Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4858/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Əbdüləliyev Murad Fuad oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4858/21 (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X3, Cavabdeh: Əbdüləliyev Murad Fuad oğlunun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2(103)4058/2021 saylı qətnaməs indən cavabdeh Əbdüləliyev Murad Fuad oğlunun kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh Əbdüləliyev Murad Fuad oğluna qarşı iddia qaldıraraq, mənzilə suyun axıdılması nəticəsində dəymiş maddi zərərə görə 6.000 manat, mənəvi zərərə görə 4.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.A.Əsədova) iddia qismən təmin edilərək, cavabdehdən mənzilə su axıdılması nəticəsində dəymiş maddi zərərə görə 3.446 manat, mənəvi zə rərə görə 2.000 manat, ekspert xərcinə görə 300 manat olmaqla, cəmi 5.746 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər qonşudurlar, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 79 saylı evin 38 saylı mənzil iddiaçının, həmin evin 41-saylı mənzili isə cavabdehin mülkiyyətindədir. Cavabdehə məxsus 41 saylı mənzildən iddiaçıya məxsus 38 saylı mənzilə su axıdılıb. Nəticədə cavabdeh qonşuluq hüququnu pozub. Ona görə də cavabdeh iddiaçıya vurduğu zərəri ödəməyə borcludur. İddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün mənzildə görülməli olan təmir-bərpa işlərinin dəyəri 2.076 manat təşkil edir. Həmçinin mənzilə suyun sızması nəticəsində mənzilin elektrik sisteminə, mənzilin daxilindəki əşyalara, o cümlədən 2 ədəd soyuducuya, paltaryuyan maşına, hava soyuducusuna (aspiratora) və mətbəx şkafına cəmi 1.370 manat zərərin dəydiyi müəyyən edilir. Eyni zamanda cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş mənəvi zərər 2.000 manat məbləğində qiymətləndirilir. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinə iddianın təmin olunan hissəsində dəyişiklik edilərək, cavabdehdən maddi zərərə görə 2.846 manat, mənəvi zərərə görə 500 manat, ekspert xərcinə görə 300 manat, cəmi 3.646 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş maddi və mənəvi zərərin məbləğini düzgün müəyyən etməyib. Ona görə də iddia qismən təmin edilməklə cavabdehdən iddiaçın ın xeyrinə dəymiş maddi zərərə görə 2.846 manat, mənəvi zərərə görə 300 manat pul tutulmalı və qalan hissədə iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsinə icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələ blərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Murad Əbdüləliyevin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Bəxtiyar Atakişiyev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Murad Əbdüləliyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxalmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozun tusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hall arını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını və iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər qonşudurlar və Bakı şəhəri, N.Nərimanov rayonu, F.X.Xoyski küçəsi 79 saylı evin 38 saylı mənzil iddiaçının, həmin evin 41-saylı mənzili isə cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı, cavabdehə məxsus 41 saylı mənzildən ona məxsus olan 38 saylı mənzilə su axıdıldığını və nəticədə cavabdehin təqsiri üzündən ona 6.000 manat maddi, 4.000 manat mənəvi zərər dəydiyini iddia edir. Apellyasiya instansiyası məh kəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2020-ci il tarixli, habelə X1 10 fevral 2021-ci il tarixli ekspert rəylərinə istinad edib cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş maddi zərərin məbləğini 3.446 manat müəyyən edərkən, iddiaçının mənzilində olan elektrik sisteminin bərpası üçün çəkiləcək xərclərin iki dəfə hesablanmasına diqqət yetirməyib. Belə ki, sözügedən ekspert rəyinin 5-ci səhifəsində tərtib edilmiş smetanın 4cü bəndində elektrik sisteminin bərpası (material ilə birlikdə) üçün 600 manat vəsait lazım olduğu qeyd edilib və bu məbləğ ümumi məbləğə əlavə edilməklə, cəmi 2.076 manat müəyyən edilib. Həmçinin X1 10 fevral 2021-ci il tar ixli ekspert rəyinin 3-cü səhifəsində olan smetanın birinci bəndindən görünür ki, iddiaçıya məxsus mənzildə sıradan çıxmış elektrik xəttinin sökülməsi 100 manat, smetanın ikinci bəndində elektrik xəttinin yenidən çəkilməsi xərci 500 manat müəyyən edilərək, ümumi məbləğə daxil edilməklə, cəmi 1.370 manat müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi, sadalanan sübutları araşdırıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hər iki rəydə mənzildə elektrik xəttinin yenidən çəkilməsi mülki materialları ilə birlikdə 600 manat müəyyən edilir. Yəni bir işə görə iki dəfə qiymət müəyyən edilib. Lakin işə baxan birinci instansiya məhkəməsi buna diqqət yetirməyib və elektrik xəttinin bərpası üçün müəyyən olunmuş ziyanı ikiqat hesablamaqla yanlışlığa yol verib. Ona görə də apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı maddi zərərin məbləğinə aid hissədə qismən təmin edərkən səhvə yol verdiyindən qətnaməyə maddi zərərin məbləğinə aid hissədə dəyişiklik edilməli, birinci instansiya məhkəməsinin qətnaməsilə müəyyən edilmiş 3.446 manat maddi zərərdən 600 manat çıxılmalı və maddi ziyanın məbləği 2.846 manat müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinin tələblərinə tam uyğundur. Həmin maddələrin mənasına görə, zərərin əvəzinin ödənilm əsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hü quq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətini qismən əsaslı sayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin təqsiri üzündən iddiaçının maddi ziyana məruz qalmasının sübuta yetməsinə əsaslanaraq, iddiaçının mənəvi zərərə məruz qalması üzrə düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləğini 2.000 manat müəyyən etməklə ədalətli, ağlabatan nəticəyə gəlməyib. Belə ki, mülki qanunvericiliyə görə, mənəvi zərər qeyr i əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fizik i və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddiaçıya dəymiş mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, ağırlığını, bilavasitə cavabdehin təqsirini, əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsi ədalətli, ağlabatan olmaqla, işin sair diqqətəlayiq hallarına tam uyğundur. Bu baxımdan kassasiya inst ansiyası məhkəməsi hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri yenidən araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Əbdüləliyev Murad Fuad oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2(103)-4058/2021 saylı qətnaməsi m übahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4858/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4858/2021
12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver