Məhkəmə qərarları › İş №2(102)-4865/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4865/2019

10.07.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4865/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli 2(103)1342/2019 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş № 2(010)-1020/2018) İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edi lərək iddiaçıya məxsus Əmircan qəsəbəsində yerləşən yaşayış evinin cavabdehin həyətinə açılan iki ədəd pəncərələrinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş talvarın və onun altındakı qapalı otağın cavabdehin hesabına sökülməsi və gələcəkdə həmin pəncərələrin qarşısını kəsən, maneçilik törədən istənilən əşyalardan, tikililərdən və qurğulardan ibarət maneələrin yaradılması qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər qonşu olmaqla N döngə 1, ev 1-də yerləşən 1 və 2 saylı mənzillərdə yaşayırlar. Cavabdeh iddiaçıya məxsus mənzilin pəncərələri qarşısında maneələr yaratdığı üçün iddiaçı 2015-ci ildə həmin maneələrin aradan qaldırılması barədə iddia qaldırmış, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun iddiası təmin olunmuşdur. 2017-ci ilin dekabr ayında İddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Gülarə Quliyevanın ona məxsus mənzilin pəncərələri qarşısında mənzilin havalanmasının və işıqlanmasının qarşısını alan taxta talvar inşa etməsini əsas göstərməklə həmin talvarın sökülməsi və gələcəkdə maneələr yaratmasının ona qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh qətnamədən kas sasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmə dən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi barədə verilmiş 25 dekabr 2018-ci il tarixli rəydən görünür ki, həqiqətən də, cavabdeh tərəfindən iddiaçıya məxsus evin pəncərələri qarşısında 3.3 metr hündürlükdə, 5.4 metr uzunluğunda tikili inşa olunmuş və həmin tikili iddiaçıya məxsus otağa təbii işığın və günəş şüasının düşməsinin qarşısını alır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən inşa edilmiş həmin tikilinin özbaşına tikili olmaqla iddiaçının hüquq və azadlıqlarını pozmasına əsaslanaraq Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 180-ci maddəsinin qüvvəsini tətbiq etməklə iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (180.1.) Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (180.2.) Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqları nı və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (180.3.) Kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara uyğun və qanunun norması düzgün tətbiq edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar