Məhkəmə qərarları › İş №2(102)-4853/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4853/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4853/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc pulun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(103)-3403/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Nəsimi RPİ-nə yazdığı şikayət ərizəsi əsasında araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh 11 avqust 2017-ci il tarixdə izahat alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı əvvəl 10.000 ABŞ dolları, daha sonra 6.000 ABŞ dolları pul almışdır. Lakin müəyyən səbəblərdən İddiaçı aldığı ümumilikdə 16.000 ABŞ dollarını və faizi qaytara bilməmişdir. Nəsimi RPİ-nin İstintaq şöbəsinin apardığı araşdırmanın nəticəsi olaraq 25.11.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barə də qətnamə qəbul edilməsini, cavabdehin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 yanvar 2017-ci il tarixdə Cavabdeh iddiaçıya zəng vuraraq birlikdə iş görməyi təklif etmiş, ona 10.000 ABŞ dolları məbləğində pul verməsini, həmin pulla ABŞ-dan “İphone 7” markalı mobil telefonlar gətirəcəyini bildirmiş, daha sonra isə Moskva şəhərindən bahalı saatlar gətirəcəyini bildirərək ondan 3.000 ABŞ dolları məbləğində pul istəmişdir. İddiaçı təklifi qəbul etmiş, Emil ilə görüşüb ona 13.000 ABŞ dolları pul vermişdir. Aralarında olan razılaşmaya əsasən, Emil 22 yanvar 2017-ci il tarixinədək mobil telefonları və saatları ölkəyə gət irəcəyini, satdığı əşyalardan aldığı pulla birlikdə payına düşən əlavə 4.500 ABŞ dollarını ona qaytaracağını vəd etmişdir. Qeyd olunan vaxt tamam olduqda iddiaçı Emil ilə əlaqə saxlamış, lakin Emil ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. 2017-ci ilin mart ayının ortalarında Emil iddiaçıya zəng edərək onunla görüşmək istəmişdir. Görüş zamanı Emil mobil telefon və saatları gətirib satdığını, ona düşən gəlir hesabına yenidən mal sifariş etdiyini, malların gömrükdə olduğunu əsas gətirərək, həmin malları gömrükdən keçirmək üçün əlavə olaraq iddiaçıdan 3.000 ABŞ dolları pul istəmişdir. İddiaçı ona yenidən 3.000 ABŞ dolları pul vermiş, daha sonra Emilə dəfələrlə zəng etsə də, Emil müxtəlif bəhanələr gətirərək məsələdən yayınmağa başlamışdır.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhk əməsində iddia tələbinə qarşı yazılı etirazında bildirmişdir ki, iddiaçı tələbini əsaslandırmaq üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara və təhqiqat zamanı verilən izahata istinad edir. Lakin cavabdeh bildirir ki, qərarda göstərilən izahat onun sözləri ilə yazılmamışdır. Həmin qərarın ləğv olunması barədə Nəsimi rayon məhkəməsinə şikayət veriblər.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(011)-635/2020 nömrəli qətnaməsi ilə (hakim A.Həsənova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandı rmışdır ki, iddiaçının şikayət ərizəsi əsasında araşdırma aparılarkən Cavabdeh 11 avqust 2017-ci il tarixdə alınan izahatda göstərmişdir ki, cavabdeh Emindən əvvəl 10.000 ABŞ dolları, daha sonra 6.000 ABŞ dolları pul almışdır. Lakin müəyyən səbəblərdən Emindən aldığı ümumilikdə 16.000 ABŞ dollarını və faizi qaytara bilməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(103)3403/2021 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan təhqiqat zamanı cavabdehin verdiyi izahatından görünür ki, o, 16.000 ABŞ dolları aldığını etiraf etmişdir. Cavabdehin nümayəndəsi və vəkili həmin izahatdakı imzanın cavabdehə məxsus olmadığını, heç bir orqanda iddiaçıya borcu olması barədə izahat vermədiyini və elə bir sənədi təsdiqləmədiyini, ümumiyyətlə həmin saxta izahatda da belə onun 16.000 ABŞ dolları borcu olması qeyd olunmadığını bildirsə də, bu dəlillər iddianın əsaslılığına təsir etmir. Çünki, bu araşdırma cinayət məhkəmə icraatı qaydasında aparılmış və həmin imzanın cavabdeh ə məxsus olub-olmadığı, iddiaçıya borclu olması barədə izahat verməməsi hazırki mülki mühakimə icraatının predmeti olmadığından bu qaydada yoxlanıla bilməz.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, eyni zamanda qeyd olunan araşdırma materialı üzrə qəbul edilən cinayət işinin başlanmasının rədd edilməsi qərarı da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, yuxarı prokuror yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili həmin qərarı məhkəmə qaydasında mübahisələndirdiyini, yəni qərardan şikayət verdiyini hələ 11.11.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş apellyasiya şikayətində göstərsə də, (şikayətdə bu halı nəinki qətnamə çıxarılan tarixdə, hətta məhkəmə prosesləri gedən vaxt qeyd etdiyini göstərir) bu günə qədər həmin şikayətin nəticəsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə çıxaran zaman əsas kimi cavabdehin cinayət işinin istintaqı zamanı öz ifadəsində iddiaçıdan 16.000 ABŞ dolları pul vəsaitini almağını etiraf etdiyini qeyd etmişdir. Lakin məhkəməyə təqdim olunmuş izahatdakı imza cavabdehə məxsus deyildir. Çünki o, heç bir orqanda iddiaçıya bo rcu olması barədə izahat verməmiş və elə bir sənədi təsdiqləməmişdir. Ümumiyyətlə həmin saxta izahatda belə onun 16.000 ABŞ dolları borcu olması qeyd olunmamışdır. Cinayət işi başlanmasının rədd olunması barədə qərardan da şikayət verilmişdir. Cavabdehin borcu olması barədə istinad etdikləri izahatın ona məxsus olmaması və borcunun olmamasını bildirməsinə baxmayaraq əsassız olaraq iddia tələbi təmin edilmişdir. Bu iş üzrə cavabdehin qəbul etmədiyi izahat sübut qismində qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə müəyyən olunan ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq vətəndaşların hüquq və mənafelərinə toxunan qətnam ə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili hələ mülki işə birinci instansiya məhkəməsində baxılan zaman bildirmişdir ki, həmin cinayət işinin başlanması rədd olunması barədə qərardan şikayət vermişlər. Lakin bununla bağlı heç bir sübut məhkəmələrə təqdim etməmişdir. Cavabdeh yalnız hüquqdan sui-istifadə edib mülki işin baxılmasının vaxtını uzadır. İş materiallarından göründüyü kimi, cavabdehin vaxtı uzatması nəticəsində birinci instansiya məhkəməsində mülki işə 10 aya baxılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiy asının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

18. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının iddianın tam təmin olunmaması hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq 21.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə i ştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi ona istinad edilir ki, Nəsimi RPİ-də aparılan təhqiqat materiallarında olan və məhkəməyə təqdim edilən izahatda olan imza cavabdehə məxsus deyildir. Məhkəmə kollegiyası bu dəlillə əlaqədar bildirir ki, həmin dəlil apelyasiya şikayətində də irəli sürülmüş və apelyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, təhqiqat cinayət məhkəmə icraatı qaydasında aparılmış və həmin imzanın cavabdehə məxsus olub-olmadığı, iddiaçıya borclu olması barədə izahat verməməsi hazırki mülki mühakimə icraatının predmeti olmadığından bu qaydada yoxlanıla bilməz.

25. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşır. Çünki təhqiqat materiallarında olan izahatda imzanın cavabdehə məxsus olmaması barədə məsələnin həlli, məhkəmə nəzarəti qaydasında araşdırmanın predmetidir və cavabdeh həmin məsələnin mülki iddia icraatı qaydasında həll olunmasını tələb edə bilməz.

26. Məhkəmə kollegiya sı həmçinin xatırladır ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı deyil, cavabdehin təhqiqat zamanı verdiyi izahatı sübut kimi qəbul edib araşdırmış, izahata iddianın etirafı kimi deyil, cavabdehin iddiaçıdan borcu almasını təsdiq edən sübut kimi qiymət vermişdir.

27. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə müəyyən olunan ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipinin pozulduğunu, qanunvericiliyin tələblərinə məhəl qoyulmayaraq vətəndaşların hüquq və mənafelərinə toxunan qətnamə qəbul edildiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz təsdiqini ta pmır.

28. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(103)-3403/202 1 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar