Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4848/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)*****/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2019-cu il tarixli, 2(002)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 900 manat pul və 3 manat dövlət rüsumu olmaqla, cəmi 903 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, Cavabdeh İddiaçı xeyrinə 9000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30 manatın tutulması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manatın, məhkəmə üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9030 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil2 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, qanunvericiliyin birbaşa tələbi ola-ola, apelyasiya məhkəməsi həmin tələbləri pozaraq, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olmayan mövqe nümayiş etdirmişdir. Hansı ki, işin hallarından aydın görünür ki. İddiaçı tərəfindən eyni tarixdə həm avtomaşına dair etibarnamə verilmiş, həm də həmin gün kredit müqaviləsi imzalanmışdır. Belə olan halda açıq aydın görünür ki, iddiaçı cavabdehə verdiyi avtomaşına dair özünü sığortalamaq məqsədilə yalançı kredit müqaviləsi bağlamışdır. Həmçinin iddiaçının 4400 manat müqabilində cavabdehi məhkəməyə verməyəcəyi ifadəsini məhkəmə iclasında işlətməsi hakimin qanun normalarına və daxili inama əsasən ədalətli qərar qəbul etməsinə əsas olmalı idi. Bu faktlar ola-ola Bakı Apellyasiya Məhkəməsi açıq-aydın ədalətsiz və anlaşılmayan mövqe nümayiş etdirmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarında polis bölməsində araşdırma aparılarkən tərəflərin borc müqaviləsinə istinad etmədiklərini qeyd etsə də, iddianın təmin olunmasına dair əd alətsiz qərarında həmin araşdırma materialını əsaslardan biri kimi qeyd etmişdir. Məhkəmənin hansı səbəbdən iddianı tam təmin etməsi məlum deyil. Cavabdeh elə savadı yoxdur ki, vaxtilə bu məsələlərin baş verə biləcəyini görmüş olaydı. Hər bir halda tərəflərin özlərinin də, qeyd etdiyi kimi tanışlıq münasibətləri olub. Cavabdeh ağlına belə gətirməzdi ki. İddiaçı ona vermədiyi 9000 manatı geri tələb edə bilər. Qanunvericiliyin tələbinə əsasən də, məhkəmələr işlərə ədalətlə baxıb qərar qəbul etməlidirlər. Yuxarıda sadalananlardan isə aydın görünür ki, məhkəmə ədalətsiz qərar qəbul etmişdir. Beləliklə apelyasiya kollegiyası maddi və porsessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il ta rixli, 2(103)-*****/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən-903 manat məbləğində təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki halla rıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın təmin edilməsi qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdə xx.xx.2017-ci il tarixli kredit (borc) müqaviləsinin etibarsız olmasını göstərən hər hansı mötəbər sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız cavabdehin izahatına (bildirdiklərinə) əsaslanmış, lakin MPM-in 106.1- ci maddəsinin tələblərini nəzərə almamışdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı cavabdehin bildirdiklərini təsdiq etməmiş, yəni xx.xx.2017-ci il tarixli razılaşma protokolunda əks olunan halların, hazırki borc tələbi ilə əlaq əsinin olmamasını, başqabaşqa münasibətlər olmasını göstərmişdir. Həm iddiaçı, həm də cavabdeh xx.xx.2017-ci il tarixli razılaşma protokolu ilə bağlı bildirirlər ki, onlar uzun müddət əvvəl bir-birini tanımaqla, aralarında işgüzar münasibətlər yaranmışdır. Yəni, cavabdeh iddiaçının istehsal etdiyi çörəklərin satışına kömək məqsədilə onları iddiaçının verdiyi avtomobillərlə (keçən müddətdə cavabdeh bir neçə avtomobildən istifadə etmişdir) satış nöqtələrinə daşımış, sonuncu dəfə **--*** dövlət qeydiyyat nişanlı «FORD TRANSİT YÜK» markalı nəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilmiş, xx.xx.2017-ci il tarixli razılaşma protokolu da məhz bu istiqamətdə bağlanmışdır. İddiaçının hazırki iddia tələbi üzrə təqdim etdiyi xx.xx.2017-ci il tarixli kredit (borc) müqaviləsindən isəgörünür ki, «Bo rc verən» İddiaçı «Borc alan» Cavabdeh 9000 manat məbləğində borc verir, borc alan pul vəsaitini xx xxxxxx 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür.Cavabdeh hətta borc müqaviləsində öz xətti ilə «müqavilədə göstərilən məbləği borc aldım» qeydini də yazmışdır. Eyni zamanda borc müqaviləsi cavabdehin istinad etdiyi razılaşma protokolundan daha əvvəl bağlanmışdır. Yəni, borc müqaviləsi bağlandıqdan sonra tərəflər arasında razılaşma protokolu imzalanmış və həmin protokolla tərəflər aralarında yalnız mövcud olan əvvəlki münasibətləri (çörəklə bağlı sahədə) tənzimləmişlər. Həmçinin, hər iki müqavilənin məzmununda onların vahid məqsədlə bağlanması ilə bağlı da hər hansı qeyd mövcud deyildir. Məbləğlərin oxşar olması faktı isə özü-özlüyündə kredit (borc) müqaviləsinin etibarsız olması anlamına gəlməyə əsas ola bilməz. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh keçən uzun müddət ərzində kredit (borc) müqaviləsini müstəqil qaydada mübahisələndirməmiş, müqavilənin mövcudluğunu qəbul etmiş, yalnız iddiaçı pulunu tələb etdikdə etirazlarını irəli sürməyə başlamışdır. Bununla yanaşı, Bakı şəhəri Yasamal rayon Pİ-nin 29-cu PB-nin məhkəmə kollegiyasına təqdim etdiyi, İddiaçı şikayəti üzrə toplanmış materialların surətlərindən görünür ki, iddiaçının şikayəti üzrə, həmçinin xx.xx.2017-ci il tarixli razılaşma protokolunda göstərilənlərlə də bağlı (avtomobilin yararsız hala salınması, un məlumatlarının götürülməsi, lakin pulunun ödənilməməsi və s.) müvafiq araşdırma aparılmışdır. Təqdim edilmiş materiallarda olan izahatlardan görünür ki, tərəflər həmin vaxtı borc müqaviləsinə is tinad etməmiş, xüsusilə cavabdeh borc müqaviləsinin formal bağlanmasını, orada göstərilən pul vəsaitinin əslində avtomobilin dəyərini əks etdirməsi və s. bu istiqamətdə hazırda irəli sürdüyü dəlilləri göstərməmişdir.Bu halın özü də, borc müqaviləsi ilə xx.xx.2017-ci il tarixli razılaşma protokolunda göstərilənlərin fərqli münasibətlər olmasını dolayısı ilə təsdiq edir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmşidir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, xx.xx.2017-ci il tarixdə **-*** dövlət qeydiyyat nişanlı «FORD TRANSİT YÜK» markalı nəqliyyat vasitəsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə etibarnamə verilməsi, həmin tarixdə tərəflər arasında kredit müqaviləsinin bağlanması, qey d edilən sənədləşmələrdən eyni notariat kontorunda həyata keçirilməsi, bu sənədləşmələrdən qısa müddət sonra, yəni xx.xx.2017-ci il tarixdə tərəflər arasında razılaşma protokolunun imzalanması, kredit və razılaşma protokolu üzrə məbləğlərin eyni məbləğ təşkil etməsi apelyasiya kollegiyasının qeyd etdiyi kimi, ayrı-ayrı münasibətlərin tənzimlənməsini həyata keçirməmiş, əksinə, əlaqəli olmasını göstərmişdir. Apelyasiya kollegiyası tərəflər arasında olan kredit müqaviləsinin etibarlılığını yoxlamış birinci instansiya məhkəməsinin bu barədə qənaəti ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin yalnız cavabdehin izahatına əsaslanmasını göstərsə də, özü iddiaçının izahatına diqqət etməmişdir. Belə ki, iddiaçı izahatında razılaşma protokolu altında olan imzanın olan məxsus olmasını, orada qe yd edilən ödənilmiş 8100 manatın 9000 manatlıq işin görülməsi ilə əlaqədar olmasını, cavabdehin işin 8100 manatlıq hissəsini görməsini, daha sonra əməkdaşlığı dayandırmasını və avtomobili geri qaytarmasını göstərmişdir. Daha sonra iddiaçı cavabdeh ona 4400 manat ödəyərsə, onu məhkəməyə verməyəcəyini göstərmişdir. Apelyasiya kollegiyasının yanaşdığı kimi, əgər kredit müqaviləsi üzrə təşkil edən 9000 manat borc məbləği üzrə münasibət, tərəflər arasında olan razılaşma protokolu üzrə münasibətdən fərqlidirsə, o zaman 8100 manat ödənildiyi, cavabdehin iddiaçıya 900 manatlıq xidmət göstərilməsi halında hansı səbəbə avtomobil iddiaçıya qaytarılmışdır? Cavabdeh 900 manatlıq öhdəliyini icra etməməyin qarşılığında 9000 manatlıq avtomobilin iddiaçıya qaytarılmasına razı olmuşdur? İddiaçı bu qədərmi humanist yanaşaraq mövcud olan 9000 manatlıq gəlirindən 4400 manat qarşılığında imtina etməyə hazır olmuşdur? Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci mad dəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hü ququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məh kəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin kasasiya şikayətində göstərilmiş və iş mate rialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasa siya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4848/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4848/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver