Məhkəmə qərarları › İş №2(102)-4847/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4847/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4847/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: pul tələbi Açar sözlər: borc müqaviləsi üzrə barışıq razılaşması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1, İddiaçı və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-892/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2012-ci il tarixdə pul borcunun əmlakla əvəz olunmasına dair müqavilə bağlanmış, həmin müqavilə üzrə Cavabdeh İddiaçı aldığı borc pul məbləğlərindən 200.000 ABŞ dollarının əvəzinə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 82,8 m2 və dəyəri 200.000 ABŞ dolları olan qeyri-yaşayış sahəsini sonuncunun mülkiyyətinə verməyi öhdəsinə götürmüş, İddiaçı isə Cavabdeh verdiyi borc pul məbləğlərindən 200.000 ABŞ dollarının əvəzinə sonuncunun mülkiyyətində olan qeyd edilən qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsi şərtini qəbul etmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı “200.000 ABŞ dolları borcun əvəzinə ünvan 2 ünvanında y erləşən sahəsi 82,8 kv.m olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “əsassız iddia qaldırılması nəticəsində cavabdehdən onun xeyrinə 160.000 manat məbləğində pulun tutulması” barədə qarşılıqlı iddia tələbləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə rədd edilmişdir. Eyni zamanda xx xxxx 2012-ci il tarixdə pul borcunun əmlakla əvəz olunmasına dair müqavilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Əli-zadə Rasimə Əli-Əşrəf qızının (Cavabdeh arvadı) iddiası əsasında etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə yuxarıda qeyd e dilən qətnamələrdən verilmiş apellyasiya şikayətləri üzrə işlər bir icraatda birləşdirilmiş, həmin məhkəmənin xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin isə tam olaraq dəyişdirilmədən saxlanılması qət edilmiş, sözügedən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxx 2019-cu il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 200.000 ABŞ dolları məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhz cavabdehlə arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış “pul borcunun əmlakla əvəz olunması barədə” müqaviləyə əsaslanmaqla müvafiq iddia tələbi ilə çıxış etmiş, cavabdeh (nümayəndəsi) isə sözügedən müqaviləni iddiaçıya olan borcunun 200 000 ABŞ dollarına bərabər hissəsi ilə əlaqədar bağladığını təkzib etməyərək özünə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya olan 600.000 ABŞ dolları borcunun 200.000 ABŞ dolları hissəsinin əvəzinə verməyə razılaşdığını, lakin iddiaçının həmin əmlakdan imtina etməsi səbəbilə onun (əmlakın) qızına məxsus H.Hacıyev küçəsi döngə 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə əvəz olunduğunu, həmçinin tələb edilən pul məbləğinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin aid olduğu işdə cavabdehdən tutulması istənilən 600.000 ABŞ dollar ı borcun tərkibinə daxil olduğunu, sözügedən borcun 480.000 ABŞ dollarına bərabər hissəsinin qətnaməyə qədər, qalan 120.000 ABŞ dolları hissəsinin isə qətnamənin çıxarılmasından sonra ödənildiyini, bunu xx.xx.2013-cü il tarixli iltizamın və iddiaçının Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2014-cü il tarixli ərizənin də təsdiq etdiyini bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə aktları ilə cavabdehin iddiaçıya sadəcə 120.000 ABŞ dolları məbləğində əsas borcunun olmasının müəyyən edildiyini, həmin borcun isə (eləcə də 12.000 ABŞ dolları məbləğində cərimənin) xx.xx.2013-cü il tarixli iltizama əsasən t am ödənildiyini, xx xxxx 2012-ci il tarixdə tərəflər arasında bağlanmış “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilənin etibarsız hesab edilməsinə rəğmən, cavabdehin iddiaçıya digər – Bakı şəhəri, Azərbaycan prospekti (H.Hacıyev küçəsi) döngə 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsini verdiyini, bununla da cavabdehin iddiaçıya hər hansı borcunun qalmadığını və iddiaçı tərəfindən bu borcu təsdiq edən hər hansı sübutun təqdim edilmədiyini, habelə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx xxxx 2012-ci il tarixli müqavilə (əqd) üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll olunmadığını vurğulamaqla iddia tələbinin əsaslı olmadığı nəticəsinə gəlmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması nı, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-892/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehdən 200 000 ABŞ dolları məbləğində pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəs mi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2012-ci il tarixli “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilənin bağlanmış olduğu mübahisə mövzusu deyildir - həmin müqavilədə cavabdehin iddiaçıdan aldığı borc pul məbləğlərindən 200.000 ABŞ dollarının əvəzinə mülkiyyətində olan əmlakı iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürdüyü göstərilmiş, yuxarıda qeyd olunduğu kimi cavabdeh sözügedən müqaviləni həqiqətən də iddiaçıya olan borcunun 200 000 ABŞ dollarına bərabər hissəsi ilə əlaqədar bağladığını etiraf etməklə yanaş ı, gah iddiaçının həmin əmlakdan imtina etməsi səbəbilə onun (əmlakın) qızına məxsus H.Hacıyev küçəsi döngə 7 ünvanında yerləşən 140 m2-lik qeyri-yaşayış sahəsi ilə əvəz olunduğunu, gah da tələb edilən pul məbləğinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin aid olduğu işdə ondan (cavabdehdən) tutulması istənilən 600.000 ABŞ dolları borcun tərkibinə daxil olduğunu irəli sürmüşdür. Göründüyü kimi, tərəflər arasında 200.000 ABŞ dolları ilə bağlı borc münasibətlərinin yaranmış olduğu mübahisəli deyildir və işin qeyd edilən faktiki halı iş materialları ilə də təsdiq olunur; tərəflər arasındakı anlaşmazlıq cavabdehin istinad etməkdə olduğu arqumentlərlə bağlıdır və bu baxımdan apelyasiya məhkəməsi mübahisənin obyektiv həlli üçün yuxarıda qeyd edilən həmin arqumentlərə qiymət verərək hesab etmişdir ki, cavabdehin istinad etməkdə olduğu arqumentləri əsaslı hesab etmək mümkün deyildir; iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə “iltizam” adlandırılan sənəd imzalanmış, həmin iltizamda onlar, cavabdehin iddiaçıya olan borcunun əvəzinə 340.000 ABŞ dolları dəyərində qızına məxsus H.Hacıyev küçəsi döngə 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya verdiyini, sonuncunun bunu qəbul etdiyini, ümumi borcun isə 340 000 ABŞ dolları həddində azaldığını bəyan etmişlər. Cavabdeh məhz həmin iltizama əsaslanmaqla iddiaçıya olan borcunun 200 000 ABŞ dollarına bərabər hissəsi ilə əlaqədar ona ünvan 2 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri- yaşayış sahəsini verdiyini (verməyi öhdəsinə götürdüyünü), lakin iddiaçını n həmin əmlakdan imtina etməsi səbəbilə həmin əmlakın qızına məxsus H.Hacıyev küçəsi döngə 7 ünvanında yerləşən 140 m2-lik qeyri-yaşayış sahəsi ilə əvəz olunduğunu iddiaya etirazının başlıca dəlili kimi irəli sürmüş, birinci instansiya məhkəməsi də həmin arqumenti əsaslı hesab etmişdir. Halbuki, sözügedən qənaətə gəlmək üçün hər hansı əsas mövcud deyildir. Belə ki, nə xx xxxxxxx 2012-ci il tarixli “iltizam” adlandırılan sənəddə buna dair hər hansı qeyd aparılmış, nə də tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilənin ləğv edilməsi ilə bağlı sənəd tərtib olunmamışdır (əksinə həmin müqavilə cavabdehin arvadının iddiası əsasında forma şərtinə əməl edilməməsi və cavabdehin arvadının buna dair razılığını bildirməməsi səbəbləri ilə et ibarsız hesab edilmişdir). Digər tərəfdən, hazırkı iddia ilə tələb edilən pul məbləğinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin aid olduğu işdə cavabdehdən tutulması istənilən borcun tərkibinə daxil olduğu qənaətinə gəlmək də mümkünsüz olmaqla, bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət yoxdur; belə ki, bu arqumentə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə münasibət bildirilmişdir. Bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı Cavabdeh yekunda əsas borca görə sadəcə 120.000 ABŞ dolları (600.000 ABŞ dolları deyil), əldən çıxmış faydanın əvəzi olaraq isə 67.248 ABŞ dolları olmaqla cəmi 187.248 ABŞ dolları məbləğində pulun tutulmasını xa hiş etmiş və sözügedən qətnamə ilə Cavabdeh əsas borca görə 120.000 ABŞ dolları, xx.xx.2012-ci il tarixə hesablanmış dəbbə puluna (əldən çıxmış faydaya) görə isə 12 000 ABŞ dolları olmaqla cəmi 132.000 ABŞ dolları məbləğində pulun məzənnəyə uyğun olaraq manatla tutulması qət edilmişdir. Həmin qətnamənin çıxarılmasından sonra tərəflər arasında xx.xx.2013-cü il tarixli “iltizam” adlandırılan sənəd imzalanmış, iltizamda “Cavabdeh İddiaçı olan 40.000 ABŞ dolları borcunu və məhkəmə qətnaməsi ilə kəsilmiş 12.000 ABŞ dolları cəriməni ödədiyi”, habelə “onun İddiaçı olan 600 000 ABŞ dolları məbləğində bütün borcunu və 12.000 ABŞ dolları cəriməni ödədiyi, cəmi ödənilmiş məbləğin 612.000 ABŞ dolları olduğu” göstərilmişdir. Həmçinin eyni tarixdə tərəflər arasında borcun qaytarılması haqqında qrafik tə rtib edilərək borcun qaytarılma tarixi, məbləği, qaytarılmasını təsdiq edən sübutun (sənədin) adı və nəhayət borcun hansı qaydada qaytarıldığı (nəğd və ya naturada) sırası ilə qeyd edilsə də, bu qrafikdə 200.000 ABŞ dolları borcla və onun əvəzində iddiaçıya verilməsi razılaşdırılan əmlakla (ünvan 1 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsi ilə) bağlı hər hansı qeyd aparılmamışdır. Bütün bunlar da cavabdehin istinad etməkdə olduğu arqumentlərin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdehla İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə rəğmən, etibarsız hesab edilən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi nin həll edilməmiş olması da fərqli qənaətə gəlməyə əsas vermir; belə ki, yuxarıda da qeyd edildiyi kimi, məhkəmə bu mövqeyini həmin müqavilə üzrə tərəflərin biribirilərinə nə pul, nə də daşınmaz əşya vermədikləri, müqavilədə pulun verilməsindən deyil, daha əvvəldən alınmış pul borcunun əvəzinə mübahisəli qeyri-yaşayış sahəsinin qarşı tərəfin mülkiyyətinə verilməsindən bəhs olunduğu ilə izah etmişdir. Başqa sözlə məhkəmə, 200 000 ABŞ dolları məbləğində pulun xx xxxx 2012-ci il tarixli müqavilənin əsasında (həmin müqavilə bağlanan anda) verilmədiyinə əsaslanmaqla restitusiya ilə bağlı müvafiq normanı mübahisəyə tətbiq etməmiş, həmin borcun mövcudluğunu ümumən şübhə altına alacaq hər hansı xüsusatı isə müəyyənləşdirməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tə rəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qüvvədə olan məhkəmə qərarları ilə iddiaçının hazırki tələbi ilə eynilik təşkil edən pul tələbinin rədd edilməsi qət edilmiş, digər tərəfdən isə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz araların da hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeydşərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısın a məlum olmayan iddialara şamil edilmir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı ilə cavabdeh arasında xx xxxx 2012-ci il tarixdə pul borcunun əmlakla əvəz olunmasına dair müqavilə bağlanmış, hər iki tərəfin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin müqavilə üzrə cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin cavabdehin mülkiyyətində olan daşınmaz əmlakla əvəzləşdirilməsi nəzərdə tutulmuş, həmin müqavilə dəyişdirilməmiş, ləğv edilməmiş və icra edilməmişdir. Həmin müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi tələbinin əsası ondan ibarət olmuşdur ki, cavabdehin arvadının həmin müqav ilənin bağlanmasına yazılı razılığı olmamışdır. Bu halda həmin müqavilə etibarsız hesab edildiyi üçün tərəflərin əmlakla əvəzləşdirilmiş borc məbləği üzrə hüquq və vəzifələrinin yaranması ehtiva edilir. İddia müddəti ilə bağlı kassatorun göstərdiklərinə gəldikdə isə, məzmunca apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apelyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar