Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4872/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(106)-146/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC-nin ləğvedicisi tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.M.Məmmədov, iş № 2(049)-883/2019) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 oğlu və Cava bdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək cavabdehlərdən müştərək qaydada cəmi 22.370,55 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla alınıb “İddiaçı1” ASC–yə verilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.B.Babayev, N.F.Mirzəyev və Q.B.Kərimov) cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsi, Cavabdeh1 Hacibaba oğluna aid hissədə qismən təmin edilib Cavabdeh1 oğlundan xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi 17.690,51 ABŞ dolları məbləğində borcun azərbaycan manatı ekvivalenti ilə, habelə dövlət rüsumu ki mi ödənilmiş 30 manat alınaraq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: xx xxxx 2014-cü il tarixdə Cavabdeh1 oğlu ilə “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 30 ay müddətinə illik istifadə dərəcəsi 30 faiz olmaqla 12.745 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxx 2015-ci il tarixdə kredit müqaviləsinin müddəti xx xxx 2018-ci il tarixədək uzadılmışdır. Borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə bank arasında xx xxxx 2014cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 2019-cu ilin yanvar ayında ləğv prosesində olan “xxxx” ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 əsas kredit və faiz borcuna, eləcə də, cərimə və gecikdirməy ə görə hesablanmış borcla əlaqədar xx xxxxxx 2018-ci il tarixə ümumilikdə 22.370,55 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun Cavabdeh1 və Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” ASC-nin ləğvedicisi kassasiya şikayəti verərək borcun məbləği ilə əlaqədar məhkəmə kollegiyasının nəticəsinin qanunun tələbinə uyğun əsaslandırılmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkil i kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Tərəflər kredit müqaviləsini bağlamaqla üzərlərin ə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə aldığı borcu müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarılmasını təmin etməməklə müqavilə öhdəliyini lazımınca icra etməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın t ələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İşdən görünür ki, borcun məbləğinin müəyyən olunması ilə əlaqədar Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə Cavabdeh1 əsas kredit borcunun 9.240,42 ABŞ dolları, faiz borcunun isə 7.526,09 ABŞ dolları təşkil etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apelyasiya instansiyası məhkəməsi qanunun göstərilən normasına əsaslanaraq borcludan tələb olunan 4.805.91 ABŞ dolları məbləğində cəriməni 924 ABŞ dolları həddində müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilm ə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi zaminlik müqaviləsinin müddəti xx xxxxxx 2017-ci il tarixdə bitmiş, iddiaçı tərəfindən isə zaminə qarşı 2019-cu ilin yanvar ayında, yəni 1 ildən artıq müddət keçdikdən sonra borcun qaytarılması barədə tələb irəli sürülmüşdür. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apelyasiya instansiyası məhkəməsinin nəticəsini iş materiallarına və qanunun tələblərinə uyğun sayır. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4872/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4872/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver