Məhkəmə qərarları › İş №2(102)-4860/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4860/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4860/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4860/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: LPO "xxxx" ASC Ləğvedicisi Əmantlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)1156/2021 saylı qətnam əsindən iddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları İşin hallarına görə, iddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 12.788 ABŞ dolları, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış faiz borcuna görə 1.793 ABŞ dolları, kredit müddətinə hesablanmış faiz borcuna görə 3.432 ABŞ dolları, müqavilə üzrə hesablanmış cəriməyə görə 6.224 ABŞ dolları, ümumilikdə 24.237 ABŞ dollarının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Ədilova) iddia qismən təmin edilərək, cavabdehdən əsas borca görə 9.877,03 ABŞ dolları, müqavilə müddətinə hesablanmış faiz borcuna görə 1.344 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış faizə görə 1.793 ABŞ dolları və hesablanmış cəriməyə görə 1.000 ABŞ dolları olmaqla, cəmi 14.014,03 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranıb və cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. Cavabdehin sözügedən kred it müqaviləsi üzrə iddiaçıya ödənilməmiş borcu yaranıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 442, 445, 448.1, 449.1-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(005)-144/2020 saylı qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, cavab dehdən əsas borca görə 9.877,03 ABŞ dolları, müqavilə müddətinə hesablanmış faiz borcuna görə 1.344 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcuna görə 1.360,84 ABŞ dolları və hesablanmış cəriməyə görə 493,8 ABŞ dolları olmaqla, cəmi 13.075,67 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsindən irəli gəlin öhdəlik hüquq münasibətləri əmələ gəlib. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələbl ərini pozub. Ona görə də qətnamə ləğv edilərək, iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445., 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pr osessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icr a edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi büt ün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayə tinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul etməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, 19 avqust 2010-cu il tarixli plastik kart müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 72 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 30.000 ABŞ dolları kredit verilib. İddiaçı tərəfindən verilmiş 07 iyun 2019-cu il tarixli maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya 21 may 2019-cu il tarixə ödənilməmiş əsas borcu 12.788 ABŞ dolları, faiz borcu 3.432 ABŞ dolları, hesablanmış cərimə 6.224 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmış borca görə 1.793 ABŞ dolları olmaqla, cəmi 24.237 ABŞ dolları təşkil edir. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2020-ci il tarixli ekspert rəyinə görə, cavabdehin iddiaçıya 19 avqust 2016-cı il tarixə ödənilməmiş əsas borcu 11.211,40 ABŞ dolları, hesablanmış faiz borcu 9.877,03 ABŞ dolları, hesablanmış faiz borcu 1.344,37 ABŞ dolları, 21 may 2019-cu il tarixə ödənilməmiş əsas borcu 12.582,24 ABŞ dolları, hesablanmış faiz borcu 9.877,03 ABŞ dolları, faiz borcu 1.344,37 ABŞ dolları, illik 5 faizlə faiz borcu 1.360,84 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi, tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışını, habelə ekspert rəyini tədqiq edib müəyyən etmişdir ki, cavabdeh sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtın və lazımi qaydada icra etməyib. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsur larla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu baxımdan icranı gecikdirmiş cavabdeh gecikdirmə nəticəsində iddiaçıya vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Bundan başqa cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və o, özgənin, yəni iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməyə borcludur (Mülki Məcəllənin 442, 443.1, 445.1, 448.1, 449.1-ci maddələr i). İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertinin rəyi ilə razılaşmadığını göstərsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, sözügedən ekspert rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tərtib edilib və ekspert, qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparıb və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi biri-birinə tam uyğundur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsini, təhsilini və onun ekspertiza sahəsində iş təcrübəsini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən eks pert rəyi mötəbər sübut kimi qiymətləndirilməli və həmin rəy əsas götürülməklə, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 9.877,03 ABŞ dolları, müqavilə müddətinə hesablanmış faiz borcuna görə 1.344 ABŞ dolları pul tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi, iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun tənasübsüz şəkildə yüksək olmasını əsas tutub haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əm lak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında mü əyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, tənasübsüz surətdə yüksək olan 6.224 ABŞ dolları dəbbə pulu azaldılaraq 493,8 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləğ ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxı ş edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü m addəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Apellyasiya instansiyası qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında şərh olunan hüquqi mövqeyi nəzərə alıb qeyd etmişdir ki, ekspert rəyinə əsasən müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış illik 5 faizlə faiz borcu 1.360,84 ABŞ dolları məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kassasiya inst ansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şika yəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-1156/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar