Məhkəmə qərarları › İş №2(102)-4851/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4851/2019

04.07.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4851/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı2, kassatorun vəkili X6, iddiaçının nümayəndəsi X15, iddiaçının vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-5698/2018, hakim A.S.Məmmədov) İddiaçı1 cavabdeh Cavabdeh MTK-ya qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası, İddiaçı2 İddiaçı1, Cavabdeh MTK-ya və X10 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin ona təhvil verilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 Cavabdeh MTK-ya qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1967/2019 E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev)İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlan ılmışdır. Həmin qətnamədən İddiaçı2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış 19 aprel 2014-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən binanın 3-cü mərtəbəsində ümumi sahəsi 95 kv.m-dən ibarət olan iki otaqlı 131 saylı mənzil MTK tərəfindən İddiaçı1 satılmışdır. Eyni tarixli maliyyə arayışına əsasən, müvafiq mənzilin pay dəyəri olaraq, 54000 manat məbləğində pul alıcı İddiaçı1 tərəfindən tam ödənilmişdir. 19 iyul 2018-ci il tarixdə İddiaçı1 Cavabdeh MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın Bakı şəhəri, M,Xiyaban i küçəsində tikdiyi yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 95 kv.m olan 2 otaqlı 131 saylı mənzilinə onun sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 qarşılıqlı iddia verərək Bakı şəhəri, M.Xiyabani küçəsində inşa edilən binanın sahəsi 95 kv. m. olan 2 otaqlı 131 saylı mənzilə dair Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış 19.04.2014-cü il tarixli müqavilə etibarsız hesab edilməsi; Bakı şəhəri, M. Xiyabani küçəsində inşa edilən binanın sahəsi 95 kv.m olan 2 otaqlı 131 saylı mənzilə dair Cavabdeh MTK ilə X16 arasında bağlanmış 21.11.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi; İddiaçı1 mənzildən çıxarılması; Bakı şəhəri, M. Xiyabani küçəsində inşa edilən 95 kv.m sahəsi olan 2 otaqlı 131 saylı mənzilin boşald ılaraq, ona təhvil verilməsi; Bakı şəhəri, M.Xiyabani küçəsində inşa edilən 95 kv.m. sahəsi olan 2 otaqlı 131 saylı mənzilə dair onun sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X16 Cavabdeh MTK-ya qarşı iddia qaldıraraq onunla cavabdeh "Cavabdeh" MTK arasında bağlanmış 21 noyabr 2007-ci il tarixli mənzilə dair müqaviləyə əsasən Cavabdeh massivi, M.Xiyabani küçəsi 5 ünvanında yerləşən "Cavabdeh" MT'K tərəfindən tikilmiş 2-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 95.5 kv.m olan 131 nömrəli 2 otaqdan ibarət mənzil üzərində X9 mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası P rokurorluğu Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 25 sentyabr 2018-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Cavabdeh, «Yüksəliş-C» və "Badu-Kübə” tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə ********* №-li cinayət işi istintaq olunur. İstintaq orqanına daxil olmuş məlumatlara əsasən, Cavabdeh MTK tərəfindən ünvan 3 ünvanında inşa olunmuş binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 95 kv. metr sahəli 131 №-li mənzil ilkin olaraq MTK-nın rəhbərliyi tərəfindən 08 avq ust 2007-ci il tarixli müqavilə və 45600 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1, həmin mənzil onun adından 19 aprel 2014-cü il tarixli müqavilə və 54000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında İddiaçı1 adına keçirilmişdir. Bundan başqa, həmin mənzilin təkrarən qanunsuz satılması ilə bağlı saxta sənədlər: X10 satılması barədə MTK-nın təsisçilərindən biri, lakin satış sənədlərini imzalamağa səlahiyyəti olmamış X11 təsdiq etdiyi 21.11.2007-ci il tarixli müqavilə və maliyyə arayışı, İddiaçı2 satılması barədə MTK-nın sədri Cahangir Alışovun təsdiq etdiyi 01.04.2014-cü il tarixli müqavilə və maliyyə arayışı, X2 barədə C.Alışovun təsdiq etdiyi 24.04.2014-cü il tarixli müqavilə və maliyyə arayışı tərtib olunmuşdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul ed ilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, MTK onunla müqavilə bağladığından, həmin əmlak üzərində tam olaraq onun pay hüququ yarandığından, o öz mülkiyyətində olmayan əmlak üzərində yenidən sərəncam verə bilməzdi. Apellyasiya ilkin olaraq onun müqaviləsinin mövcud olmasını, ilkin olaraq MTK-da onun tərəfindən paya malik olması nəzərə alınmamışdır. Bu halda, mübahisəli ev üzərində bütün sənədlərə əsasən onun hüququ üstünlük təşkil edir. Bundan başqa, iş üzrə qanuni qüvvəsini almış qətnamə mövcuddur. Bu halda apellyasiya məhkəməsi həmin qətnamə qüvvədə olduğu halda digər iddialara qiymət verməməli, yeni açılmış hal kimi digər tərəflərə məhkəməyə müraciət etmək hüquqlarının olmasını izah etməli idi. İddiaçının nümayəndəsi kassasiya şiakyətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418- ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına əsasən "Cavabdeh" MTK ilə X7 arasında 08.08.2007-ci il tarixdə “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə adıçəkilən MTK-nın ünvan 3 ünvanında inşa olunmuş binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 95 kv. metr sahəli 131 №-li mənzilin alıcıya təhvil verilməsi və mənzilin ümumi dəyərinin 45600 manatın məbləğində müəyyən edilərək ödənilməsi razılaşdırılmış, MTK-nın həmin tarixli maliyyə arayışına görə sözügedən mənzilin dəyəri Firudin Şabiyev tərəfindən tam ödənilmişdir. İş materiallarından görünür ki, Firudin Şabiyev 03.10.2011-ci il tarixdə vəfat etmiş, 01.03.2014 -cü il tarixdə onun oğlu Mehman Şabiyev MTK-ya müraciət edərək sözügedən mənzilin satılıb pulunun geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmiş, 18.04.2014-cü il tarixdə MTK-ya ərizə ünvanlayaraq mənzillə bağlı məbləği aldığını bildirməklə mənzilin İddiaçı1 adına keçirilməsini istəmiş, növbəti gün- yəni, 19.04.2014-cü il tarixdə MTK ilə İddiaçı1 arasında mübahisəli mənzilə dair eyni adlı və eyni məzmunlu müqavilə bağlanmış, İddiaçı1 tərəfindən 54.000 manat pul vəsaitinin ödənilməsi barədə müvafiq maliyyə arayışı verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Mehman Şabiyev ifadəsində də həmin xüsusatları təsdiq etmiş, mərhum atası Firudin Şabiyev tərəfindən 45.600 manata alınmış mübahisəli 131 saylı mənzili satmaq qərarına gəldiklərini, mərhum atasının ad ından bütün hərəkətləri yerinə yetirdiyinə görə MTK-ya gələrək bu barədə bildirdiyini, təxminən bir həftə sonra evin alıcısının olması barədə məlumat aldığını, 19.04.2014-cü il tarixdə isə mənzilin 54.000 manata İddiaçı1 satılaraq onun adına rəsmiləşdirildiyini göstərmişdir. İş materiallarından və tərəflərin izahatlarından mübahisəli mənzilin məhz İddiaçı1 sahiblik və istifadəsinə verildiyi, mənzilin sonuncu tərəfindən təmir etdirildiyi və onun ailə üzvləri ilə birlikdə orada yaşadığı müəyyən edilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair ilk müqavilə 08 avqust 2007-ci il tarixdə Firudin Şabiyev ilə bağlanmaqla, onun tərəfindən mənzilin dəyəri tam ödənilmiş, Firudin Şabiyevin vəfatından sonra oğlu M ehman Şəbiyev sözügedən mənzilin satılması barədə İddiaçı1lə razılaşaraq mənzilə görə 54.000 manat pul vəsaitini sonuncudan almış və məhz bundan sonra İddiaçı1 adına 19.04.2014-cü il tarixli müqavilə və maliyyə arayışı tərtib edilmişdir. Bu halda İddiaçı2 mübahisəli mənzilə dair onunla bağlanmış müqavilə, İddiaçı1lə bağlanmış, müqavilədən 19 gün əvvəl bağlandığına ilkin müqavilənin onunla bağlanması, həmin mənzilin İddiaçı1 satılmasının hüquqi əsası olmaması barədə dəlilləri ümumiyyətlə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-ci il tarixli qərarına əsasən pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativ üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativin isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Həmin Məcəllənin 112-ci maddəsi ilə kooperativdə üzvlüyə xitam verilməsi və payın digər şəxsə keçməsi qaydaları müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kassatorun onunla bağlanmış müqaviləyə dair MTK ilə mübahisə üzrə digər mülki iş üzrə qətnamənin olması barədə kassasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edən dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar