Məhkəmə qərarları › İş №2(102)-4870/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4870/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4870/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2868/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cava bdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(002)85/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh 2018-ci ilin 14-30 iyun tarixləri arasında bir neçə şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin (bundan sonra Qaz İxrac İdarəsi) X7 Kəmərləri sahəsinin Səngəçal Baş X3 məxsus B akı şəhəri, Qaradağ rayonu, Sahil və Ümid qəsəbələrindən keçən istifadəyə yararsız vəziyyətdə yerüstü qaz boru xəttini torpaq və betondan təmizləmiş, xüsusi kəsici aparatla kəsmiş, kəsilmiş qaz borularını aparmış, beləliklə, özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxs Qaz İxrac İdarəsinə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

2. Həmin cinayət işi üzrə icraat zamanı vurulmuş maddi zərərin müəyyən olunması ilə bağlı ekspertizalar təyin edilmişdir. İbtidai araşdırma zamanı verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 20389/20461 saylı məhkəmə kompleks-metalşünaslıq ekspertizasının rəyi, xx.xx.2018-ci il tarixli, 33892/33893/ saylı təkrar məhkəmə kompleks-metalşünaslıq və əmtəəşünaslıq eksperti zasının rəyi, habelə məhkəmə baxışı zamanı verilmiş xx.xx.2019-cu il tarixli, 10341/10352 saylı təkrar məhkəmə kompleks-metalşünaslıq və əmtəəşünaslıq ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, bəhs olunan qaz kəməri istifadəyə yararsız vəziyyətdə olmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “ Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “Magistral qaz kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyri-mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qaz İxrac İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində Qaz İxrac İdarəsinə vurulmuş maddi ziyana görə 3.647.000 (üç milyon altı yüz qırx yeddi min) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən Qaz İxrac İdarəsinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etm işdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, Qaz İxrac İdarəsi Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X10 arası qaz kəmərinin 8 km-lik hissəsinin oğurlanması faktına görə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsi tərəfindən 17 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi üzrə Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(002)-85/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəza sına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X1 və qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecə saatlarında vahid niyyətlə əhatə olunan qəsdlə Qaz İxrac İdarəsinin X7 Kəmərləri sahəsinin Səngəçal Baş X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil və Ümid qəsəbələrindən keçən istifadəyə yararsız vəziyyətdə yerüstü qaz boru xəttini sürücüsünün şəxsiyyəti istintaqa məlum olmayan traktorla torpaqdan və betondan təmizləmiş, Bəxtiyar Bəxtiyarlı ilə birlikdə qaz boru xəttinin 1 meri 5.5 manat təşkil edən 7700 metr hissəsinin xüsusi kəsici qaynaq aparatı ilə kəsmiş, kəsilmiş qaz borularını şəxsiyyəti istintaqa məlum olmayan şəxsin ida rə etdiyi, dövlət nömrə nişanı və markası istintaqa məlum olmayan qaldırıcı kranla qaldırıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi, dövlət nömrə nişanı və markası istintaqa məlum olmayan yük avtomaşınına qoyub naməlum istiqamətdə aparıb gizli yolla talamaqla zərərçəkmiş şəxs Qaz İxrac İdarəsinə ümumilikdə 42350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin birinci cildinin 43-cü vərəqəsində müstəntiq tərəfindən iş materiallarına əlavə edilmiş arayışda göstərilmişdir ki, Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X10 arası qaz kəmərinin 8 km-lik hissəsinin yeni borularla əvəz edilməsinin hesablanmış dəyəri ******* (üç milyon altı yüz qırx yeddi min) manat təşkil edir. Cinayət işinin materiallarına ə lavə edilmiş xx.xx.2015-ci il tarixli SOCAR/15/-1000/01/SM-07- 000197 nömrəli sərəncamdan görünür ki, “Azneft” X2 Nərimanov adına NQÇİ-nin balansında olan uzunluğu 22 km, diametri 700 mm-lik, Səngəçal Baş Qurğuları – X10 arası qaz kəməri əvəzsiz olaraq Qaz İxrac İdarəsinin Hacıqabul MQKS-nin balansına verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar xx.xx.2015-ci il tarixli, SOCAR/15-1100/01ink-05-000319 və xx.xx.2015-ci il tarixli, SOCAR/15-2200/xx-xx-000359 nömrəli əmrlər verilmişdir. Bundan sonra həm “Azneft” İstehsalat Birliyində, həm də Qaz İxrac İdarəsində yaradılmış komissiyalar tərəfindən qeyd edilən boru kəməri təhvil-təslim edilmiş və bu barədə akt tərtib edilmişdir. Təhvil-təslim aktını isə 29 nəfər vəzifəli şəxs öz imzası ilə təsdiq etmişdir. Təhvil-təslim aktından görünür ki, Səngəçal Baş Qurğuları – X10 arası qaz kəmərinin balans dəyəri 713149.39 manat, köhnəlmə dəyəri 390629.72 manat, qalıq dəyəri isə 322519.67 manat olmuşdur. Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 22 km, diametri 700 mm-lik, Səngəçal Baş Qurğuları – X10 arası qaz kəmərinin balans dəyəri 713149.39 manat, həmçinin oğurlanmış 7700 metrin balans dəyəri 249602.29 manat olmuşdur. Qeyd edilən boru kəmərinin oğurlanmış 7700 metrinin xx.xx.2018-ci il tarixə qalıq dəyəri 90797.33 manat, xx.xx.2018-ci il tarixə isə 87089.78 manat olmuşdur. Nəzərə alınsa ki, qeyd edilən boru kəməri işlək vəziyyətdə olmuş, hal-hazırda istifadəsinə zərurət yaranmış və bu səbəbdən də bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən boru kəmərinin bərpa edilməsinə ******* (üç milyon altı yüz qırx yeddi min) manat vəsait tələb olunur.

6. Cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən onun məhkəmə iclasına gətirilməsinin təmin edilməsi üçün qərardad qəbul edilsə də qərardadın icrası mümkün olmadığından məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2286/2020 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyindən fərqli olaraq müvafiq qaz kəməri cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, apa rılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “Magistral qaz kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyri-mümkündür. Göründüyü kimi mübahisəli qaz xətti cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. Yəni iddiaçı təşkilat müvafiq qaz xəttini istismara hazır vəziyyətdə saxlamamış, bunun üçün qanunla müəyyən edilən tədbir və texniki təhlükəsizlik qaydalarına riayət etməmiş, lazımi xidmət göstərməmiş nəticədə istifadə edilməyən qaz xətti tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh isə istifadəyə yararsız və işlək vəziyyətdə olmayan bu qaz xəttinin borularını kəsmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehdən həmin boruların dəyərini deyil, qaz xəttinin yenidən bərpa edilməsi xərcini tələb edir.

10. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən lazımi qaydada saxlanılmadığına görə istismara yararsız hala düşmüş qaz xəttinə məxsus qaz borularını kəsdiyinə görə Cavabdeh bu qaz xəttinin bərpası xərclərinin tələb edilməsi yolverilməzdir və istənilən bu cür tələb əsassızdır. Çünki qa z xəttini işlək vəziyyətdə saxlamayan, onu istismara yararsız hala salan cavabdeh deyil, iddiaçı təşkilatdır. Cavabdeh yalnız bu yararsız xəttə məxsus boruları kəsmişdir. Belə olan halda ondan yalnız bu boruların dəyəri tələb edilə bilər. Bu mənada hazırkı tələb tam əsassızdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı Qaz İxrac İdarəsi qətnamədən apellyasiya şikayəti verərək qə tnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-3652/2021 nömrəli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və R.Həsənov) iddiaçı Qaz İxrac İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi olaraq 42.350 manat, idd ia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi - 30 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Qaz İxrac İdarəsinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi - 15 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Qaz İxrac İdarəsinə ödənilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş İdarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan dəymişdir. İddiaçı iddia ərizəsində cinayət əməli nəticəsində vurulmuş maddi ziyanı tələb edir. İddiaçının tələb etdiyi 3.647.000 manat, boru kəmərinin talanması nəticəsin də iddiaçının həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş maddi ziyanı, həm də boru kəmərinin bərpası üçün çəkiləcək xərcləri ehtiva edir.

16. Məhkəmə bildirmişdir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş İdarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan dəymişdir. İddiaçının ödənilməsini tələb etdiyi maddi zərərin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, boru kəmərinin talanması nəticəsində iddiaçı İdarənin həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş ziyan tutulmalıdır. Yuxarıda qeyd olunan hökmdən görünür ki, talanmış boru xəttinin uzunluğu 7.700 metr təşkil edir və 1 metri 5.50 manatdır. Cavabdeh boru xəttini talamaqla iddiaçı İdarəyə 42.350 manat məbləğində ziyan vurmuşdur.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respub likası Mülki Məcəllənin 1096.1, 21.1ci, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 82.4-cü və Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qaz İxrac” İdarəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 22 km, diametri 700 mm-lik, “Səngəçal Baş X4 arası qaz kəmərinin balans dəyəri 713149,39 manat, həmçinin oğurlanmış 7700 metrin balans dəyəri 249602,29 manat olmuşdur. Qeyd edilən boru kəmərinin oğurlanmış 7700 metrinin xx.xx.2018-ci il tarixə qalıq dəyəri 90797,33 manat, xx.xx.2018-ci il tarixə isə 87089,78 manat olmuşdur. Nəzərə alınsa ki, qeyd edilən boru kəməri işlək vəziyyətdə olmuş, halhazırda istifadəsində zərurət yaranmış və bu səbəbdən də bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən boru kəmərinin bərpa edilməsinə ******* manat vəsait tələb olunur. Bu faktı cinayət işinin materiallarında olan müvafiq arayış təsdiq edir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(103)-243/2022 nömrəli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov) kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3652/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

21. Kassasiya instansiya m əhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki iddiaçı qaz boru xəttinin 7.700 metr hissəsinin kəsilərək oğurlanması nəticəsində dəyən zərərin aradan qaldırılması üçün 3.647.000 manat pul vəsaiti lazım olduğunu bildirərək həmin məbləğdə maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir.

22. Apellyasiya məhkəməsi isə cinayət işi üzrə Cavabdeh elan olunmuş ittihamda göstərilən 42.350 manat zərər məbləğini əsas götürərək iddianı həmin həcmdə təmin, qalan hissədə rədd etmişdir.

23. Halbuki, cavabdehin törətdiyi delikt nəticəsində iddiaçıya dəyən maddi zərərin həcminə oğurlanmış boruların 42.350 manat dəyərindən əlavə, həmin boruların alınaraq kəmərin yerləşdiyi yerə daşınması, saxlanması, quraşdırılması, lazımi şəkildə izolyasiyası və s. daxil olmaqla kəmərin sözügedən 7.700 metr hissəsinin əvvəlki vəziyyətə qaytarılması üçün tələb olunan bütün xərclər daxildir. Çünki, qeyd edilən işlər görülmədən (yalnız 42.350 manatlıq borcunun alınması ilə) ilkin vəziyyətin bərpası mümkün deyil. Ona görə də kəsilmiş hissənin bərpası üçün tələb olunan bütün xərclərin məcmusu iddiaçının zərərini təşkil edir.

24. Kollegiya onu da nəzərə alır ki, iddiaçı, qaz xəttinin oğurlanmış hissələrinin bərpa olunduğunu və istifadəyə verildiyini bildirərək bunun üçün çəkilən xərclərə dair sənədlər təqdim etmişdir.

25. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin işlərin görülməsi üçün boruların alınmasından əlavə, kəsilmiş hissənin bərpası üçün çəkilmiş xərclərin həcmini araşdırmamış, bu çərçivədə iddiaçının təqdim etdiyi həmin məlumat və sənədlərə lazımi hüquqi qiymət verməmişdir.

26. Bu hal ona dəlalət edir ki, apellyasiya məhkəməsi iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi (və ya çəkməli olduğu) bütün xərcləri, yəni zərərin tam həcmini nəzərə almamaqla, Mülki Məcəllənin 21.2-ci və 1097.1-ci maddələrini düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2022-ci il tarixli, 2(103)-2868/2022 nömrəli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi olaraq 164123,65 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki: iddiaçının tələb etdiyi 3.647.000 manat, boru kəmərinin talanması nəticəsində iddiaçı İdarənin həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş maddi ziyanı, həm də boru kəmərinin bərpası üçün çəkiləcək xərcləri ehtiva edir.

29. Kol legiya, maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, boru kəmərinin talanması nəticəsində iddiaçının həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş ziyan tutulmalıdır. Cavabdeh boru xəttini talamaqla iddiaçıya 42.350 manat məbləğində ziyan vurmuşdur. “Səngəçal BQ-AzQEZ” MQK-nin 8.03-18.22 km hissəsində 7000 m hissənin yeraltı bərpa edilməsi və mövcud yerüstü hissənin yeraltı çəkilməsi barədə 11731 nömrəli Sifarişin faktiki dəyəri haqqında məlumatdan görünür ki, sifarişin cari qiyməti 1.349.901,74 manat, sair xərclərin dəyəri isə 121773.65 manat təşkil edir. Məhkəmə iclasında tərəfin izahatı ilə müəyyən olunmuşdur ki, Sifarişdə qeyd olunan sair çəkilmiş xərclərə boruların daşınması, quraşdırılması, lazımi şəkildə izolyasiyası əvvəlki vəziyyətə qaytarılması və s. işlər daxildir. 3

0. Mülki Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

31. Belə olan halda, cavabdehdən vurulmuş ziyanın məbləği 42.350 manat və sair çəkilmiş xərclərin məbləği 121773.65 manat, cəmi 164123,65 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

32. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 1096.1, 1115-ci, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. İddiaçının kassasiya şikayətində qeyd olunmuşdur ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və “Səngəçal BQ-AzQEZ” MQK-nin 8.03-18.22 km hissəsində 7000 m hissənin yeraltı bərpa edilməsi və mövcud yerüstü hissənin yeraltı çəkilməsi barədə 11731 nömrəli Sifarişin faktiki dəyəri haqqında məlumatdan görünür ki, sifarişin cari qiyməti 1.349.901,74 manat, sair xərclərin dəyəri isə 121773.65 manat təşkil edir. Sifarişdə qeyd olunan sair çəkilmiş xərclərə boruların daşınması, quraşdırılması, lazımi şəkildə izolyasiyası əvvəlki vəziyyətə qaytarılması və s. işlər daxildir. Bakı Apellyasiya məhkəməsi vurulmuş ziyanı hesablayarkən maddi zərərin məbl əği ilə bağlı boru kəmərinin talanması nəticəsində iddiaçının həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş ziyanı 42.350 manat məbləğində, həmçinin Sifarişdə qeyd olunan sair çəkilmiş xərclərə boruların daşınması, quraşdırılması, lazımi şəkildə izolyasiyası əvvəlki vəziyyətə qaytarılması və s. işlərə görə 121773.65 manat məbləğində hesablamışdır. Lakin faktiki olaraq talanmış boru kəmərinin bərpasına çəkilmiş xərc 1.349.901,74 manat, sair xərclərin dəyəri isə 121773.65 manat təşkil etmişdir.

35. Cavabdeh (vəkil X6) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

36. Cavabdehin kassasiya şikayətində qeyd ol unmuşdur ki, zərərçəkmiş idarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan dəymişdir. Qeyd edilən cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza rəylərinə əsasən, həmin borular istifadəyə yararsız olmuşdur. Qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “Magistral qaz kəmərlərinin istismar ında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyri-mümkündür. Həmçinin birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının qeyd etdiyindən fərqli olaraq müvafiq qaz kəməri cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin və ziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “Magistral qaz kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarından göründüyü göründüyü kimi mübahisəli qaz xətti cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. Yəni iddiaçı təşkilat müvafiq qaz xəttini istismara hazır vəziyyətdə saxlamamış, bunun üçün qanunla müəyyən edilən tədbir və texniki təhlükəsizlik qaydalarına riayət etməmiş, lazımi xidmət göstərməmiş nəticədə istifadə edilməyə n qaz xətti tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh isə istifadəyə yararsız və işlək vəziyyətdə olmayan bu qaz xəttinin borularını kəsmişdir. Belə olan halda da vurulmuş zərər faktiki zərərə yəni yararsız qaz borularının götürülməsinə əsasən hesablanmalı idi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli ol duğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

41. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödə mək öhdəliyi qoyur.

42. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Ma ddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllən in 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının və cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməs ində müəyyən olunmuş hallar və sübutlar əsasında yeni qərar çıxarılmaqla, iddia tələbi qismən təmin edilməlidir.

56. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları bu qərarın 1-3-cü paraqraflarında göstərilən hallardan ibarətdir.

57. İddiaçı cavabdehin cinayət əməli nəticəsində vurulmuş ziyanın aradan qaldırılması ilə əlaqədar çəkilən xərcləri zərərin əvəzi kimi ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan yuxarıda qeyd olunan cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir.

58. İddia tələbinin maddi hüquqi əsası ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əl aqədar tələbin şərtlərini tənzimləmir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir.

59. Hazırkı mülki mübahisəyə münasibətdə iddia tələbinin əsasını delikt təşkil edir. Çünki tərəflərin arasında hər hansı müqavilə yoxdur.

60. Mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətinin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması (hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır);

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi (Bu halda ş əxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur);

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması (Baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir);

4. Hüququ pozan şəxsin təqsirinin olması.

61. Baxılan iş üzrə düzgün nəticəyə gəlmək üçün həll olunmalı məsələlərdən biri, iddiaçının barəsində çıxarılmış hökmlə müəyyən olunmuş, zərəri xarakterizə edən faktların (xüsusilə, dəfələrlə ekspertiza təyin olunmaqla müəyyən olunmuş borunun yararsız olması faktının) hazırki işdə qəbul edilməsinin mümkünlüyü məsələsidir.

62. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir.

63. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidi r (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. Qərarları).

64. Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır.

65. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur.

66. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin möv cudluğu halında mümkün olur: konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır.

67. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

68. Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

69. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar.

70. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

71. Buna görə də cavabdehin barəsində olan cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən edilmiş vurulmuş ziyanın məbləğinin, ən əsası boru nun istismara yararsız olması faktının hazırki işdə qəbul edilib edilməməsi məsələsi yuxarıda qeyd olunan müddəalar əsasında həll olunmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vurulmuş maddi ziyan cinayət əməlinin tövsifedici əlamətlərindən biri kimi çıxış edirdi və zərərin məbləği və bununla yanaşı boru xəttinin istismara yararlı olub olmaması bütövlükdə cinayət hadisəsini təşkil edirdi. Odur ki, MPM-nin 82.4-cü maddəsi baxımından həmin faktlar hazırki iş üzrə mübahisə edilməyən hallar kimi qəbul olunmalıdır.

72. Boru xəttinin yararsız olması isə onu ehtiva edir ki, hətta oğurluq hadisəsi oilmadığı halda da mülkiyyətçi həmin borunu istismara yararlı hala gətirmək üçün yeni boru almalı və xətti yeniləməli idi. Yəni törədilmiş cinayət əməli ilə yeni boru xəttinin çəkilməsi bi rbaşa səbəbli əlaqəsi olmayan hadisələrdir. Borunun yenidən çəkilməsi cinayət nəticəsində vurulmuş ziyanın aradan qaldırılması üçün deyil, boru xəttinin ekspertiza rəylərində göstərilən səbəblərdən yararsız olması ilə əlaqədar olmuşdur.

73. Göründüyü kimi ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün qanunvericiliklə müəyyən olunmuş yuxarıda qeyd olunan dörd şərtdən biri zərərvuranın hüquqazidd hərəkəti ilə iddiaçının boru xəttinin yenidən çəkilməsi üçün xərclərə məruz qalması arasında səbəbli əlaqə müəyyən edilmir.

74. Cavabdehin deliktdən irəli gələn mülki məsuliyyəti onun barəsində olan cinayət işi üzrə müəyyən olunmuş 42350 manat məbləğlə məhdudlaşır.

75. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi maddi hüquq normasını tətbiq edərkən səhvə yol vermişdir və bu hal q ətnamənin ləğvi üçün əsaslardan biri olduğuna görə qətnamə ləğv edilməlidir.

76. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, cavabdehdən zərərin əvəzi olaraq 42350 manat məbləğlə pul alınıb iddiaçıya verilməli, məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2868/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla, iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq 42.350 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi - 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar