Məhkəmə qərarları › İş №2(102)-4865/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4865/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4865/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul və mənəvi ziyanın tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2789/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, 08.11.2018-ci il tarixdə Xəyalədən 2000 manat pul almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş sənədlərin-texniki ekspertizasının 16 mart 2020-ci il tarixli 4030 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 42-ci vərəqəsində olan qəbzin mətnindəki “8 Xİ 18” tarix göstəricisində olan ikinci “8” rəqəmin yerində əvvəlcə “2” rəqəmi olub, sonradan üzərinə əlavə çizgi artırmaqla indiki rəqəmə dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “2000 manat pul və 5000 manat mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, Cavabdeh 2000 manat dəyərində pulun və mənəvi ziyan olaraq 5000 manat pulun alınıb olan verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər onunla qonşuluqda yaşamışdır. Yataqxanada qonşu olmuşlar. Cavabdeh ondan pul istəmiş, o da borc olaraq 2000 manat pulu cavabdehə vermişdir. Cavabdeh ona bildirmişdir ki, tezliklə qaytaracaqdır. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmamışdır. Hətta onlar qonşuluqdan da köçüb getmişlər. Sonradan ona məlum olmuşdur ki, cavabdeh bir neçə şəxsi də aldadaraq pul almışdır. Ona görə də, o, məcbur olub məhkəməyə müraciət etmişdir. Bu barədə tədbir görülməsini xahiş edir. Cavabdehin ondan pul alması barədə özü öz xətti ilə yazdığı qəbz də vardır. Lakin o, pulunu istədikdə cavabdeh onu təhqir etmişdir. Belə ki, cavabdehin onu təhqir etməsi, tez-tez narahat etməsi onun əsəb keçirməyinə və bunun nəticəsində də tez-tez təzyiqin qalxması, ürək döyüntülərinin artmasına gətirib çıxarmışdır. Hətta o, bu hadisələrdən sonra baş ağrılarının tez-tez olmasından həkimə müraciət etmişdir. Həkim ona stresdən uzaq olmağını bildirmiş, əks halda yüksək təzyiq nəticəsində başına qan sızacağını bildirmişdir. O artıq hər gün dərman qəbul etməkdən bezmişdir. Artıq sağlamlığını dərmanla, həkimlə də bərpa edə bilməyəcəyindən qorxur. Ona görə də, qanun çərçivəsində cavabdehin cəzalanaraq cərimə olunmasını istəyir. Bildirir ki, o, məcburi köçkündür və qanunda da nəzərdə tutulduğu kimi məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azaddırlar. Bakı Şəhəri Nizami Rayon Mə hkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-250/2020) İddiaçı Cavabdeh qarşı "Cavabdeh 2000 manat dəyərində pulun və mənəvi ziyan olaraq 5000 manat pulun alınıb ona verilməsi" tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri olan 61,52 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh Vidadi qızına 2000 manat məbləğində pul vermişdir. Cavabdeh tərəf isə borc kimi iddiaçıdan 2000 manat pul aldığını qəbul etmiş və həmin pulu 2013-cü ildə tam ödədiyini bildirmişdir. Lakin iddiaçı məhkəməyə sübut kimi təqdim etdiyi sənədin ilkin məzmununda dəyişiklik edərək məhkəməyə qəsdən yanlış məlumatlar vermişdir. Nəticədə iddiaçının iddia ərizəsində göstərdiyi hallar məhkəmə iclasında müəyyən edilmiş hallarla uyğun gəlmir. Məhkəmə iclaslarında X2 və X1 şahid kimi dindirilmişlər. Məhkəmə qeyd edilən şəxslərin iddiaçının qohumu olduqlarını, dolayısıyla mübahisənin nəticəsində maraqlı olmaları imkanlarını, qəbzə münasibətdə ifadə verərkən bu halı təsdiq edən sübut kimi cavabdehin əl yazmasını göstərmələrini, lakin məhkəmə araşdırılması zamanı sübutun saxta olduğu müəyyən edildiyini nəzərə alıb, qeyd edilən ifadələrə tənqidi yanaşaraq hesab edir ki, göstərilən şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev, X.Sarıyev, iş № 2(103)-2789/2021) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(007)-250/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəy işdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2789/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməklə, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə il ə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanun larda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 -cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallar ı müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və müvafiq olaraq həmin dəlillər işdə olan dügər sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmişdir. Bu baxımdan dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessu al qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2789/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar