Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-487/2022 18.02.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.10.2021-ci il tarixli, 2(103)5735/2021 nömrəli qərardadından İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin qeyd edilən qətnamədən verdiyi kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin hakiminin 18.11.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hakimin 18.11.2021-ci il tarixli icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli və iş baxışdan çıxarılmalıdır. Belə ki, Kassasiya şikayətində İddiaçı QSC BOKT-un nümayəndəsi kimi “X2 Edilməsi Agentliyi» MMC-nin icraçı direktoru X1 qeyd edilmişdir. Onun təmsilçiliyinin əsası kimi İddiaçı QSC-nin idarə heyətinin müavininin verdiyi 30.03.2021-ci il tarixli etibarnaməyə istinad olunmuşdur. Halbuki, Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əs asən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. “X2 Edilməsi Agentliyi» MMC (habelə onun icraçı direktoru) isə göstərilənlər sırasına daxil deyil. Beləliklə, hazırkı iş üzrə Aqrarkredit QSC BOKT-un nümayəndəlik səlahiyyətlərinin S.Bəkirov tərəfindən məhkəmədə həyata keçirilməsi mülki-prosessual qanunvericiliyə uyğun deyil. Bundan başqa Kassasiya şikayətinin formasına dair Mülki Prosessual Məcəlləyə 3 saylı əlavənin 11.1-ci bəndinə əsasən, kassasiya şikayəti hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Hazırkı kassasiya şikayətində həmin qaydaya əməl olunmayaraq, şikayət hüquqi şəxsin möhürü ilə təsdiqlənməmişdir. Yuxarıda göstərilənlər kassasiya şikayətinin forma və məzmununa aid qanunda nəzərdə tutulmuş tələblərə uyğun olmadığına dəlalət edir. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin402-ci və 407.1-ci maddələrinintələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxudhüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəf indən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindənqaytarılır. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_9.htm Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.10.2021-ci il tarixli, 2(103)5735/2021 nömrəli qərardadından İddiaçı QSC-nin v erdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 18.11.2021-ci il tarixli qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov
Məhkəmə qərarları › İş №2(102)-487/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-487/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver