Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4850/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakın geri qaytarılması, vindikasiya iddiası, iddia müddətinin şamil edilmədiyi tələb. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı2, Cavabdeh ASC-nin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5739/202 0 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 16 mart 2009-cu il tarixdə Cavabdeh ASC-nin Səbail filialı ilə İddiaçı2 arasında kredit müqaviləsi bağlanmışdır. 01 saylı Müqavilənin şərtlərinə görə bank tərəfindən İddiaçı2 12 ay müddətinə, 28 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. 16 mart 2009-cu il tarixdə Cavabdeh ASC-nin Səbail filialı ilə İddiaçı1 arasında kredit müqaviləsi bağlanmışdır. 02 saylı Müqavilənin şərtlərinə görə bank tərəfindən İddiaçı1 9 ay müddətinə, 24 faiz dərəcəsi ilə 3300 manat məbləğində kredit verilmişdir. 16 mart 2009-cu il tarixli 02 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün 3300 manat dəyərində qiymətləndirilmiş 9 adda qızıl-zinət əşyaları girovla yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank qarşısında girov qoyduğu 42 qram qızıl boyunbağı və 17 qram bilərziyin cavabdehdən alınaraq ona qaytarılması, qızıl-zinət əşyaların olmadığı təqdirdə onların dəyərləri məbləğdə pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ASC tərəfindən qayınanası İddiaçı2 məxsus qızıl-zinət əşyaları girov qoyulmaqla ona 3000 manat məbləğində kredit verilmiş, bununla bağlı ca vabdehin Səbail filialı ilə onun arasında 16.03.2009-cu il tarixli kredit müqaviləsi və girov müqaviləsi bağlanmışdır. Həmin vaxt cavabdehin Səbail rayon filialının müdiri X7 olmuşdur. O, banka olan faiz və əsas borcu tam ödəməklə bank qarşısında götürdüyü öhdəliklərini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq bank tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarından 42 qram çəkidə qızıl boyunbağı və 17 qram çəkidə bilərzik girov geri qaytarılmamışdır. Bununla bağlı o, dəfələrlə filialın direktoru Mətləb Əliyevə müraciət etmiş, sonuncu fərqli-fərqli bəhanələr gətirərək qızılların qaytarılmasını təmin etməmiş, başqa şəxs tərəfindən kredit bağlanıldığından qızılların da həmin şəxsə təhvl verildiyini göstərmişdir. Bundan sonra X11 5-6 ay ərzində ona hər ay 50 manat pul vermişdir. Lakin, o, sonuncudan qızıllarını tələb etməkdə davam etdiyinə görə ödənişləri dayandırmışdır. Daha sonra o, Mətləb Əliyev barəsində polisə şikayət etmişdir. Xəzər RPİ 2-ci PB tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Kredit bağlanılandan sonra nə ona, nə də qayınanası İddiaçı2 qızıllar qaytarılmamışdır. Bununla bağlı o, kredit ödəniləndən sonra qızılların ona geri qaytarılması ilə bağlı heç bir təhvil-təslim aktı imzalamamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər arasında 16.03.2009-cu il tarixli kredit və girov müqavilələri bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya 16.12.2009-cu il tarixədək qaytarılmaq şərtilə 3300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısı barədə eyni tarixli əlavəyə əsasən İddiaçı1 siyahıda göstərilən qızıl-zinət əşyalarını banka girov olaraq təhvil vermişdir. Həmin əlavədən həmçinin müəyyən olunur ki, İddiaçı1 siyahıda göstərilən qızıl-zinət əşyalarını təhvil almış, bu barədə siyahıda imza etmişdir. Bundan başqa, həmçinin qeyd olunmalıdır ki, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 377.1, 377.2, 375.2-ci maddələrinə istinadən qeyd edir ki, tərəflər arasında bağlanılan kredit və girov müqaviləsinin müddəti 16.12.2009-cu il tarixədək müəyyən edilmişdir. Lakin iddiaçı 10 ildən artıq müddət keçdikdən sonra belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Təqdim olunmuş 16 mart 2009-cu il tarixli Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısına əsasən İddiaçı1 tərəfindən 3300 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuş, sonra həmin əşyalar İddiaçı1 özünə qaytarılmış, sonuncu qızılları təhvil almışdır. Xəzər RPİ 2-ci PŞ-nin 03 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə X1 ərizəsi əsasında toplanmış HK-1-702 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 18 mar t 2020-ci il tarixli, 2(006)-1504/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xəzər RPİ 2-ci PŞ-nin 03 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış HK-1-702 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Material araşdırılarkən izahatları alınmış X7, X8 və X6 göstərmişlər ki, qeyd olunan kredit müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyaları girovqoyana qaytarılmışdır. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia müddəti keçmişdir və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onu nla əsaslandırılmışdır ki, işə baxan məhkəmə yalnız cavabdeh tərəfindən çıxış edən X7, X8 və X4 izahatlarına əsasən qərar qəbul etmişdir. Onlar da izahatlarında bildirmişlər ki, qeyd olunan kredit müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinyət əşyaları girov qoyana qaytarılmışdır. Digər mühüm məsələ iddia müddətinin iddiaçılar tərəfindən ötürülmüş olması ilə bağlıdır. Belə ki, tərəflərindən iddia müddəti ötürülməmişdir. Cavabdeh orqanın işçisi X7 qızılların qaytarılmaması nəticəsində hüquq-mühafizə orqanına şikayət edilməsin deyə hər ay onlara 50 manat pul vermişdir. Bundan əlavə hər gün qızıllarının qaytaracaqları bəhanəsiylə onlara məhkəməyə müraciət etməyə imkan verməmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyal Sar ıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququna qiymət vermədən, iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Bu halda birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozduğu üçün, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmaqla yeni qətnamə çıxarılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıların tələb etdiyi qızıl-zinət əşyaları ilə bağlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci mad dəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə də həmin şərtlər mövcud deyildir. Belə ki, tələb olunan qızıl-zinət əşyaları iddiaçı X2 məxsus olsa da, həmin əşyalar digər İddiaçı1 tərəfindən girov qoyulmuş, müqavilə şərtləri yerinə yetirildiyi üçün, İddiaçı1 qaytarılmışdır. Qızıl-zinət əşyalarının İddiaçı1 qaytarılması Cavabdeh ASC-nin Səbail filialına girov qoyul an əmlakın və qiymətli əşyaların siyahısı və cinayət işinin başlanılmasının rədd olunmasına dair materiallarda olan X7, X8 və X4 izahatları ilə müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan, təmin edilə bilməz. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və proses sual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, cavabdehi təmsil edən M.Əliyevin qızılların qaytarılmaması ilə bağlı iddiaçıların şikayət etməsin deyə hər ay onlara 50 manat pul verməsi iş üzrə etirafa bərabər tutulmalı olduğu halda məhkəmə bunu etməmişdir. Materiallara əlavə edilmiş, işdə tətqiq olunmuş malların götürülməsinə dair akt iddiaçılar tərəfındən mübahisələndirilmiş, aktın əslinin iş materiallarına əlavə edilməməsi, əsli sənəddə onların imzalarının olmamısını göstərmişlər. Digər tərəfdən cavabdeh orqanın Vətən adlı işçisi 59 qr qızılın həqiqətən də cavabdeh orqanda qalmasını bildirmişdir. Məhkəmə iş üzrə dindirilən və izahatları alınan Mətləb Əliyevin, Şakir Rəhimovun, Xalidə Rəsulzadənin izah ahatlarının korporativ maraqlardan çıxış etməklə verildiyini işin həqiqi hallarını əks etdirmədiyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəb ləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçılar qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izhatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara g örə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilməyən hallarına görə, 16.03.2009-cu il tarixdə cavabdeh bank ilə İddiaçı1 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən İddiaçı1 9 ay müddətinə, 24 faiz dərəcəsi ilə 3300 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün 3300 manat dəyərində qiymətləndirilmiş iş üzrə digər iddiaçı Şərqiyyə Mehtiyevaya məxsus 9 adda qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit müqaviləs üzrə borc öhdəlikləri iddiaçılar tərəfindən icra edilmişdir. Mübahisə kredit müqaviləsi üzrə öhdəlikləri n icrasının təmin üsulu kimi banka girov qoyulmuş 9 adda qızıl-zinət əşyalarından 2 ədədinin, 42 qram çəkidə qızıl boyunbağı və 17 qram çəkidə bilərzik qaytarılması ilə bağlıdır. İddiaçılar həmin əşyaların qaytarılmadığını, cavabdeh isə bunun əksini iddia edir. Məhkəmə kollegiyası ilk növbədə hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan əşyalar iddiaçı Ş.Mehdiyevanın mülkiyyətində olan daşınar əmlaklardır. Qeyd edilən əmlaklar tərəflər arasında bağlanmış girov müqaviləsi əsasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün banka girov qoyulmuşdur. Bu isə mülkiyyət hüququnun banka keçməsi anlamına gəlmir. Bank yalnız kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi halda həmin əşyalara tutmanın yönəldilməsini tələb edə bilər. Hazırki işdə də kredit müqaviləsi üzrə öhdəliklərin iddiaçılar tərəfindən icra edilməsi müəyyən edilir. Belə olan halda hazırki mübahisəyə müqavilədən irəli gələn 3 illik iddia müddəti şamil edilə bilməz. Hazırki iş üzrə tələb mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əşyanın geri qaytarılması barədə vindikasiya iddiasıdır. Mülki Məcəllənin 384.0 və 384.0.4-cü maddələrinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək qeyd olunan maddi hüquq normasının tələbini pozmuş, apellyasiya instansiyası məhkəməsi isə iddia müddətini tətbiq edən məhkəmənin gəldiyi nəticəni yalnız məhkəmənin iddiaçıların subyektiv hüququnun araşdırılmaması əsası ilə ləğv etmiş, hazırkı mübahisəyə iddia müddətinin tətbiqinin mümkünlüyünü müzakirə etməmişdir. MPM-nin 385.1, 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddiaçıların subyektiv hüququna da qiymət verərkən işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uy ğun olaraq qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olacaq prosessual pozuntuya yol vermişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçılara qaytarılması qənaətinə gələrkən Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısı”na və cinayət işinin başlanılmasının rədd materialında X7, X8 və X4 izahatlarına istinad etmişdir. Məhkəmənin istinad etdiyi siyahı tərəflər arasında kredit və girov müqavilələri bağlanılan tarixdə, yəni 16.03.2009-cu il tarixdə tərtib edilmişdir. Siyahıda əşyaların İddiaçı1 tərəfindən təhvil verilməsi və S.Rəhimov tərəfindən təhvil alınması, sonra isə S.Rəhimov tərəfindən təhvil verilməsi, İddiaçı1 tərəfindən təhvil alınması qeyd edilmiş həmin şəxslər tərəfindən müvafiq qrafalar imzalanmışdır. Qeyd edilən siyahıdan əmlakların 16.03.2009-cu il tarixdə İddiaçı1 tərəfindən təhvil verilməsi, xəzinədar S.Rəhimov tərəfindən təhvil alınması müəyyən edilsə də, əşyaların xəzinədar S.Rəhimov tərəfindən İddiaçı1 nə vaxt təhvil verilməsi və İddiaçı1 tərəfindən nə vaxt təhvil alınması müəyyən deyildir, bu əməliyyatın keçirilməsi tarixi aktda göstərilmiş, İddiaçı1 isə qızıl-zinət əşyalarının alınması ilə bağlı həmin aktda imza etmədiyini göstərmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi idd ianı rədd edərkən cinayət işinin başlanılmasının rədd materiallarında olan və təhqiqat orqanı tərəfindən alınmış X7, X8 və X4 izahatlarına istinad etmişdir. Lakin nəzərə alınmamışdır ki, göstərilən şəxslər işdə iştirak edən şəxslər deyildir, onların təhqiqat orqanına verdikləri izahatlar Mülki Prosessual Məcəllənin tələbləri baxımından sübut əhəmiyyəti kəsb etmir, qanunla müəyyən edlmiş qaydada şahid kimi dindirilmə zamanı verdikləri ifadələri sübut kimi dəyərləndirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətna mə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5739/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.