Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4848/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-665/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 19.12.2012-ci il tarixli 10L000003899 saylı Kredit xətti müqaviləsinin surətindən görünür ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kreditalana 500000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə 13 dekabr 2022-ci il tarixdən gec olmayaraq verilməlidir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 21.12.2012-ci il tarixli 10R********** saylı Kredit razılaşmasından görünür ki, bank bu müqavilə ilə müəyyən ol unmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 60000 ABŞ dolları məbləğində krediti 1,75% olmaqla 36 ay müddətinə vermişdir. Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 60000 ABŞ dolları məbləğində pul vəsaiti 21.12.2012-ci ildə Cavabdeh3 hesabına köçürülmüşdür. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 18.06.2015-ci il tarixli 10R000008946S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 19.12.2012-ci il tarixli 10L000000495 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 21.12.2012-ci il tarixdə bağlanmış 10R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalan hissəsini və hesablanmış faizləri bu razılaşmaya əlavə olunan 21 dekabr 2012-ci il tarixli Ödəniş planı ilə müəyyən olunmuş ödən iş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 18.06.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 23.11.2015-ci il tarixli 10R000008946SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 19.12.2012-ci il tarixli 10L000003899 Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 18.06.2015-ci il tarixli Ödəniş Planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 23.11.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq dəyişdirilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.12.2012-ci il tarixli, 10S000008332 saylı Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı ilə X1 arasında bağlanmış 19.12.2012-ci il tarixli, 10S000008290 saylı Zaminlik Müqaviləsindən görünür ki, Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 19.12.2012-ci il tarixli 10M000001013 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 2.1-ci bəndinə görə ipoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayıl Hidayətzadə küçəsində yerləşən 7A nömrəli evin 9-cu mərtəbəsində yerləşən, 131.0 kv.m ümumi, 89,3 kv.m yaşayış sah əsindən, 41,7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 105 nömrəli mənzildir. Maliyyə arayışından görünür ki, Cavabdeh3 21.12.2017-ci il tarixli kredit razılaşması üzrə 12.04.2017-ci il tarixə əsas borcu 22505,05 ABŞ dolları, faiz borcu 5839,01 ABŞ dolları, cərimə borcu 23.022,15 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzil İddiaçı-nin xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir (qeydiyyat tarixi 20.12.2012, qeydiyyat nömrəsi **********). İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, 28.03.2017-ci il tarixdə Cavabdeh2 gö ndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoteka predmetinə dair bildiriş 07.04.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC-nin 15.05.2020-ci il tarixli LP-045/20 nömrəli rəyindən görünür ki, Sabunçu rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli, 2(008)-77/2020 saylı Qərardadına əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzili bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin bazar dəyəri 140000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5558 nömrəli 13.03.2020-ci il tarixli ekspert rə yindən görünür ki, Cavabdeh3 12.04.2017-ci il tarixinə İddiaçı-yə olan borcu əsas borc üzrə 21945,73 ABŞ dolları, faiz borcu üzrə 4985,45 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 22505,05 ABŞ dollar kredit borcu, 5839,01 ABŞ dolları faiz borcu, 23022,15 ABŞ dolları cərimə olmaqla, cəmi 51366.21 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödən ilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin satılması, və cəmi 51366 ABŞ dolları 21 sent məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracın satışından əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra hə min mənzildən Cavabdeh2 mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzilin boşaldılması, İddiaçı-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı ilə bağladığı 19.12.2012-ci il tarixli 10L000003899 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 21.12.2012-ci il tarixli 10R000008946SA saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Tərəflərin imz aladıqları 18.06.2015-ci il tarixli 10R0000046S saylı, 23.11.2015-ci il tarixli 10R0000046SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23.08.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 37494,95 ABŞ dolları ödəmiş, onun 22505,05 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.04.2017-ci il tarixə 232 gün üçün hesablanmış faiz borcu 5839,01 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. 12.04.2017-ci il tarixə 232 gün üçün hesablanmış cərimə 23022,15 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Həmçinin öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ilə bağladığı 19.12.2012 -ci il tarixli 10M000001013 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə İsmayılov Hidayətzadə küçəsində 7A saylı evdə yerləşən 105 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Paşayeva, iş № 2(008)-77/2020) iddia qismən təmin edilərək, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 21.12.2012-ci il tarixli, 10R000008946 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 21945,73 ABŞ dolları əsas, 4985,45 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28931 (iyirmi səkkiz min doqquz yüz otuz bir) ABŞ dolları, 18 (on səkkiz) sent məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaitinin; məhkəm əyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı-nin hesabına köçürülməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 1911ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılm ası, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı-nin xeyrinə müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh2 oğlundan, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 150 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüquqund an istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda zaminlər Cavabdeh1 və Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə kredit razılaşması üzrə əsas borcun 21945,73 ABŞ dolları, faiz borcunun 4985,45 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 23022,15 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 2000 ABŞ dolları müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından da ha məqsədəuyğun olması nəticəsinə gəlir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış İpoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etməzsə, cavabdehlər çatışmayan məbləği ipoteka saxlayana ödəməli, əgər satışdan götürülən məbləğ borc tələbindən artıq olarsa, artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün mənzilə tutma yönəl dilməli və o satılmalıdır; İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığında n həmin hissədə iddia təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov, A.Tanrıverdiyev, iş № 2(103)-665/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Cavabdeh3 Cəmaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsinin tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiymətinin 184000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Apellyator-cavabdeh Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsini ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, işə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzilin hazırkı real bazar və likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. "xxxx" MMC-nin 10.03.2021-ci il tarixli MB 14/0357 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilin likvid dəyərinin 184000 manat müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-665/2021 nömrəl i iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsinin qismən – “ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılmasının təmin edilməməsi” hissələrində ləğv olunması və həmin hissələrdə də iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilir ki, cavabdehlər mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərək həmin əmlaklara tutma yönəldiyi təqdirdə onları qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə k i, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni qismən – “ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılmasının təmin edilməməsi” hissələrində ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) baş qa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyy ənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulm uş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda h əmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifad ələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasın da tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri kassasiya şikayətində irəli sürdüyü dəlillərlə və tələblə eynilik təşkil etmişdir. İddiaçının mübahisələndirilən hissə üzrə mövqeyi ondan ibarətdir ki, məhkəmələr maddi hüquq normasının tələblərini pozmuş və «İpoteka Haqqında» Qanunun 59.3-cü maddəsini düzgün təfsir etməmişdir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab edir ki, «İpoteka Haqqında» Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Baxılan iş üzrə məhkəmələrin müəyyən etdiyi və kassasiya qaydasında mübahisələndirilməyən işin halları ilə müəyyən edilmişdir ki, borclu öhdəliyi icra etməmiş, tələbin əmlaka yönəldilməsi ba rədə icraat başlanmış, ipoteka qoyan bununla bağlı məlumatlandırılmış və müqavilənin şərtləri ona təkrarən izah edilmişdir. Bu halda iddiaçının-ipoteka qoyanın mənzildən çıxarılması ilə bağlı tələb hüququ yaranmışdır. İddiaçı məhz bu hüququndan istifadə edərək ipoteka müqaviləsi bağlanarkən şərtləşdirilmiş əsasın yarandığına əsaslanmaqla cavabdehin mənzildən çıxarılmasını tələb etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mənzilin satılmamasına əsaslanmaqla və iddiaçının belə hüququnun olmamasına istinad edərək iddianın cavabdehin – ipoteka qoyanın mənzildən çıxarılması hissəsinin əsassız olması nəticəsinə gəlmişdir. Qeyd edilməlidir ki, iddiaçının həmin tələbi irəli sürmək üçün tələb hüququ yaranmış, nə müqavilə, nə də «İpoteka Haqqında» Qanun həmin tələbin irəli sürülməsi imkanını məhdudlaşdırmır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh - ipoteka qoyanın mənzildən çıxarılmasına dair iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən təmin olunaraq cavabdeh – ipoteka qoyan Cavabdeh2 mübahisəli mənzildən çıxarılmalı, digər mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-665/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi qismən - ipoteka predmeti olan əmlaklara tutma yön əldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının təmin olunmaması hissəsində ləğv olunsun. Həmin hissədə yeni qərar qəbul edilsin. Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, 1911-ci məhəllə, İsmayılov Hidayətzadə küçəsi 7A saylı evin 105 saylı mənzilindən çıxarılsın. Mübahisələndirilən qalan hissədə (iddiaçının kassasiya şikayətinə münasibətdə) qətnamə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4848/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4848/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver