Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4862/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1189/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi qismən təmin edilərək 24.621 ABŞ dolları 30 sent məbləğində əsas borcun, 5.970 ABŞ dolları 46 sent məbləğində faiz, 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 30.691 ABŞ dolları 76 sent ödəniş günü üçün mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı1-yə ödənilməsi, 150 manat ekspertiza xərcinin və ödənilməli olan 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada tutularaq Dövlət Büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2017-ci il tarixli, 2(103)-11839/2017 saylı qətnaməsi ilə (hakimlər: İ.Vəliyev, X.Mərdanova və E.Həsənov)Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1189/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsi Cavabdeh5 və Cavabdeh1 münasibətdə dəyişdirilmədən sax lanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2017-ci il tarixli, 2(103)-11839/2017 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı1 ilə 03.08.2012-ci il tarixdə bağladığı 01L000002857 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 16.04.2013-cü il tarixli 2857 saylı sazişə əsasən kredit xətti müqaviləsinin məbləği artırılaraq 50.000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh1 İddiaçı1 ilə 09.09.2014-cü il tarixdə bağladığı 01R000014551 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 15.04.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kreditdən 5.378 ABŞ dolları 70 sent qaytarmış və kreditora 24.621 ABŞ dolları 30 sent məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu kreditora qaytarmadığı üçün 02.03.2016-cı il tarixə 322 gün üçün hesablanmış faiz borcu 6237 ABŞ dolları 17 sent təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində, 123 ABŞ dolları 11 sent cərimə ödəməlidir. 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2.462 ABŞ dolları 20 sent təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq q aytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh7 və Cavabdeh5 zaminlik müqaviləsinə əsasən iddiaçı qarşısında öz üzərlərinə məsuliyyəti götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərinin icrası üçün kreditor qarşısında borclu Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Ona görə də Cavabdeh1, Cavabdeh3, Cavab deh7 və Cavabdeh5 müştərək qaydada kreditor İddiaçı1-nin xeyrinə 24.621 ABŞ dolları 30 sent məbləğində kredit borcu, 6.237 ABŞ dolları 17 sent məbləğində faiz borcu və 2.462 ABŞ dolları 20 sent məbləğində cərimə olmaqla, cəmi 33.320 ABŞ dolları 67 sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2017ci il tarixli, 2(103)-11839/2017 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 03.08.2012-ci il tarixli 01L000002857 saylı kredit xətti müqaviləsinin, 16.04.2013-cü tarixli 2857 saylı sazişi və 09.09.2014-cü il tarixli ÜİR000014551 saylı kredit razılaşmasının surətlərindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 24 müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 21.06.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20.06.2016-cı il tarixə 24.621 ABŞ dolları 30 sent məbləğində kredit borcu, 8.193 ABŞ dolları 09 sent məbləğində faiz və 21.308 ABŞ dolları 94 sent məbləğində cərimə olmaqla, çəmi 54.123 ABŞ dolları 33 sent məbləğində borcunun olması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.01.2017-ci il tarixli 19255 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən borc Cavabdeh1 tərəfindən İddiaçı1-dən alınmış kredit vəsaiti üzrə 02.03.2016-cı il tarixə banka ümumilikdə 32.444 ABŞ dolları 40 sent ödənilməli olan borcu müəyyən edilir, o cümlədən əsas borc 24.824 ABŞ dolları 81 sent, faiz 5.970 ABŞ dolları 46 sent, cərimə 1.649 ABŞ dolları 13 sent. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2016- cı tarixli 19254 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 10-cu vərəqəsində olan zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 22.04.13-cü il 5281 saylı sazişdə zamin qrafasındakı imza Cavabdeh5 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim olunmuş, mülki işin 12-ci vərəqəsində olan 19.04.13-cü il tarixli 1S000007696 saylı zaminlik müqaviləsində zamin qrafasındakı imza Cavabdeh7 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşk il edir. İş materialları ilə müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş planına müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir. Nəticədə onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onunpozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış 03.08.2012-ci il 01L000002857 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit götürmüş, lakin həmin müqavilədən doğan öhdəliklərini icra etməyərək ödəniş planına əsasən müəyyən olunmuş aylıq ödənişləri etməmişdir. Beləliklə həmin kredit razılaşması üzrə müəyyən edilmiş öhdəliklərin icrası müddətinin sonuna borc alanın bank qarşısında yerinə yetirilməmiş öhdəliyi 24.621 ABŞ dolları 30 sent məbləğində kredit borcu, 8.193 ABŞ dolları 09 sent məbləğində faiz borcu və 21.308 ABŞ dolları 94 sent məbləğində cərimə olmaqla, cəmi 54.123 ABŞ. dolları 33 sent təşkil etmişdir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməd ikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh5 yalnız kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə zamin durduğunu bildirməklə kredit razılaşması üzrə verilmiş kreditdən xəbəri almadığını və həmin razılaşma üzrə zamin durmadığından məsuliyyət daşımalı olmadığını bildirir. Bununla belə n əzərə almır ki, kredit razılaşması üzrə verilən borc kredit xətti üzrə müəyyən edilmişməbləğin bir hissəsi olmaqla kredit xəttinə istinad edilməklə verilir. İş materiallarının 7-ci səhifəsinə əlavə edilmiş kredit razılaşması üzrə 09 sentyabr 2014-cü il tarixli müqavilədən görünür ki, həmin razılaşma 03 avqust 2017-ci il tarixli kredit xətti müqaviləsi üzrə bağlanmış, həmin razılaşma üzrə Cavabdeh1 30.000 manat kredit verilmiş, kassasiyaşikayətində göstərilənlərin əksinə olaraq kredit müqaviləsi üzrə borc bağlanmamışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılma lıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4862/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4862/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver