. Məhkəmə tərəflər arasında ipoteka predmetinin dəyəri ilə bağlı razılığın olmamasını nəzərə alaraq tələb yönəldilən zamana münasibətdə müstəqil qiymətləndirici cəlb edərək əmlakın bazar qiymətini müəyyən etməmişdir. Bu baxımdan apellyasiya icraatı zamanı iki dəfə müstəqil qiymətləndirici cəlb edilmiş, «X7» MMC-nin xx.xx.2018-ci il tarixli “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyləri ilə ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin hazırki bazar dəyərinin 190.000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegyiası həmin rəylərdə göstərilən məbləği ağlabatan və işin digər araşdırılmış hallarına uyğun olduğuna görə ədalətli hesab etmişdir. Hər bir tərəf öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 2018-ci ildən əmlakın ilkin satış qiyməti ilə razılaşmır və istinad etdiyi yeganə sübut tərəflərin ipoteka müqaviləsi bağlayarkən razılaş dıqları qiymətdir. Hansıki, həmin ipoteka müqaviləsi 2014-cü ildə bağlanmışdır. Əmlakın dəyərinin müəyyən edilməsi üçün iki dəfə qiymətləndirmə keçirilmiş və hər iki qiymətləndirici əmlakın dəyərində eyni mövqedən çıxış etmişlər. Bu sahədə xüsusi biliyə malik olan qiymətləndiricilərin verdiyi rəyi qüvvədən salmaq üçün mötəbər sübutlar təqdim edilməlidir. Keçən müddət ərzində iddiaçı bank heç bir mötəbər sübut təqdim etmədən əmlakın dəyəri ilə razılaşmır. Belə birtərəfli bəyanat iş üzrə mütəxəssis rəylərini qüvvədən sala bilməz. Ona görə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-929/2020 nömrəli iş üzrə xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.