Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4844/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2207/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 22.03.2019-cu il tarixli əl yazmadan görünür ki, Cavabdeh2 İddiaçı 14000 manat məbləğində pulu faizi ilə birlikdə qaytaracağı barədə qəbz yazaraq imza etmişdir. 10.02.2019-cu il tarixli əl yazmadan görünür ki, Cavabdeh1 İddiaçı 14000 manat məbləğində pulu faizi ilə birlikdə iki ay müddətinə qaytaracağını və İddiaçı Cavabdeh1 14000 manat məbləğində pulu faizi ilə birlikdə iki ay müddətinə verdiyi barədə iki tərəf qəbzə yazaraq imza etmişlər. 28 mart 2019-cu il tarixli əl yazmadan görünür ki, Cavabdeh2 İddiaçı borca aldığı pulu 12 mart 2019-cu ildən 1 aprel 2019-cu il tarixə kimi qaytaracağını, Cavabdeh1 şahidliyi ilə Cavabdeh2 borca pul verildiyini qəbzə yazaraq imza etmişlər. 12.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı X1 14000 manat borca pul almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 14000 manat məbləğində pulun, 10080 manat məbləğində faiz borcunun, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 7800 manat məbləğində pulun və 2800 ABŞ dolları məbləğində pulun ödəniş icra edildiyi gün manata məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı 06.10.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 14000 manat əsas borcundan və 10080 manat məbləğində faiz borcundan bu günə kimi 4970 manatdan əlavə heç bir ödəniş etmədiyini, Cavabdeh2 isə 7800 manat məbləğində və 2800 ABŞ dolları məbləği ndə puldan heç bir ödəniş etmədiyini bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust ayında Cavabdeh1 ona müraciət edərək Cavabdeh2 ərinin özünə məxsus evi satdığını, adına "xxxx" ASC-də hesabda 198000 ABŞ dolları məbləğində pul olduğunu, həmin pulu çıxartmaq üçün pula zərurət olduğunu bildirmişdir. Həmin pulu çıxartmağa kömək edəcəyi təqdirdə ona hörmət edəcəyini demişdir. O, da, Lombardda işləyən tanışı Etibara müraciət edərək ondan 12 avqust 2018-ci il tarixdə aylıq 9 faiz olmaqla 14000 manat məbləğində pul götürərək iki ay müddətinə Cavabdeh1 vermişdir. Sonra Cavabdeh1 xahişi və onun iştirakı ilə Cavabdeh2 "xxxx" ASC-dən pulu çıxartmaq üçün vergiləri ödəmək adı ilə hər dəfə 1200 manat olmaqla üç dəfəyə 3600 manat, əlavə 2200 manat, Heydər Əliyev fonduna ödə mək üçün 1000 manat, Ombudsmanın adı ilə 2800 ABŞ dolları, ərinin gəmiçi olduğu üçün sertifikat məsələsini həll etmək üçün 500 manat və özünə şəxsiyyət vəsiqəsi almaq üçün əlavə 500 manat pul vermişdir. Cavabdeh1 və Cavabdeh2 pulları birlikdə aldıqları üçün pulu yan-yan olmaqla qaytaracaqlarını bildirmişlər. Cavabdeh1 Cavabdeh2 pulu qaytarmayacağı təqdirdə pulu tam olaraq özü qaytaracağını demişdir. Lakin hal-hazıradək cavabdehlər borcdan heç bir ödəniş etməmişlər. Bundan başqa Cavabdeh1 14000 manat məbləğində pulu faizi ilə birlikdə qaytaracağı barədə qəbz yazaraq imza etmişdir. Həmçinin Cavabdeh2 da, götürdüyü pulları qaytaracağı barədə 28 mart 2019-cu il tarixdə qəbz yazaraq imza etmişdir. Bundan başqa Cavabdeh1 borcu iki ay müddətində qaytarmadığı üçün hər ay 1260 manat olmaqla 8 ay müddətində, 12 aprel 2019-cu il tarixədək 10080 manat məbləğində faiz pulu ödəmişdir. O, Cavabdeh1 kartından 4970 manat pul çıxarmışdır. Lakin Rafael ona əlavə heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov, iş № 2(094)-230/2020) iddia qismən təmin edilərək, Cavabdeh1 9030 manat, Cavabdeh2 7800 manat və 2800 ABŞ dolları məbləğində pul ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh1 14000 manat, Cavabdeh2 isə 7800 manat və 2800 ABŞ dolları məbləğində pulu vermişdir. Cavabdeh1 həmin puldan 4970 manat ödəmiş və iddiaçıya 9030 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya olan borclarını tam olaraq ödədiklərini bildirsələr də, bunu məhkəmədə sübuta yetirə bilmədilər. İddiaçı pul vəsaitini qanunsuz saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla həmin puldan faydalandığı üçün Cavabdeh1 aylıq 9 % hesablanmaqla 10080 manat məbləğində faiz borcunun tutulmasını xahiş etsədə, iş materiallarından görünür ki, tərəflər arasında borca görə pulun hansı müddətə ödənilməsi barədə tərəflər arasında heç bir razılaşma olmamışdır. Bundan əlavə iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan b oyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmasını məhkəmədə sübut edə bilmədi və bununla bağlı hər hansı bir sübut təqdim etmədi. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov, F.Babayev, iş № 2(103)-2207/2021) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 27.10.2020-cu il tarixli, 2(094)-230/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddi açı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2207/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsinin qis mən ləğv edilməklə, iddianın tam təmin edilməsinə, yəni Cavabdeh1 xeyrinə 19110 (on doqquz min bir yüz on) manat məbləğində pulun tutulmasına, həmçinin, 7800 manat və 2800 ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə tutularaq iddiaçıya ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməs indən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüs urlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola b ilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2207/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4844/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4844/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver