Məhkəmə qərarları › İş №2(102)-4851/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4851/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4851/2022 13.09.2022 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülkikollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X1 qarşı kredit b orcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1204/2022 nömrəli,7 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra–Bank) ilə Cavabdeh (bundan sonra– borcalan) arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə (bundan sonra- Kredit müqaviləsi) əsasən, Bank borcalana illik 6% dərəcəsi ilə 36 ay müddətinə 30.000 manat məbləğində kredit vermişdir. 2. 24 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə (bundan sonra- İpoteka müqaviləsi) əsa sən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X2 (bundan sonra –ipoteka qoyan) tərəfindən mülkiyyətində olan Sabirabad şəhəri, A.Abdullayev küçəsində yerləşən, 0,06 ha torpaq sahəsində yerləşən74 saylı fərdi yaşayış evi (bundan sonra- ipoteka predmeti və ya Ev) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – iddiaçı) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borcalandan Bankın xeyrinə kredit müqaviləsi üzrə 29.008,87 manat məbləğində əsas, müddət sonuna hesablanan 1.1614,31manat məbləğində faiz, 3.171,55 manat məbləğində cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hes ablanan 2.639 manat, cəmi 36.433,73 manat kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan evə yönəldilməsi, həmin evin açıq hərracdan satılaraq, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin borcalandan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 08 iyun 2021-ci il tarixli, 2(056)-09/2021 nömrəli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia tələbi qismən - kredit müqaviləsindən irəli gələn 29008,87 manat əsas borc, 1614,31 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 30723,18 manat məbləğində borcun borcalandan tutulması, tutmanın ipoteka predmetinə yönəl dilməsi, mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 168.000 manat qiymətləndirilməsi, satışdan əldə olunan vəsait hesabına yuxarıda qeyd olunan pul tələblərinin təmin edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 295, 279, 317.1, 319.1, 385.1, 386, 421.2, 445.1, 445.2, 462.1, 467, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 34.1.1 və 41.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində, eləcə də əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 7 iyun 2022-ci il tarixli, 2(106)-1204/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Orxan İsmayılov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cərimə borcuna və müqavilə müddəti bitəndən sonraki vaxta görə illik 5 faiz tələbinin təmin olunmamasına dair hissədə ləğv edilmiş, cərimə borcu hissəsində iddia qismən, müqavilə müddəti bitəndən sonraki vaxta görə illik 5 faiz tələbinə dair hissədə tam təmin edilmişdir. Kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləğinin miqdarı 1000 manat müəyyən edilmiş, həmin məbləğ və müddəti bitəndən sonraki vaxta görə illik 5 faizlə hesablanmış 2639 manat məbləğinə pul vəsaitinin borcalandan tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 319.6, 385.1,443.1, 445.7, 467 və 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 34.1.1 və 39.3cümaddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, kassasiya şikayətinin təmin edilməsini və ipoteka predmetinin qiymətinin d əyişdirilməsi üçün işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

12. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.

13. Maddə 319.6.İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakınd an almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

14. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

15. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

17. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

18. Maddə 34.1.1.Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir.

19. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəb ul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1 ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetininsatılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayəti qətnamənin ləğ v edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi cavabdehə məxsus əmlaka tutma yönəldilərkən yuxarıda qeyd olunduğu kimi əmlakın ilkin satış qiyməti 168.000 manat məbləğində müəyyən edilmişdir.

29. Kassasiya şikayətində əmlakın məhkəmə tərəfindən müəyyən olunmuş ilkin satış qiymətinin hazırkı bazar qiymətinin dəqiqləşdirilmədən müəyyən olunması iddia edilsə də, kollegiya şikayətin həmin dəlili ilə razılaşmır və hesab edir ki, göstərilən dəlil qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

30. İşdən görünür ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti mütəxəssis rəyi əsasında müəyyən olunmuşdur.

31. İddiaçı kassasiya şikayətində ip oteka predmetinin məhkəmə tərəfindən müəyyən olunmuş ilkin satış qiyməti ilə razılaşmasa da əmlakın daha aşağı dəyərə malik olması barədə işə baxan birinci və apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət ve rilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1204/2022 nömrəli iş üzrə qəbul edilmiş 7 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar