Məhkəmə qərarları › İş №2(102)-4865/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4865/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4865/2023 11.12.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “birgə nikah dövründə olan borcun yarısının bölünməsi” tələbinə dair ilk, cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızının İddiaçı qarşı “əmlakın alınmasına çəkilmiş xərclərin bölünməsi” tələbinə dair qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və qarşı borcun ümumi əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-881/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətna məsindən İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun, mediasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 277 manat dövlət rüsumunun cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı “əmlakın alınmasına çəkilmiş xərclərin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalıı traktorun alınması üçün "xxxx" ASC-yə ödənilmiş vəsaitin bölünərək 70000 manat hissəsinin uşaqların onun yanında qalması nəzərə alınaraq cavabdeh İddiaçı alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 qarşı “borcun ümumi əmlaka yönəldilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı borcları üzrə müəyyən edilmiş 91000 manat məbləğində pulun İddiaçı və X5 ümumi əmlaklarına yönəldilməklə həmin əmlakların satış dəyərindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)-122/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin olunmuş, cavabdeh Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyy ən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı tərəfindən ödənmiş 50 manat məbləğində pul tutularaq İddiaçı Fərzəli oğluna ödənilməsi, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu tutularaq İddiaçı oğluna ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın alınmasına çəkilən xərcin yarısı olan 40186 (qırx min bir yüz səksən altı) manat məbləğində pulun tutularaq ödənilməsi, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pu lun 150 (yüz əlli) manatının özünə aid edilməsi, qalan 150 (yüz əlli) manat hissənin isə İddiaçı tutularaq ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı, qarşı borcun ümumi əmlaka yönəldilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Nizami Əliyev) İddiaçı, qarşılıqlı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-881/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)-122/2023 nömrəli qətnaməsi “ilk iddianın təmin edilməsi, cavabde h Ağdaş rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı tərəfindən ödənmiş 50 manat məbləğində pul tutuaraq İddiaçı oğluna ödənilməsi, İddiaçı oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu tutuaraq İddiaçı oğluna ödənilməsi” hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh qarşı Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun, medi asiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 277 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair ilk iddiası rədd edilmiş, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu onun özünə aid edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, Elçin Mehdiyev) İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv, ilk iddianın təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edildi ki, kassasiya şikayəti verilərkən dövl ət rüsumu lazımi miqdarda ödənilməyib. Belə ki, işdən görünür ki, ilk iddia tələbi 45550 manat, qarşılıqlı iddia tələbi 70000 manat olmaqla, hər iki iddianın qiyməti ümumilikdə 115000 (yüz on beş min) manat həddindədir. Mülki Prosessual Məcəllənin 108.1.7-ci maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə görə iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə müəyyən edilir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 364-VİQD nömrəli Qanunu ilə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Qanuna dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid Müddalarının 2.2-ci maddəsinə görə bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.1.4-cü maddəsində dövlət rüsumunun məbləği belə müəyyən edilib: iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rusmu ödə nilir. Həm ilkin, həm də qarşılıqlı iddia da məhkəməyə 21 noyabr 2022-ci il tarixdə, başqa sözlə, “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliyin qüvvəyə minməsindən sonra verilmişdir. Nəzərə alınsa ki, İddiaçı iddiası 45500 manat, Cavabdeh qarşılıqlı iddiası 70000 manat həddində olub və ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilib, İddiaçı da kassasiya şikayətində, öz iddiasının təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir, belə olan halda hər iki iddianın ümumi qiyməti 115000 manat təşkil edir. Belə olan təqdirdə də, iddiaçı “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.1.4 və 8.6-cı maddələrinin tələbi baxımından 202,50 (iki yüz iki manat əlli qəpik) manat dövlət rusumu ödəməli idi. Kassasiya şikayətindən isə görünür ki, İddiaçı 202,50 manat deyil, 114 manat dövlət rüsumu ödəyib. Apellyasiya instansiyası kassasiya şikayətini Ali Məhkəməyə göndərərkən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı tərəfindən qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilib-ödənilməməsinə diqqət yetirməyib. Halbuki Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qa ytarılmalıdır. Şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı (vəkil Nümayəndə3) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-881/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar