Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-485/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “yeni tikilinin sökülməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maddi ziyan tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçının vəkili X3 və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-***/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı Bakı şəhəri X evdə 2007-ci ildən yaşayır. MH seriyalı ******* nömrəli 31.07.2007-ci il tarixli çıxarışa əsasən X evinin 31,2 kv.m sahəli 4/90 hissəsi paylı mülkiyyəti üzrə İddiaçı məxsusdur. Cavabdeh 17 nəfər ailə tərkibində Xdə fərdi yaşayış evində yaşayır. RX seriyalı ******* nömrəli 17.10.2017-ci il tarixli çıxarışa əsasən Xdə yerləşən ümumi sahəsi 142,5 kv.m olan fərdi yaşayış evinin 1/12 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Xdə fərdi yaşayış evinin digər paylı mülkiyyə tçiləri - X9, X2, X4, X5, X6, X7 notarial qaydada ərizə verərək, X1 yaşadığı Xdə fərdi yaşayış evinin özünə məxsus olan hissəsinin ikinci mərtəbəsinin tikilməsinə, sənədləşdirilməsinə, reyestrdən çıxarış verilməsinə razı olduqlarını, gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmadığını bildirmişlər. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin MKTB 31.05.2018-ci il tarixli çıx-106 nömrəli məktubu ilə Cavabdeh müraciətinə cavab olaraq bildirmişdir ki, yaşadığı Xdə fərdi yaşayış evinin özünə məxsus olan hissəsinin ikinci mərtəbəsində otaq tikməsinə və yarımçıq tikintinin sona çatdırılmasına rayon İcra Hakimiyyətinin etirazı yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə 06.03.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi yeni tikilinin sökülməklə evin konstruksiyasının əvvəlki vəziyyətə qaytarılması və apardığı tikinti işləri ilə bağlı ona dəymiş maddi ziyana görə 5.000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 18.04.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, ünvan 1 ünvanda özbaşina tikilinin sökülməsi və ona dəymiş ziyana görə 20.000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri X ev də 2007-ci ildən yaşayır. MH seriyalı ******* nömrəli 31.07.2007-ci il tarixli çıxarışa əsasən X fərdi yaşayış evinin 31,2 kv.m sahəli 4/90 hissəsi paylı mülkiyyəti üzrə İddiaçı məxsusdur. İddiaçı həmin ünvana köçən gündən evin konstruksiyasında hər hansı bir dəyişiklik etməmişdir. Cavabdeh yaşadığı mənzil İddiaçı yaşadığı evə bitişik vəziyyətdə olan birinci mərtəbədə yerləşir. Cavabdeh yaşadığı mənzilin üzərində əlavə bir mərtəbə inşa etmişdir. Cavabdeh əvvəl yanar konstruksiya olaraq çardaq, daha sonra taxtalardan düzəldilmiş müvəqqəti bir otaq tikmişdir. Cavabdehin bu tikilisi Yasamal rayon MKTBnin səlahiyyətli nümayəndələri tərəfindən dağıdılsa da, cavabdeh sonradan kərpic və daşdan yenidən iki otaq tikmişdir. Fotoşəkillərdən görünür ki, tikilən yeni otaqlara ikinci mərtəbədə yaşayan q onşuların istifadəsində olan pilləkən tərəfdən pilləkən məhəccərinin kəsilməsi ilə qapı qoyulmuş və gediş-gəlişə maneəçilik yaradılmışdır, yağış suları borusu məhv edilmişdir. Yeni tikilən otaqların damının yükdaşıyan tirləri iddiaçının mənzilinin divarlarına bənd edilmişdir. Bu divarlar içi boş kərpiclərdən tikilmişdir və əlavə tirlərin bənd olunması ilə öz dayanaqlığını olduqca itirmişdir. Yeni tikilən otaqların içəridən heç bir səs izolyasiyası olmadığından həmin otaqlardan xeyli səs-küy gəlir. Cavabdeh tərəfindən yeni tikilən sözügedən ikinci mərtəbə küçə boyunca çəkilmiş magistral qaz xəttinin üzərində inşa edilmişdir. Hansı ki, həmin qaz xətti İddiaçı və digər qonşuların magistral qaz xəttindən ayrılaraq sayğacdan sonra evlərinə gələn qaz xəttidir. Bu hal tikinti normalarına və texni ki təhlükəsizlik qaydalarına ziddir. Cavabdeh tərəfindən aparılmış təmir-tikinti işləri iddiaçı və digər qonşuların həyatı və əmlakı üçün ciddi təhlükə yaratmış və onların ciddi narahatlığına səbəb olmuşdur. Cavabdeh qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, o, 1966-cı ildə Xin evində doğulmuşdur, həmin fərdi yaşayış evinin müvafiq hissəsi ona miras qalmişdır. İddiaçı mənzili özbaşına tikilidir və onun mənzilinin yerləşdiyi küçəyə heç bir aidiyyəti yoxdur. Belə ki, 2006-cı ildə qonşu tərəfindən naməlum səbəblərdən ona məxsus evin bir hissəsi yandırılmış və o, ailə üzvləri ilə birlikdə Corat qəsəbəsində yaşamışdır. Həmin dövrdə onun evdə olmamasından istifadə edərək, onlara məxsus mənzilin divarların üzərində, razılıqları olmadan qonşu küçədə yaşayan və ev işləri ilə məşğul olan Ədal ət və Ələkbər adli şəxslər özbaşina tikili etmişlər. O, qonşuları ilə birlikdə bu məsələ ilə bağlı həmin şəxslərə öz etirazlarını bildirmişlər. Həmin vaxtı mərhum Ədalət və Ələkbər onu sakitləşdirərək, gələcəkdə ona məxsus evin dam hissəsində ev tikməyə köməklik edəcəklərini vəd vermişlər. Onun yaşadığı miras qalmış ev paylı mülkiyyət hüququ üzrə onun yaxin qohumlarına da məxsusdur. Onlar özbaşına tikilinin sökülməsi ilə aidiyyəti orqanlarına müraciət etmək istəmişdir. Sonradan yaxın qohumları ona kömək edərək, yanmış evini təmir etmişlər və o, ailəsi ilə köçüb yaşamağa başlamışdır. Özbaşına tikilidə uzun müddət ərzində heç kim yaşamamış və teztez satılmışdır. İddiaçı yaşadığı özbaşına tikilinin dam örtüyünün suları uzun illərdi ki, onun və qonşuların evlərinə axaraq yararsız vəziyyətə s almışdir. İddiaçıya dəfələrlə xəbərdarlıq etsə də, evinin damının və kondisionerin suyunun onun həyətinə axıdılmasının qarşısı alınmamışdır. O, öz hesabına tol çəkdirsə də, evin dam hissəsində uzun illərdi ki, yığılan sular evin tavanında çökmə təhlükəsi yaratmişdir. O, bununla bağlı müvafiq orqanlara müraciət etsə də, buna dair icazə ala bilməmişdir. O, uzun müddət ərzində evin 12 kv.m sahəsində yararsız və nəmişlik vəziyyətində öz ailə ilə birlikdə yaşamışdır. Sonradan dostlarının maddi köməkliyi ilə özünə məxsus evin 2-ci mərtəbəsini bərpa etmişdir. İddiaçı şikayəti əsasında MKİB-nin nümayəndələri tərəfindən həmin 2ci mərtəbəsi sökülmüş və bunun nəticəsində ona xeyli ziyan dəymişdir. Sonradan o, rəsmi icazə almaq üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon MKTB-nin 31.05.2018-ci il tarixli icazə verilməsi barədə məktubu əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin razılaşma məktubu verilmişdir. Bundan sonra o, öz evinin üst mərtəbəsində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə tikinti işləri aparmışdır. İddiaçının qanunsuz hərəkətləri nəticəsində ona təxminən 20.000 manat həcmində maddi ziyan vurulmuşdur. iddiaçının onun mənzilinə vurduğu ziyanın real məbləğinin müəyyən edilməsi üçün iş üzrə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.11.2019-cu il tarixli 13084 nömrəli eksperti rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Xin fərdi yaşayış evinin ona məxsus hissəsi 2-ci mərtəbənin inşa edilməsi nəticəsind ə İddiaçı yaşadığı Bakı şəhəri X fərdi yaşayış evinə ziyan dəyməmişdir. Həmçinin, rəyində göstərilmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri X fərdi yaşayış evinin damından və şaquli quraşdırılmış su novundan axan yağış sularının axıdılması nəticəsində Cavabdeh yaşadığı Xin fərdi yaşayış evinə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Cavabdeh yaşadığı Xin fərdi yaşayış evinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 717 manat müəyyən edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 2(004)-***/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, İddia çı yaşadığı Bakı şəhəri X fərdi yaşayış evinin damından və şaquli quraşdırılmış su novundan axan yağış sularının axıdılması nəticəsində Cavabdeh yaşadığı Xin fərdi yaşayış evinə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 717 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı Xdə fərdi yaşayış evinin üst mərtəbəsində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə tikinti işləri aparmışdır. Cavabdeh Mülki Məcəllənin 240.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin tikinti işlərini müvafiq icra hakimiyyəti orqanının razılığı ilə və özünün mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsində yenidən qurma işləri aparmaqla etmişd ir. Bu səbəbdən həmin tikililər özbaşına tikili hesab edilmir. Həmçinin, İddiaçı 31.07.2007-ci il tarixli çıxarışa əsasən X evinin 31,2 kv.m sahəli 4/90 hissəsi paylı mülkiyyətçisidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığına görə, orada aparılan dəyişikliklər və yenidən qurma işlərinin görülməsi, həmin evin özbaşına tikili olmasını deməyə əsas vermir. Cavabdeh özünə məxsus olan fərdi yaşayış evində apardığı tikinti işləri ilə bağlı iddiaçıya hər hansı maddi və ya mənəvi zərər vurmamışdır. İddiaçının yaşadığı evinin damından və şaquli quraşdırılmış su novundan axan yağış sularının axıdılması nəticəsində cavabdehin evinə su sızma nəticəsində ziyan dəymişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 240.1, 21.1, 21.2, 1097, 1115-ci mad dələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)***/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın rədd olunması və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı yaşadığı X fərdi yaşayış evi ümumi tikilidən ibarətdir, həmin tikilinin tərəfləri fərqli ünvan daşıyır, o cümlədən iddiaçı yaşadığı otaqlarla cavabdehin yaşadığı otaqlar bitişikdir və eyni arakəsməyə malikdir. İş materiallarından görünür ki, X fərdi yaşayış evin 1/12 hissəsi paylı mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur. Belə olan halda cavabdeh həmin fərdi yaşayış ev ində paylı mülkiyyətə sahib digər şəxslərdən yaşadığı ərazidə konstruktiv dəyişikliklər etməsi və əlavə tikili inşa etməsi üçün razılıq alması tələb olunurdu ki, iş materiallarında belə bir razılığın olmasını təsdiq edə biləcək sübut yoxdur. Həmçinin o həmin ünvanda yaşayan digər qonşulardanda icazə almalı idi. Cavabdehin inşa etdiyi tikililər Mülki Məcəllənin 240.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə də razı deyildir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 05 avqust 2020-ci il tarixli 2(103)-***/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-***/2020 saylı, 27 yanvar 2020 -ci il tarixli qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri X fərdi yaşayış evinin damından və şaquli quraşdırılmış su novundan axan yağış sularının axıdılması nəticəsində Cavabdeh yaşadığı Xin fərdi yaşayış evinə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Cavabdeh yaşadığı Xin fərdi yaşayış evinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 717 manat müəyyən edilir. Hazırki işdə isə Xdə fərdi yaşayış evinin üst mərtəbəsində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin razılığı ilə tikinti işləri aparmışdır. Cavabdeh Mülki Məcəllənin 240.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin tikinti işlərini müvafiq icra hakimiyyəti orqanının razılığı ilə və özünün mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsində yenidən qurma işləri aparmaqla etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin həmin tikilinin özbaşına tikili olmadığı ilə bağlı gəldiyi nəticə haqlıdır. Kollegiya apellyasiya şikayətində irəli sürülən tikinti aparılması üçün digər mülkiyyətçilərin razılığın ın alınmaması barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, Xdə fərdi yaşayış evinin digər paylı mülkiyyətçiləri - X9, X2, X4, X5, X6, X7 notarial qaydada ərizə verərək, X1 yaşadığı Xdə fərdi yaşayış evinin özünə məxsus olan hissəsinin ikinci mərtəbəsinin tikilməsinə, sənədləşdirilməsinə, reyestrdən çıxarış verilməsinə razı olduqlarını, gələcəkdə bununla bağlı heç bir iddiaları, tələbləri və şikayətləri olmadığını bildirmişlər. İddiaçının apellyasiya şikayətinin digər dəlillərindən biri də ekspert rəyinin yanlış olmasıdır. İddiaçının bu dəlillərə münasibətdə kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcad an heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla qarşılıqlı iddia tələbini qismən təmin etmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli 2(103)-***/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəməyə təqdim olunan sübutlar hərtərəfli, tam, obyektiv şəkildə araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən e dərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən iddiaçı qətnaməni yalnız ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilən hissədə mübahisələndirmiş, məhkəmə qətnaməni yalnız həmin hissədə yoxlamışdır. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının hədlərini də təşkil etmir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İş üzrə cavabdehin özünə məxsus mənzilin üzərində otaq inşa etməsi nəticəsində həmin binaya bitişik olan iddiaçının yaşayış sahəsinə hər hansı ziyan dəyməsi, bu tikilinin iddiaçıya mane olması, onun hüquqlarını və qanuni mənafelərini pozması məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən həmin tikilinin sökülməsi barədə iddiaçının tələb hüququ mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası Müki Məcəlləsinin 1096.1, 1097.1, 21.1-ci maddəsinin məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmas ı, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, cavabdehin mənzilinə iddiaçının yaşayış evinin damından və şaquli quraşdırılmış su novundan yağış sularının axması ziyanın dəyməsi faktı müəyyən edilmiş və həmin ziyanın məbləği 717 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki halların ı ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilməd