Məhkəmə qərarları › İş №2(102)-485/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-485/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-485/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)3782/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli 785F5 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3,418.89 (üç min dörd yüz ön səkkiz manat 89 qəpik) AZN, faiz borcu üzrə 1,084.87 (min səksən dörd manat 87 qəpik) AZN, cərimə borcu üzrə 3,495.85 (üç min dörd yüz doxsan beş manat 85 qəpik) AZN, cəmi 7,999.61 (yeddi min doqquz yüz doxsan doqquz manat 61 qəpik) AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 1(bir) manat bank xidmət haqqının v ə ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının tutularaq, iddiaçı Ləğv prosesində olan "İddiaçı” ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40.5 kv.m yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 27 nömrəli məzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC-nin 5 saylı filialı ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2011-ciil tarixli 785F5 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1na 36 (otuz altı) ay müddətinə illik 24 %, olmaqla 12,000 (on iki min manat) AZN məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi, Cavabdeh2na məxsus, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40,5 kv yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 27 nömrəli məzili (Mənzil tam mülkiyyət hüquqi üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1052 nömrəli reyestr kitabında 94756 nömrəli vərəqində qeydiyyata alınmışdır), ipoteka predmeti kimi Banka təqdim edilmiş və bu barədə xx xxxxxx 2011-ci il tarixli, 785nömrəli ipoteka müqaviləsi bağlanmışdır.Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifə lazımınca yerinə yetirməmişdir.Belə ki, tərəflər arasında münasibətlərin məhkəməd ən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 borcun qaytarılması tələbi ilə bağlı şifahi yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır.“İddiaçı" ASC-nin 5 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011ciil tarixli 785F5saylıkredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə Cavabdeh1 Ləğv prosesində olan "İddiaçı” ASC qarşısında əsas borc üzrə 3,418.89 (üç min dörd yüz ön səkkiz manat 89 qəpik) AZN, faiz borcu üzrə 1,084.87 (min səksən dörd manat 87 qəpik) AZN, cərimə borcu üzrə 3,495.85 (üç min dörd yüz doxsan beş manat 85 qəpik) AZN, cəmi 7,999.61 (yeddi min doqquz yüz doxsan doqquz manat 61 qəpik) AZN borc öhdəliyi yaranmışdır, 1 saylı Bakı İnzibati-lqti sad Məhkəməsinin xx.xx.2016-cı i tarixli, 2-1(81)1404/2016 saylı qərarına əsasən “İddiaçı" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu "İddiaçı" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1940/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia tələbinin rədd edilməsi, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ləğv prosesində olan İ ddiaçı ASC-nin ləvedicisi Əmanətlərin Sığortalanması Fondu verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)6857/18 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(004)-1940/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-6857/18 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mü lki Kollegiyasının 2(102)-7418/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Mirzəliyev, Ə.M.Rüstəmov və G.A.Quliyev) ləğv prosesində olan İddiaçı ASCnin ləvğedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)3782/2019 nömrəli qətnaməsi ilə (hakimlər X4, X1 və X2) ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)1940/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia q ismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 785F5 №-li kredit müqaviləsinə əsasən əsas borc üzrə 3,418.89 (üç min dörd yüz on səkkiz manat 89 qəpik) AZN, faiz borcu üzrə 1,084.87 (min səksən dörd manat 87 qəpik) AZN, cərimə borcu üzrə 100 (bir yüz) AZN, cəmi 4,603.76 (dörd min altı yüz üç manat 76 qəpik) AZN borc, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 1(bir) manat bank xidmət haqqı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40.5 kv.m yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 27 nömrəli mənzilə yönəldilməsi, həmin mənz il açıq hərracdan satılmaqla mənzilin açıq hərracdan ilkin satış qiyməti 116000 (yüz on altı min) manat məbləğində müəyyən edilməsi və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)3782/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-3782/2019 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsini və həmin hissədə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə və ya apellyasiya instansiya məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Belə ki, ekspert rəyi ilə ipoteka predmetinin dəyəri 116000 manat müəyyən edilmişdir. İpoteka müqaviləsində isə ipoteka predmetini dəyəri 45000 müəyyən edilmişdir. Göründüyü kimi müqavilə və ekspert rəyi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyəri arasında kəskin ziddiyyət olduğundan məhkəmə təkrar ekspertiz a keçirməli və ekspertizanın keçirilməsini AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməli idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Hazırkı iş üzrə kassator yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində apellyasiya instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir. Kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddia çı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini vermiş, lakin kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklər lazımı qaydada və vaxtında yerinə yetirilmədiyindən, nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən apellyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı xx.xx.2011-ciil tarixli 785F5 №-li kredit müqaviləsi üzrə Cavabdeh1 3418.89 manat əsas borc, 1084.87 manat faiz borcunun tutulması hissəsində haqlıdır və tutma ipoteka predmeti olan, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40.5 k v.m yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 27 nömrəli mənzilə yönəldilməlidir. Belə ki, "İddiaçı" ASC-nin 5 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 785F5 №-li İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40,5 kv yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 27 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sözügedən ipoteka müqaviləsində daşınmaz əmlak 45.000 manat qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qəradadına əsasən Cavabdeh2 məxsus, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40,5 kv yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 27 nömrəli mənzilin qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş «xxxx» MMC Konsaltinq və Qiymətləndirmə Şirkət tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, MB 12/692 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2na məxsus, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40,5 kv yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 27 nömrəli mənzilin xx xxxx 2019-cu il tarixə hesablanmış bazar dəyəri 116000 (bir yüz on altı min) manat təşkil edir. Apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40.5 kv.m yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 2 7 nömrəli mənzilin açıq hərracdan ilkin satış qiyməti «xxxx» MMC Konsaltinq və Qiymətləndirmə Şirkət tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinə uyğun olaraq 116000 (bir yüz on altı min) manat müəyyən edilməlidir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır; 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymə tini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən ev 81 ünvanında yerləşən 69.9 kv.m ümumi, 40.5 kv.m yaşayış, 29.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 27 nömrəli mənzilin açıq hərracdan ilkin satış qiyməti «xxxx» MMC Konsaltinq və Qiymətləndirmə Şirkət tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinə uyğun olaraq 116.000 (bir yüz on altı min) manat müəyyən edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin fak tiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə həmin hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını bildirsə də, keçirilmiş qiymətləndirmə rəyinin nəticəsini şübhə altına ala biləcək hər hansı sübuta istinad etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur k i, bu səbəbdən kollegiya kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Qiymətləndirmənin Əmlak Komitəsi tərəfindən aparılmalı olması ilə bağlı dəlilə gəldikdə isə kassasiya kollegiyası hesab edir ki, qanunvericilikdə bununla bağlı hər hansı imperativ tələb olmadığından müstəqil qiymətləndiricinin verdiyi rəy qanunla müəyyən edilmiş sübut qismində qiymətləndirilməklə ilkin satış qiymətinin müəyyən edilməsi zamanı nəzərə alına bilər. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İd diaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-3782/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar