Məhkəmə qərarları › İş №2(102)-4845/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4845/2019

10.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4845/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2(103)-1168/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.Abbasova, iş № 2(011)-4985/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və İbrahimova Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qis mən təmin edilərək cavabdehlərdən müştərək qaydada 12.600 manat (hər birindən 6300 manat) alınaraq iddiaçıya verilməsi, nəqliyyat vasitəsinin təmirinə görə 10.000 manat tutulmasına dair hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdeh İbrahimova Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cavabdeh İbrahimova Cavabdeh2 münasibətdə iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: “Volkswagen TRASPORTER” markalı avtomobil Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmı ş, sonuncu həmin avtomobilə dair iddiaçının adına 10 oktyabr 2016-cı il tarixdə avtomobilin üzərində sərəncam hüququ verən etibarnamə, 11 oktyabr 2016-cı il tarixdə isə həmin avtomobili idarə etmək hüququ verən etibarnamə vermişdir. 2018-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobili cavabdehə 12.600 manat ödəməklə almasını, sonuncunun isə ona avtomobilin üzərində sərəncam və avtomobili idarə etmək hüquqlarını verən etibarnamələr verməsini əsas göstərməklə cavabdehlərdən avtomobilə görə ödədiyi 12.600 manatın və avtomobilin təmirinə sərf etdiyi 10.000 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdır dıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdehlər 03 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə İbrahimova Cavabdeh2 iddiası təmin edilərək mübahisəli avtomobilin ½ hissəsinə onun pay hüququ müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı İbrahimova Cavabdeh2 münasibətdə rədd edərkən işin yuxarıda göstərilən halına və eləcə də Cavabdeh1 iddia etdiyi 12.600 manatın onun tərəfindən ailənin ehtiyaclarına sərf olunması barədə işdə sübutların olmamasına əsaslanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.1-ci maddəsinə əsasən ərarvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 İbrahimovaya qarşı yönəldilməsinin əsassız olması barədə nəticəyə gələrək iddianı rədd etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara uyğun və qanunun norması düzgün tətbiq edilməklə çıxarıldığından kassasiya şikayətinin dəli lləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar