Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-486/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh LPO QSC “Bank Standart” KB-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun olması barədə məlumat verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.08.2021-ci il tarixli, 2(103)8552/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İ şin halları 1. "xxxx" QSC-nin səkkizinci filialı ilə İddiaçı arasında bağlanmış 25 avqust 2009-cu il tarixli kredit müqaviləsi əsasında sonuncuya iki il müddətinə 25 faizlə 4000 manat borc verilmişdir. Ödəniş cədvəlinə əsasən İddiaçı həmin borcu 25.09.2009-cu ildən etibarən hər ay 250 manat olmaqla, 25.08.2011-ci il tarixə tam ödəməli idi. 2. "xxxx" QSC-nin “Azadlıq” filialı tərəfindən verilmiş 19.08.2013-cü tarixli kassa mədaxil qəbzində göstərilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-nin hesabına 3778 manat pul ödənilmişdir. Qəbzdə ödənişin təyinatı kreditin ödənilməsi üçün mədaxil kimi qeyd edilmiş, həmin qəbz ödəyən şəxs və xəzinədar tərəfindən imzalanmışdır. 3. "xxxx" QSC-nin səkkizinci filialının direktoru tərəfindən verilmiş 18.12.2013-cü il tarixli, 58/349 saylı arayışında qeyd olunmu şdur ki, İddiaçı "xxxx" QSC-dən 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 4000 manat məbləğində kredit götürmüşdür. 18.12.2013-cü il tarixinə İddiaçı müqavilə üzrə borcu yoxdur. 4. “Azərbaycan Kredit Bürosu MMC-nin kredit reyestrindən 18.01.2021-ci il tarixli, SF-556 saylı çıxarışında qeyd olunur ki, İddiaçı "xxxx" QSC-yə 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən **********9 kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 0 manat, faiz məbləği üzrə 7.247,38 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə, daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 25.08.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun ol maması barədə məlumatların “Azərbaycan Kredit BürosuMMCyə verilməsi vəzifəsinin ləğv prosesində olan QSC “Bank Standart” KB-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC “Bank Standart” KB-dan aralarında bağlanmış 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə ödəmək şərtilə 4000 manat kredit götürmüş, həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirərək banka olan borcunu tam bağlamış, bank tərəfindən İddiaçı müvafiq arayış təqdim edilmişdir. İddiaçı 13.01.2021-ci il tarixində kredit sifariş vermək üçün banklardan birinə müraciət etdikdə onun 25.08.2009-cu il tarixli kredit müqaviləsi üzrə 3900 gün gecikmə olmaqla 7247,38 manat gecikdirilmiş faiz borcun olduğu bildirilmişdir. İddiaçı “Bank Standart” KB-nın əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd edilmiş 7.247,38 manat gecikdirilmiş faiz borcun silinməsi (gecikmə günlərin silinməsi də daxil olmaqla) və borclu olmaması barədə qeydin aparılması barədə QSC “Bank Standart” KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, müsbət cavab almamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, ləğv prosesində olan QSC “Bank Standart” KB ilə aralarında bağlanmış 25.08.2009-cu il tarixli kredit müqaviləsinin müddəti 25 avqust 2011-ci il tarixdə bitmişdir. Müqavilənin müddətinin bitməsindən artıq 10 il keçmişdir. Bu müddət ərzində bank və sonradan ləğvedici tərəfindən ona qarşı kredit borcunun ödənilməsinə dair hər hansı bir tələb və ya iddia irəli sürülməmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) -2874/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim X1) iddia tələbi təmin olunmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı kredit əldə etmək məqsədilə müxtəlif banklara müraciət etmiş, lakin ona kredit verilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi banklar tərəfindən iddiaçının adında "xxxx" KB QSC-yə olan 7.247,38 manat gecikdirilmiş faiz borcunun bu günə kimi bağlanmaması göstərilmişdir. Cavabdeh3 MMC-nin iddiaçının adına tərtib edilmiş 18.01.2021-ci il tarixli, SF-556 saylı çıxarışı əsasında İddiaçı LPO "xxxx" KB QSC-yə 25.08.2009-cu il kredit müqaviləsinə əsasən kreditin faiz məbləği üzrə 7.247,38 manat məbləğində borcunun olması müəyyən edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia müddətinin tətbiqi, iddiaçının məhkəmədə iddia qald ırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməsindən asılıdır. Lakin hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur. Belə ki, iş üzrə cavabdeh olan bank borcun iddiaçıdan tutulması məsələsini məhkəmə qaydasında mübahisələndirməmiş, başqa sözlə iddiaçıya qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. “İddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, hazırki iş üzrə iddiaçının iddia müddətinin tətbiqinə əsasən borcun silinməsi tələbi istisna edilir.
10. Məhkəmə hesab etmişdir ki, hazırki öhdəlik hüq uq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, beş il kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətin keçməsi halı aşkardır.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, 25 avqust 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu 25 avqust 2011-ci il tarixi kimi müəyyən edilmişdir. İcra müddətinin keçməsindən artıq 9 ildən artıq müddət ötdüyündən, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı həmin öhdəliklərə xitam verilməsini tələb etməkdə tam haqlı olmuşdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368, 527, 550, 551, 552-ci maddələrinə, “İnformasiya əldə etmək haqqında” Qanuna istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t
13. Qətnamədən QSC “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.08.2021-ci il tarixli, 2(103)8552/2021 saylı qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbinin əsasında duran 58-02/349 saylı, 18 dekabr 2013-cü il tarixli arayışın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini (iddiaçı yalnız arayışın kserosurətini təqdim etmişdir) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla bağlı ol araq məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.0.5 və 89-cu maddələrinin birgə mənalarına görə irəli sürülmüş tələbi təsdiq etmək üçün məhkəməyə sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddiaçı iddiasının əsasında duran arayışın əslini məkhəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın t əmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə şərh vermək səlahiyyəti olmadığından əsassız olaraq şərh vermişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə banka borcun olmaması barədə bank tərəfindən verilmiş arayışın əslini və ya təsdiq edilmiş surətini deyil, sadə kserosurətini təqdim etmişdir. Məhkəmə ilk növbədə hazırkı iddia üzrə hərtərəfli araşdırma apararaq, ədalətli və qanuni qərar qəbul etmək üçün bankdan kredit dosyesini və kredit hesabından ç ıxarışın təqdim edilməsini tələb etməli olduğu halda etməmiş, həmin kredit üzrə hansı tarixlərdə və məbləğlərdə ödənişlər edildiyi müəyyən olunmamış, son ödənişin nə zaman olunduğu, hansı miqdarda edildiyi və həmin tarixdən nə zaman keçdiyini müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi kredit dosyeni və hesabdan çıxarışın məhkəməyə təqdim edilməsi üçün banka müvafiq sorğu göndərmişdir. Lakin prosesdə iştirak edən bankın nümayəndəsi bu sənədlərin mövcud olmadığını və bu səbəbdən təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçının təqdim etdiyi borcun olmaması barədə arayışın əsli də təlimata uyğun olaraq məhz kredit dosyesində olmalıdır. Bank borcun olduğunu sübut etməlidir və borc varsa onu ən azı hazırkı proses zamanı qarşılıqlı iddia verərək tələb edə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh QSC “Bank Standart” Kommersiya Bankının nümayəndəsi və vəkili Əfifə Əsgərova kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin əsassız hesab edilməsini və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq h üquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
551. Öhdəliklərin xitamı üçün müdd ətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasın da 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kass asiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin halları tam və obyektiv araşdırılm amışdır.
29. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" QSC-nin səkkizinci filialı ilə İddiaçı arasında 25 avqust 2009-cu il tarixli bank hesab müqaviləsi əsasında sonuncuya iki il müddətinə 4000 manat borc verilmişdir. Ödəniş cədvəlinə əsasən İddiaçı həmin borcu 25.09.2009-cu ildən etibarən hər ay 250 manat olmaqla, 25.08.2011-ci il tarixə tam ödəməli idi. “Azərbaycan Kredit BürosuMMCinin kredit reyestrində İddiaçı "xxxx" QSC-yə 25.08.2009-cu il tarixli kredit müqaviləsinə əsasən **********9 kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 0 manat, faiz məbləği üzrə 7247,38 manat məbləğində borcu qeyd olunmuşdur.
30. İddiaçının tələbi, mahiyyəti etibarılə onun banka olan borc məbləği haqqında məlumatların kredit reyestrində həqiqi vəziyyətə uy ğun yerləşdirilməsi məqsədi daşıyır. Bu cür məlumatların verilməsi cavabdehin birbaşa vəzifəsidir. Çünki Azərbaycan Respublikası X2 Heyətinin 03.11.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci bəndinə görə banklar, o cümlədənlisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər.
31. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir (Qaydaların 2.2-ci bəndi).
32. Qaydaların 2.5-ci bəndinin tələbinə görə banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir.
33. Göründüyü kimi MKR məlumatları və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etmiş olduğu elektron portal məlumatları, mühasibat registrindəki hesabatlara əsasən icbari qaydada vaxtaşırı yenilənən məlumatlardır. Bu məlumatlar mötəbər əsaslara söykənməldir.
34. Hazırki işdə iddiaçı, bankın borc haqqında bu bu cür məlumatlarının həqiqətə uyğun olmadığını bildirir və bunun sübutu kimi "xxxx" QSC-nin hesabına 3778 manat pul ödənilməsi barədə "xxxx" QSC-nin “Azadlıq” filialı tərəfindən v erilmiş 19.08.2013-cü il tarixli kassa mədaxil qəbzinin surətini, həmçinin 25.08.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmadığı barədə "xxxx" QSC-nin səkkizinci filialının direktoru tərəfindən verilmiş 18.12.2013-cü il tarixli, 58/349 saylı arayışın surətini təqdim etmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi həmin sübutları qəbul etməmiş və gəldiyi nəticəni həmin sübutların əslinin təqdim olunmaması ilə əsaslandırmışdır.
36. Lakin nəzərə alınmalıdır ki, adı çəkilən kassa mədaxil qəbzi və bankın arayışı kserosurət olsa belə, iddiaçı izahatında da onun banka olan borcunu vaxtında ödədiyini bildirir və bu halda, iddiaçının izahatında qeyd etdiyi həmin məlumatların həqiqiliyi məhkəmə tərəfindən yoxlanmalıdır.
37. Çünki tərəfin izahatı MPM-nin 76.2-ci maddəsinə əsasən sübut növü hesab edilir və 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Bu baxımdan, iddiaçının müqavilə üzrə borcun ödənildiyi barədə məlumatı, cavabdeh tərəfindən verilmiş, mülki işin 53-cü səhifəsində olan 19 aprel 2021-ci il tarixli maliyyə arayışı ilə yanaşı yoxlana bilər. Həmin arayışda qeyd olunur ki, iddiaçının sözügedən müqavilə üzrə əsas borcu yoxdur. Lakin iddiaçıya 12 aprel 2021-ci il tarixə (3518 gün üçün) Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 7247 manat gecikdirilmiş vaxt üçün faiz hesablanmışdır.
39. Cavabdehin bu arayışının sübut kimi təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh özü də əsas borcun ödən ildiyini təsdiq edir və borcun ödənildiyi barədə iddiaçının izahatı doğrudur. Əsas borcun ödənilməsi faktı təsdiqini tapdığına görə, cavabdeh təkcə maliyyə arayışını təqdim eməklə kifayətlənməməli, iddiaçının əsas borcu hansı tarixlərdə (tarixdə) ödədiyi, iddiaçıya Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin hansı tarixdən hesablandığına dair məlumatları əks etdirən müfəssəl məlumatları (hesabdan çıxarışı) təqdim etməli idi. Lakin cavabdeh tərəfindən bu cür sübutlar təqdim olunmamışdır. Bu baxımdan, kredit reyestrində iddiaçının borclu olması barədə məlumatların mötəbərliyi müəyyən olunmur.
40. Bundan başqa, iddianın həlli zamanı Mülki Məcəllənin 551-ci maddəsinin göstərişləri də nəzərə alınmalıdır. Çünki Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kapital üçün faizlər və digər v axtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
41. Bu halda, bəhs olunan kredit müqaviləsi üzrə tələb də qüvvəsini itirmişdir və kredit reyestrində xitam verilmiş öhdəlik barədə məlumatların əksini tapması, kredit reyestrinin təyinatına uyğun gəlmir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.08.2021-ci il tarixli, 2(103)-8552/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunsun. İddiaçının 25.08.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə “Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.