Məhkəmə qərarları › İş №2(102)-4854/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4854/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4854/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4584/2022 (Açar sözlər: apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri 6 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4958/2022 nömrəli, 4 iyul 202 2-ci il tarixli qərardadından "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat kontorunda iddiaçıdan aldatmaq yolu ilə mənimsənmiş 70.000 manat və bu müddət ərzində dəymiş maddi mənəvi və əldən çıxmış faydanın ən azından 10.000 manat hesablayaraq cavabdehlərin dərhal ümumi olaraq 80.000 manat iddiaçıya ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (b undan sonra – birinci instansiya məhkəməsi) 2(011)-64/2022 nömrəli iş üzrə 4 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia rədd edilmişdir.

3. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5. "xxxx" ASC (bundan sonra – Bank) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4958/2022 nömrəli mülki iş üzrə 4 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) birinci instansiya məhkəməsinin qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir.

7. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qətnamənin apellyatorun hüquq və maraqlarına toxunubtoxunmasını araşdırmadan, onu iş üzrə üçüncü şəxs qismində tanımadan apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməkdə haqlı olmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 357.2, 364.2 -ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 9. "xxxx" ASC (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, Bankın apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin Bankın hüquq və maraqlarına toxunması ilə əlaqədar əsaslandırılmış mövqe göstərilmişdir.

11. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 357.2, 364.1, 364.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri

12. Cavabdeh Sülemyanov Zaur Rəşid oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

18. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

19. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfind ən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kass asiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsinin apellyasiyanın mümkün sayılmaması və mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə əsaslıdır.

25. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, baxılan iş üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

26. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

27. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsində nəzərdə tutulan apellyasiyanın mümkünlüyü üçün əsaslar de dikdə, apellyasiya şikayətinin MPM-nin 357-ci maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, apellyasiya şikayətinin MPM-nin 360-cı maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun olması, eyni zamanda MPM-nin 363.1-ci maddəsində müəyyən olunan halların mövcud olmaması başa düşülür.

28. Nəzərə alınmalıdır ki, apellyasiya icraatının başlanması üçün qanunla dəqiq prosessual əsaslar müəyyən olunmuşdur. Buna görə də apellyasiya şikayəti və ya protesti daxil olduqda, qanunla müəyyən olunmuş prosessual əsasların olması dəqiq müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 366-cı maddəsinin tələbinə uyğun olaraq şikayətin mümkünlüyün ü yoxlamış və müəyyən etmişdir ki, mülki iş üzrə icraatda "xxxx" ASC tərəf kimi iştirak etməmişdir.

29. Mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən, şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş hərəkətlərin məcmusudur. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının prosessual hərəkəti onun prosessual hüquq və vəzifələrinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.

30. MPM mülki məhkəmə icraatının ümumi qaydalarını, o cümlədən icraatın prinsiplərini və şərtlərini, işdə iştirak edən şəxsləri və mülki prosesin digər iştirakçılarını, onların hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, məhkəmə aktlarının qəbulu və icrası, onlardan şikayə t verilməsi, bu şikəyətlərə baxılması qaydasını tənzimləyir.

31. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2-ci maddəsi). Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. MPM-nin 357.2- ci maddəsinə əsasən baxılan iş üzrə şikayət verən işdə iştirak etməyə cəlb edilməyən "xxxx" ASC-in qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunan hal olması isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmalıdır.

33. Belə ki, birinci instansiya məhkəməsinin bu vəzifəsi MPM-nin 364.2-ci maddəsinin tələbindən bilavasitə irəli gəlir. Həmin normaya görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir.

34. Apellyasiya şikayətinin buna hüququ olmayan şəxs tərəfindən verilməsi onun geri qaytarılması kimi hüquqi nəticə törədir. Apellyasiya şikayəti mümkün hesab edilmədikdə geri qaytarmaq barədə qərardad çıxarılması isə birinci instansiya məhkəməsinin səlahiyyətidir (MPM-nin 363-cü maddəsi).

35. Kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4958/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar