Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-487/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1395/2023 nömrəli, 28 noyabr 2023- cü il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 27000 manat əsas borcu, 5000 manat mənəvi ziyanın, 186 manat rüsumunun əvəzi olaraq, 32186 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Yevlax Rayon Məhkəməsinin 2(039)-1364/2023 nömrəli iş üzrə 9 avqust 2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 27000 manat borc, 5000 manat mənəvi ziyan və 186 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya köçürülməsi qət edilmişdir. (hakim Ruslan Əlizadə)
3. Cavabdeh 30 oktyabr 2023-cü ildə apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbu l edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1395/2023 nömrəli mülki iş üzrə 28 noyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Günay Cavadova)
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan (iş v. 67, 68) qəbzə və xəbərnaməyə əsasən Yevlax Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(039)-1364/2023 saylı qətnaməsinin 2 oktyabr 2023-cü il tarixdə məhkəmə qəbzinin imza ilə təsdiq etməklə Cavabdeh təqdim edilməsi göstərilsə də, xəbərnamədə Yevlax Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(039)-1364/2023 saylı qətnaməsinin 28 avqust 2023-cü il tarix də Cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilir.
6. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qətnamənin surətini Cavabdeh xəbərnamə ilə 28 avqust 2023-cü il tarixdə qəbul etdiyinə görə, apellyasiya şikayətinin verilmə müddəti həmin tarixdən, yəni 28 avqust 2023-cü il tarixdən hesablanmalı idi. Belə olduqda müəyyən edilir ki, apellyasiya şikayətinin verilməsi müddəti 2 gün ötürülmüşdür.
7. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən qəbul edilməsi barədə məhkəmə qəbzi və xəbərnamə arasında müddətlə bağlı qeyri-müəyyənlik yarandığı üçün apellyasiya şikayətinin verilməsi müddətinin başlanma və nəticədə də bitmə tarixi hesablana bilmir.
8. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3, 363.1.5 və 366.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(039)-1364/2023 saylı qətnaməsini 02 oktyabr 2023-cü il tarixdə məhkəmə qəbzini imza ilə təsdiq etməklə Cavabdeh təqdim edilməsi göstərilsə də, xəbərnamədə həmin qətnamənin 28 avqust 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul etdildiyi görünmüşdür. Lakin yuxarıda qeyd olunanların tam əksinə olaraq cavabdeh qətnaməni almağı ilə bağlı heç bir xəbərnaməyə imza etməmişdir və cavabdehin bu barədə heç bir məlumatı olmamışdır. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli qətnaməsini məlumatı olan kimi 02 oktyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. 02 oktyabr 2023-cü il tarixədək cavabdehə heç bir qətnamə göndərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh iddia ərizəni necə almışdırsa, qətnaməni də elə almışdır. Cavabdehin qiyabi qətnamədən xəbəri olmuşdur, onunla danışıq zamanı cavabdehin apellyasiya şikayəti vermək fikri yox idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin aktını rəsmi qaydada verməlidir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
13. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi dü zgün nəticəyə gəlməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün sayarkən qeyd etmişdir ki, iş materiallarında olan (iş v. 67, 68) qəbzə və xəbərnaməyə əsasən Yevlax Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(039)-1364/2023 saylı qətnaməsinin 2 oktyabr 2023-cü il tarixdə məhkəmə qəbzinin imza ilə təsdiq etməklə Cavabdeh təqdim edilməsi göstərilsə də, xəbərnamədə Yevlax Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli, 2(039)-1364/2023 saylı qətnaməsinin 28 avqust 2023-cü il tarixdə Cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilir. Bu da o deməkdir ki, qətnamənin surətini Cavabdeh xəbərnamə ilə 28 avqust 2023-cü il tarixdə qəbul etmiş, apellyasiya şikayətinin verilmə müddəti həmin tarixdən, yəni 28 avqust 2023-cü il tarixdən hesablanmış və apellyas iya şikayətinin verilməsi müddəti 2 gün ötürülmüşdür. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən qəbul edilməsi barədə məhkəmə qəbzi və xəbərnamə arasında müddətlə bağlı qeyri-müəyyənlik yarandığı üçün apellyasiya şikayətinin verilməsi müddətinin başlanma və nəticədə də bitmə tarixi hesablana bilmir.
17. Əvvəla, apellyasiya instansiyası məhkəməsi iş materiallarının 67-ci vərəqində olan xəbərnaməyə istinadən qətnamənin 28 avqust 2023-cü ildə alınmasını göstərsə də, həmin xəbərnamədə qətnamənin alınma tarixi kimi imza edilən qrafada “xx.xx.2023-cü il” qeyd edilmişdir ki, bu da həmin tarixin avqust yox, may ayı olmasına dəlalət edir. Buna görə də xəbərnamədə “xx.xx.2023-cü il” kimi qeyd edilən tarixi, başqa sözlə ilin 5-ci ayı (may ayı) kim göstərilən ayı, apell yasiya instansiyası məhkəməsinin hansı əsasla ilin 8-ci ayı olan avqust ayı kimi qəbul etməsi qərardaddan görünmür.
18. Üstəlik, həmin xəbərnamənin hər iki üzündə poçt şöbəsinin vurduğu 5 ştempel vardır, bu ştempellərdə də xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və 07.08.203cü il tarixləri qeyd edilib.
19. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.48-ci bəndinə görə poçt təqvim ştempeli qurğusu – poçt göndərişlərinin, müşayiət və digər poçt sənədlərinin rəsmiləşdirilməsi üçün istifadə olunan, habelə üzərində ölkənin adı, poçt obyektinin adı, poçt indeksinin və əməliyyatın həyata keçirildiyi tarix və vaxtın qeyd olunduğu qurğudur. Qaydaların 1.33-cü bəndinə görə milli operator poçt göndərişlərinin qəbulu, işlənilməsi, daşınması və çatdırılmasının rəsmiləşdirilməsi üçün poçt təqvim ştempeli qurğularından istifadə edir.
20. Həmin Qaydaların 7.28 və 7.29-cu bəndlərinə görə isə məktub poçtu göndərişləri qəbul edilərkən hər bir poçt göndərişinin ünvan tərəfinə təqvim ştempeli vurulur. Markalayıcı maşının təqvim ştempelinin tarixi poçt göndərişlərinin göndərilmə üçün təqdim edilmə tarixinə uyğun olmalıdır.
21. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi iş materiallarının 67-ci vərəqində olan xəbərnamənin üzərində onun alınma tarixi kimi “28.05.23”-cü il qeyd edilsə də, onun göndərilmə tarixi xx.xx.2023-cü ildir. Bu isə ziddiyyətli bir haldır. Çünki həmin tarixlərdən belə nəticə çıxır ki, göndər ilən məktub onun göndərilməsindən əvvəl alınıb.
22. Bundan başqa, barəsində apellyasiya şikayəti verilən Yevlax Rayon Məhkəməsinin qətnaməsi 9 avqust 2023-cü il tarixdə qəbul edilib. Xəbərnamə üzərindəki qəbul edilmə imzasının “xx.xx.2023-cü il” və ən son tarixə aid poçt ştempelinin tarixinin xx.xx.2023 olması nəzərə alınarsa, belə nəticə çıxır ki, cavabdeh həmin tarixlərdə həm də mövcud olmayan qətnaməni almışdır.
23. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi üçün prosessual müddətin axımının 28 avqust 2023-cü il tarixdən hesablanmalı olması barədə gəlinən nəticə əsaslı olmamışdır.
24. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnamənin cavabdeh tərəfindən qəbul edilməsi barədə məhkəmə qəbzi ilə xəbərnamə arasındakı müddətlə ba ğlı qeyri-müəyyənliyə əsas gətirib apellyasiya şikayətinin verilməsi müddətinin başlanma və nəticədə də bitmə tarixinin hesablana bilinməməsinə istinad etməsini əsasız sayır.
25. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
26. Bu normanın tələbinə görə apellyasiyanın mümkünlüyünün yoxlanması apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir və mümkünlüklə bağlı işin bütün hallarını, o cümlədən hər hansı qeyri-müəyyənliyi araşdırmaq və ziddiyyətli hallara müəyyənlik gətirmək də apellyasiya instansiyası məhkəməsinin üzərinə düşür. Zəruri hallarda apellyasiya şikayətinin mümkün lüyü məsələsinə tərəflərin iştirakı ilə baxılması da istisna edilmir.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
28. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1395/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.