Məhkəmə qərarları › İş №2(102)-4850/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4850/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4850/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4850/20 (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi ) 01.12.2020 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı borc tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3343/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarş ı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc kimi 75.000 ABŞ dolları və 5000 ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə əsasən hesablanmış faiz borcunun tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx xxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Cavabdeh 75000 ABŞ dolları məbləğdə pulu iddiaçıdan borc alır və xx xxxx 2018-ci il tarixədək tam həcmdə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh aldığı 75000 ABŞ dolları məbləğində pulu müqavilədə nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq hazırkı vaxtadək qaytarmamış, bununla da müqa vilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmışdır. xx.xx.2018-ci il tarixində ödənilməli olan 75000 ABŞ dolları məbləğində pulun qətnamə çıxarılan günədək gecikdirilməsi müqabilində cavabdehdən ililk 5% məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2879/2019 nömrəli (hakim İ.Rüstəmli) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən 17500 ABŞ dolları və həmin məbləğə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1239,60 ABŞ dolları məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 18739,60 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 m anat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 430, 448.1 və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-X.Sarıyev (sərlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxx 2020-ci il tarixli, 2(103)-3343/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2879/2019 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh ar asında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən 17500 (on yeddi min beş yüz) ABŞ dolları və həmin məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 1239,60 (min iki yüz otuz doqquz ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində pul vəsaiti olmaqla, cəmi 18739,60 (ona səkkiz min yeddi yüz otuz doqquz ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində pul vəsaiti alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla, həmçinin ödənilmiş 6,9 (altı manat doxsan qəpik) manat dövlət rüsumu Cavabdeh tutulub, İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 329.2, 385.1, 386.1, 406, 442, 445.7,448, 739.1, 740.1, 740.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi formal olaraq bağlanmışdı, nə borca pul alıb və nədə iddiaçıya pul qaytarmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə i clasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1- ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borca lan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 406.1 maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 329.2 maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericilikdə (MM-nin 740-cı maddəsi) borc müqaviləsinin hazırkı hal üçün (borc məbləği üç min manatdan çox olduğu üçün) yazılı bağlanması nəzərdə tutulduğundan, tərəflər borc müqaviləsinin not ariat yazılı formasına əməl etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki M əcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı Eyvaz qızı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhər 14 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən rəsmiləşdirilmiş xx xxxx 2017-ci il tarixli “Kredit müqavil əsi”nə əsasən borclu Cavabdeh borc verən İddiaçı 75000 ABŞ dolları borc almış, həmin məbləği xx.xx.2018-ci il tarixə borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən borclu bu müqavilə ilə almış olduğu borcu xx.xx.2018-ci il tarixədək tam həcmdə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli İddiaçı Eyvaz qızı tərəfindən yazılmış ərizədə İddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ona ödəyəcəyi 75000 ABŞ dolları məbləğində borc puldan 57500 ABŞ dolları məbləğini qəbul etdiyini göstərmişdir. Tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilədən irəli gələn öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozaraq, xx.xx.2018-ci il tarixədək tam qaytarmalı olduğu öhdəliyini yerinə yetirməmiş, 75000 ABŞ dolları borcdan 57500 ABŞ dollarını qaytarmışdır. Buna görə də, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbini 75000 ABŞ dollarının tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 17500 ABŞ dolları (75000-57500=17500) alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, manatla tutulmalıdır. Kollegiya kassatorun kredit müqaviləsinin formal olaraq bağlanması, onun heç bir borc götürməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdehin özünün təqdim etdiyi notariat qaydada təsdiq olunmuş ərizədə iddiaçı cavabdehdən hazırki kredit müqaviləsi üzrə 75000 ABŞ dolları borcdan 57500 ABŞ dollarını almasını qeyd edib. Bu hal bir daha tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olmasını təsdiq edir. Bakı şəhər 14 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən rəsmiləşdirilmiş xx xxxx 2017-ci il tarixli Kredit müqaviləsi olduğu təqdirdə həmin müqavilənin formal olması halını sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh müqavilənin əhəmiyyətsiz əqd olması halını sübut edə bilməmişdir. Kollegiya borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5% hesabı ilə faizin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İşin hallarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəlik xx.xx.2018-ci il tarixədək icra edilməli idi. Həmin tarixdən birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxta kimi olan müddət 1 7 ay təşkil edir. Belə olan halda 17 ay üçün faiz şəklində əldən çıxmış fayda 1239,60 ABŞ dolları (17500 ABŞ dolları borc x 5%: 12 ay x 17 ay=1239,6 ABŞ dolları) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3343/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar