Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4873/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı; İddiaçılar İddiaçı2 və Cavabdeh3 cavabdehlər “xxxx” QSC və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti, zaminliyə xitam verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 vəkili X3, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının XXXXX nömrəli iş ü zrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 1.500.000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli zaminlik müqaviləsi ilə borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilmişdir.
3. Həmin tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus – C1 və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929.9 kv.m əsas, 358.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli q eyri-yaşayış binası (mebel mağazası) ipoteka ilə yüklü edərək Bankın tələb hüququna təminat verilmişdir. 4. xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus – C1 və X8 küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edərək Bankın tələb hüququna təminat verilmişdir. 5. xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus – xümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binası ipoteka ilə yüklü edərək Bankın tələb hüququna təminat verilmişdir. 6. 15.03.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus – X.ndəki 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 310,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) ipoteka ilə yüklü edərək Bankın tələb hüququna təminat verilmişdir.
7. Qeyd edilən daşınmaz əşyaların ipoteka ilə yüklü edilməsinə Cavabdeh1 arvadı Cavabdeh3 tərəfindən müvafiq razılıqlar verilmiş və ipotekalar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
8. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, XXXX nömrəli kredit razılaşması əsasında sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir.
9. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 15R000004374 nömrəli kredit razılaşması əsasında sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir.
10. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xxx nömrəli kredit razılaşması əsasında sonuncuya 60 ay müddətinə, aylıq 1,1667 faiz dərəcəsi ilə 630.000 (altı yüz otuz min) ABŞ dolları dolları məbləğində kredit verilmişdir.
11. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xxnömrəli kredit razılaşması əsasında sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,1667 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 (yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir.
12. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 015R********** nömrəli kredit razılaşması əsasında sonuncuya 49 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667 olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 (yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir.
13. «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 015KK**********01 nömrəli kredit razılaşması əsasında, xx.xx.2009-cu il tarixli, 15L000000609 nömrəli kredit xətti müqaviləsi üzrə bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə 10.000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir.
14. Qeyd edilən kredit razılaşmalarına 2015-ci ildə dəyişikliklər edilmiş, bu dəyişikliklər zamin Cavabdeh2 imzalatdırılmamışdır.
15. Cavabdeh1 öhdəliyin icrasını gecikdirərək borcunu qrafiklər üzrə qaytar mamışdır. «xxxx» QSC, cavabdehlərə müvafiq qaydada pretenziya məktubları göndərməklə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və məhkəmədə iddia qaldıraraq aşağıdakı tələbləri irəli sürmüşdür.
16. Eyni zamanda Cavabdeh3 sözügedən kredit razılaşmaları bağlanılarkən onun razılığının alınmadığını, onun kreditin hansı faizlə götürülməsi barədə məlumatı olmadığını bildirərək, İddiaçı2 ilə birlikdə ipoteka müqavilələrinin etibarsızlığına dair aşağıda qeyd olunan iddianı qaldırmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat 17. “xxxx” QSC ərizə ilə Ağcəbədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - xxnö mrəli kredit razılaşması üzrə 150000 ABŞ dolları məbləğində kredit borcu, 23275,05 ABŞ dolları məbləğində faiz borcu və 56100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 229375,05 ABŞ dolları məbləğində borcun: -015R********** nömrəli kredit razılaşması üzrə 140735,68 ABŞ dolları məbləğində kredit borcu, 21946,95 ABŞ dolları məbləğində faiz borcu və 53332,56 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 216015,19 ABŞ dolları məbləğində borcun; - xxx nömrəli kredit razılaşması üzrə 545560,8 ABŞ dolları məbləğində kredit borcu, 85077,37 ABŞ dolları məbləğində faiz borcu və 228037,04 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 858675,21 ABŞ dolları məbləğində borcun; - XXXX nömrəli kredit razılaşması üzrə 65807,92 ABŞ dolları məbləğində kredit borcu, 10035,71 ABŞ dolları məblə ğində faiz borcu və 22548,21 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 98391,84 ABŞ dolları məbləğində borcun; - 15R000004374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində kredit borcu, 10280,50 ABŞ dolları məbləğində faiz borcu və 20001,80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 83926,47 ABŞ dolları məbləğində borcun; - 015KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,00 ABŞ dolları məbləğində kredit borcu, 2063,54 ABŞ dolları məbləğində faiz borcu və 1710,00 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13772,54 ABŞ dolları olmaqla, ümumilikdə 1.500.156,3 (bir milyon beş yüz min yüz əlli altı) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barə də bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması; tələbin ipoteka predmetləri olan: - Ağcabədi şəhəri, X8 küçəsində mülkiyyətdə olan 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mebel mağazası); - Ağcabədi şəhəri, X8 küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinə; - Ağcabədi şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasına; X.ndə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 310.6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) yönəldilməsinə, həmin qeyri-yaşayış binalarının və onların yerləşdiyi torpaq sahələrinin, həmçinin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, cəmi 1.500.156,3 məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması; ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin qeyri-yaşayış sahələri və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin, qeyri-yaşayış binalarının boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Ağcəbədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) xx xxx 2017-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən XXXX nömrəli kredit razılaşması üzrə 65807,92 ABŞ dolları məbləğində əsas, 10035,71 ABŞ dolları məbləğində faiz və 250 ABŞ dolları məbləğində cərimə; 15R000004374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində əsas, 10280,50 ABŞ dolları məblə ğində faiz və 200 ABŞ dolları məbləğində cərimə; xxx nömrəli kredit razılaşması üzrə 545560,8 ABŞ dolları məbləğində əsas, 85077,37 ABŞ dolları məbləğində faiz və 2200 ABŞ dolları məbləğində cərimə; xxnömrəli kredit razılaşması üzrə 150000 ABŞ dolları məbləğində əsas, 23275,05 ABŞ dolları məbləğində faiz və 560 ABŞ dolları məbləğində cərimə; 015R********** nömrəli kredit razılaşması üzrə 140735,68 ABŞ dolları məbləğində əsas, 21946,95 ABŞ dolları məbləğində faiz və 530 ABŞ dolları məbləğində cərimə; 015KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,00 ABŞ dolları məbləğində əsas, 2063,54 ABŞ dolları məbləğində faiz və 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1.122.186,69 ABŞ dolları borcun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat 84 manat xidmət haqqı, həmçinin 22 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus - Ağcabədi şəhəri, X8 küçəsində mülkiyyətdə olan 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mebel mağazası); Ağcabədi şəhəri, X8 küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evi; Ağcabədi şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binası; X.ndə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 310,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun “xxxx” QSC-nə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh1 verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin olunmamışdır.
19. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə d air normalar çərçivəsində əsaslıdır.
20. İddiaçı2 və Cavabdeh3 ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 15M000000178 saylı, xx.xx.2012-ci il tarixli, 15M000000407 saylı, xx.xx.2009-cu il tarixli, 15M000000110 saylı və xx.xx.2011-d il tarixli, 15M000000341 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və xx.xx.2009-cu il tarixli, 15L000000609 saylı kredit xətti müqaviləsi üzrə tələbin həmin ipoteka müqavilələri üzrə ipoteka predmetləri olan Ağcabədi şəhəri, X8 küçəsində mülkiyyətdə olan 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m. ümumi, 929,9 kv.m. əsas, 358,6 kv.m, köməkçi sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binasına (mebel mağazası) Ağcabədi şəhəri, X8 küçəsi ndə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m, yaşayış, 243,7 kv.m, köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinə Ağcabədi şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 903,8 kv.m. ümumi sahədən ibarət 1 mərətəbəli, anbar təyinatlı qeyri-yaşayış binasına, X.ndə mülkiyyətində olan 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m. ümumi, 310,6 kv.m. əsas, 131,1 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış binasına yönəldilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx xxxxx 2019-cu il tarixli, X4 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən tələblərin əsasında duran hallara dair hər hansı sübut təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
23. Ağcəbədi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər.
24. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaəsindən İddiaçı2 və Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişlər.
25. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-A.Hüseynov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx xxxxxxxx 2019-cu il tarixli, Cnömrəli qərardadı ilə İddiaçı2 və Cavabdeh3 “xxxx” QSC-yə və Cavabdeh1 qarşı “əqdin etibarsızlığı” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatinda olan X2aylı mülki iş, “xxxx” QSC-nin İddiaçı2, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan XXXXX saylı mülki iş üzrə icraatın birləşdirilməsi qərara alınmış və həmin iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan XXXXX saylı mülki iş üzrə məcmu halında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
26. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər-K.Bəşirov (sədrlik edən və məruzəçi), E.Camalov və E.Əliyev) xx xxxxxx 2019-ci il tarixli, saylı qərardadı ilə iddiaçılar İddiaçı2 və Cavabdeh3 cavabdehlər “xxxx” QSC-yə və Cavabdeh1 qarşı əqdin etibarsızlığı tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatinda olan X2aylı mülki iş və xxxx” QSC-nin iddiaçılar İddiaçı2, Cavabdeh3 və Cavabdeh 2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan XXXXX saylı mülki iş üzrə icraatın birləşdirilməsi qərara alınmış və apellyasiya şikayətləri üzrə məhkəmə baxışı təyin edilmişdir.
27. Apelyasiya baxışında məhkəmənin təyin etdiyi qiymətləndirmə üzrə “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli hesabatına əsasən, ipoteka predmeti olan, Cavabdeh1 məxsus - Ağcabədi şəhəri, X8 küçəsində mülkiyyətdə olan 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının (mebel mağazasının) orta bazar qiyməti 650.000 (altı yüz əlli min) manat, i, X8 küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 8 9,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 70.000 (yetmiş min) manat, Ağcabədi şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasının orta bazar qiyməti 120.000 (bir yüz iyirmi min) manat, X.ndə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 310,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasınıin (mağazanın) orta bazar qiyməti 220.000 (iki yüz iyirmi min) manat müəyyən edilmişdir.
28. Eyni zamanda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli, 1816 saylı rəyindən görünür ki, Cavabdeh1 ilə “xxxx ” QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı xxxx qapalı səhmdar cəmiyyətinəxx.xx.2012-ci il tarixli, XXXX nömrəli kredit razılaşması üzrə 65807,92 ABŞ dolları məbləğində əsas, 10035,71 ABŞ dolları məbləğində faiz və 22548,02 ABŞ dolları məbləğində cərimə borcu, xx.xx.2013-cü il tarixli,15R000004374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində əsas, 10280,50 ABŞ dolları məbləğində faiz və 20001,80 ABŞ dolları məbləğində cərimə borcu, xx.xx.2014-cü il tarixli, xxx nömrəli kredit razılaşması üzrə 545560,8 ABŞ dolları məbləğində əsas, 85077,37 ABŞ dolları məbləğində faiz və 228037,04 ABŞ dolları məbləğində cərimə borcu, xx.xx.2014-cü il tarixli, xxnömrəli kredit razılaşması üzrə 150000 ABŞ dolları məbləğində əsas, 2327 5,05 ABŞ dolları məbləğində faiz və 56100 ABŞ dolları məbləğində cəriməborcu,xx.xx.2015-ci il tarixli, 015R********** nömrəli kredit razılaşması üzrə 140735,68 ABŞ dolları məbləğində əsas, 21946,95 ABŞ dolları məbləğində faiz və 53332,56 ABŞ dolları məbləğində cərimə borcu, xx.xx.2015-ci il tarixli, 015KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,00 ABŞ dolları məbləğində əsas, 2063,54 ABŞ dolları məbləğində faiz və 1710,0 ABŞ dolları məbləğində cərimə borcu vardır.
29. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-K.Bəşirov (sədrlik edən və məruzəçi), E.Camalov və E.Əliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(106)-40/19 nömrəli qətnaməsi ilə “xxxx” QSC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəl dilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, əmlaka istifadə hüququnun itirilməsi, evdən çıxarılma və ipoteka predmetlərinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair Ağcabədi rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(047)714/2017 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, qeyd edilən mülki işlə birləşdirilmiş olan İddiaçı2 və Cavabdeh3 “xxxx” QSC-yə və Cavabdeh1 qarşı “əqdin etibarsızlığı” tələbinə dair Bakı şəhəri, Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin X4 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin X4 saylı qətnaməsinin dəyişdirilməməsi, Ağcabədi Rayon Məhkəməsinin xx xxx 2017- ci il tarixli, 2(047)714/2017 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən XXXX nömrəli kredit razılaşması üzrə 65807,92 ABŞ dolları məbləğində əsas, 10035,71 ABŞ dolları məbləğində faiz və 250 ABŞ dolları məbləğində cərimə; 15R000004374 nömrəli kredit razılaşması üzrə 53644,17 ABŞ dolları məbləğində əsas, 10280,50 ABŞ dolları məbləğində faiz və 200 ABŞ dolları məbləğində cərimə; xxx nömrəli kredit razılaşması üzrə 545560,8 ABŞ dolları məbləğində əsas, 85077,37 ABŞ dolları məbləğində faiz və 2200 ABŞ dolları məbləğində cərimə; xxnömrəli kredit razılaşması üzrə 150000 ABŞ dolları məbləğində əsas, 23275,05 ABŞ dolları məbləğində faiz və 560 ABŞ dolları məbləğində cərimə; 015R********** nömrəli kredi t razılaşması üzrə 140735,68 ABŞ dolları məbləğində əsas, 21946,95 ABŞ dolları məbləğində faiz və 530 ABŞ dolları məbləğində cərimə; 015KK**********01 nömrəli kredit razılaşması üzrə 9999,00 ABŞ dolları məbləğində əsas, 2063,54 ABŞ dolları məbləğində faiz və 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1.122.186,69 ABŞ dolları məbləğində borcun öhdəliklər icra edilən zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə icra olunmasının müəyyən edilməsi, Cavabdeh1 məxsus - Ağcabədi şəhəri, X8 küçəsində mülkiyyətdə olan 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi, 929,9 kv.m əsas, 358,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazasının) orta bazar qiymətinin 650.000 (altı yüz əlli min) manat, Ağcabədi şəhəri, X8 küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı, 89,4 kv.m yaşayış, 243,7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 108 nömrəli fərdi yaşayış evinin orta bazar qiymətinin 70.000 (yetmiş min) manat, Ağcabədi şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 903,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, anbar təyinatlı qeyri-yaşayış binasının orta bazar qiymətinin 120.000 (bir yüz iyirmi min) manat, X.ndə mülkiyyətdə olan 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 5 girişli, 441,7 kv.m ümumi, 310,6 kv.m əsas, 131,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasınıin (mağazanın) ilkin satış qiymətinin 220.000 (iki yüz iyirmi min) manat müəyyən edilməsi, Ağcabədi rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(047)714/ 2017 saylı qətnaməsinin qalan hissədə dəyişdirimədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yuz qırx beş) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ilkin iddia tələbi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və xidmət haqqı ilə bağlı ödənilmiş 84 manatın cavabdehlərdən tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
30. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Ağcabədi rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(047)714/2017 saylı qətnaməsi ilə cavabdehlərdən tutulması qət edilmiş borc məbləğinin öhdəliklər icra edilən zaman üçü n Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə icra edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən apelyasiya qaydasında mübahisələndirilən qətnamə üzrə tərəf ipoteka predmetinə yönəldilsə də, qətnamədə ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Apelyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyi əsas götürülməklə ipoteka predmetlərinin açıq hərracdan ilkin satış qiyməti rəyə müvafiq olaraq müəyyən edilməlidir. Həmçinin mülki iş materiallarına birləşdilmiş olan İddiaçı2 və Cavabdeh3 cavabdehlər “xxxx” QSC-yə və Cavabdeh1 qarşı “əqdin etibarsızlığı” tələbinə dair Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin X4 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti i şin yuxarıda müəyyən edilmiş hallarına əsasən əsassız olması, apelyasiya baxışı zamanı bir daha özünün təsdiqini tapmışdır, odur ki, qeyd edilən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
31. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən verilmiş rəylə Cavabdeh1 müraciət əsasında müstəqil qaydada aldığı ekspert rəyi arasında ciddi fərq vardır və "xxxx" MMC tərəfindən rəy ipoteka müqaviləsində göstərilmiş məbləğlər nəzərə alınmaqla verilmiş, 10-11 il əvvəl ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş qiymətlər əsasında formal olaraq təyin edil mişdir. Təkrar ekspertizanın əhəmiyyəti ondan ibarət idi ki, cavabdehin hazırda həmin borcu nağd qaydada birdəfəyə ödəmək üçün maddi imkanı yoxdur. Lakin cavabdeh əmlakları borcun qarşılığında banka təqdim etməyə hazırdır. Bunun üçün isə ilk növbədə əmlakların bu günə olan formal deyil, real bazar dəyəri müəyyən edilməli idi. Əmlakların real bazar dəyəri müəyyən edildikdən sonra, onların əmlakarı borcun müqabilində banka təhvil verilməsinə heç bir etirazları yoxdur.
32. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, Cavabdeh2 ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyə xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh1 2017-ci ildə iddiaçıya müraciət edərək bankdan götürdüyü krediti vaxtında ödəyə bilmədiyini, bank isə ona həddindən artıq faiz və cərimə məbləği hesabladığından aralarında məhkəmə mübahisəsi yarandığını demişdir. İddiaçı isə onun yalnız bir krediti barədə məlumatlı olduğundan, başqa kreditinin olması barədə məlumatı olmamış və bu təbii olaraq da əlavə sual verməmişdir. Lakin son zamanlarda məlum olmuşdur ki, onun xəbəri olmadan Cavabdeh1 ilə «xxxx» QSC arasında sonradan bir neçə kredit razılaşması bağlanmış və bank tərəfindən ona külli miqdarda kredit verilmişdir. Belə ki, həmin müqavilələr bağlanan zaman Cavabdeh2 razılığı alınmamışdır, onun bu barədə ümumiyyətlə məlumatı olmamışdır. Kredit Xətti müqaviləsində isə faiz dərəcəsi göstərilmədiyindən onun zamin kimi götürdüyü risk də yalnız gələcəkdə bağlanacaq müqavilələrdə ona bildirilməli idi. Buna görə də, Cava bdeh2 məlumatı olmadan Cavabdeh1 ilə «xxxx» QSC arasında bağlanılmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir.
33. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və tələbin ipoteka predmetlərinə yönəlməsi hissəsində iddianın təmin olunmamasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qanunun tələbinə zidd olaraq, Cavabdeh3 ilə əlavə ipoteka müqaviləsi bağlanılmamışdır. Əlavə ipoteka müqaviləsinin bağlanılmamasına yalnız o halda yol verilə bilərdi ki, ən azı kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildiyindən həmin əqdi Cavabdeh3 da imzalayaraq iradəsini ifadə etmiş olardı. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X, kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
36. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
38. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmada n daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
39. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
40. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququ na malikdir.
41. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
42. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
43. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə al araq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
44. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
45. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
46. Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
47. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında”Azərbaycan Respubl ikasının Qanunu:
49. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
50. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
51. Maddə 34.1.2. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
52. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin sat ış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
53. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
55. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdiyi hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
63. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit razılaşmaları üzrə öhdəliyini icra edərək göstərilən məbləğlərdə pul vəsaitlərini Cavabdeh1 borc vermişdir. Tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş qrafiklərində razılaşdırmışlar. Buna baxmayaraq Cavabdeh1, borcunu vaxtında qaytarmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş v ə bankın tələb hüququ meydana gəlmidir. Belə olan halda, iddiaçının borc məbləğlərinin tutulması və ipoteka predmetlərinə yönəldilməsi tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının (§ 39-40, 42-43, 47-48, 50-51) dispozisiya şərtləri ilə uzlaşır. Ona görə də, həmin iddia tələblərinin təmin edilməsi qanuni və əsaslıdır, həmin hissələrdə kassasiya şikayətləri təmin edilə bilməz.
64. Məhkəmə kollegiyası Cavabdeh3 ipotekaya razılıq versə də, sonradan kredit razılaşmalarına edilmiş dəyişikliklərlə bağlı razılığının alınmamasına dair mövqeyini əsaslı saymır. Ona görə ki, təminat verilən öhdəliyin həcmi ipoteka qoyan şəxs üçün aydın olmalıdır. Hazırkı işdə isə ipoteka qoyan Cavabdeh3 deyil, Cavabdeh1dur. Sonuncu, kredit razılaşmaları və onlara edilmiş dəyişikliklər üzrə əsas borclu olduğ undan öhdəliyin həcmi ona məlum olmuşdur. Bu baxımdan ipotekaların bağlanmış sayılması və təminat verilmiş öhdəliyin həcmi ilə bağlı hüquqi maneə (o cümlədən ipotekaların etibarsızlığı halı) mövcud deyil. Cavabdeh3 isə ipoteka qoyan şəxsin arvadı kimi daşınmaz əşyaların yüklü edilməsinə razılıq vermiş şəxsdir. Belə razılıq Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbi baxımından ipoteka müqavilələrin etibarlı sayılması üçün kifayət edir. Başqa sözlə, ipotekaya razılıq verən arvada (ərə) öhdəliyin həcminin bəlli olması, bunun dəyişməsi zamanı razılıq verənin məlumatlandırılması kimi məcburi qaydalar mövcud deyil. Razılıq verən öhdəliyin həcmindən asılı olmayaraq mövcud və ya gələcəkdəki öhdəliyə təminat üçün razılığını bildirə bilər. Bu razılıq üçün öhdəliyin həcmi hüquqi baxımdan əhəmiyyət k əsb etmir. Odur ki, Cavabdeh3 öhdəliyin həcminin dəyişməsinə istinadən ipoteka müqavilələrinin etibarsız olması və ipoteka predmetlərinə yönəltmənin qanunsuz sayılması barədə mövqeyi əsassızdır. Ona görə də, Cavabdeh3 kassasiya şikayəti təmin edilməməlidir.
65. Bununla belə, Kollegiya Cavabdeh1 kassasiya şikayətinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin yenidən araşdırılması ilə bağlı dəlillərini əsaslı hesab edir.
66. Belə ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri mübahisəli olduğundan onların qanunvericiliyə uyğun qaydada müəyyənləşdirilməsi (§ 49-52) mühüm əhəmiyyət kəsb edir.
67. Hazırkı işdə apelyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinə dair müstəqil qiymətləndiricinin hesabatlarını əldə etsə də, Cavabdeh1 sözügedən qiymətləri mübahisələndirmişdir. Belə ki, o, apelyasiya baxışında yazılı vəsatət verərək, ipoteka predmetlərinin bazar dəyərinin daha yuxarı olmasına dair müstəqil ekspert rəyinə istinad etmiş, həmin məlumatlarla “xxxx” MMC-nin verdiyi rəy arasında ciddi fərqlərin mövcudluğunu vurğulamış və iş üzrə təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
68. Bununla yanaşı, Cavabdeh1 “xxxx” MMC tərəfindən 650.000 manat məbləğində qiymətləndirilmiş C1 və üzərində yerləşən 8 girişli, 1288,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazasının) dəyərinin X4 Palatasının xx.xx.2017-ci il tarixli, xx/xx-1018 saylı məktubuna əlavə edilmiş çıxarışda 995.728,5 manat olaraq göstərildiyini bildirmişdir.
69. Bütün bunlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunması üçün vəsatətdə göstərilən xüsusatları araşdırmamış, hansı səbəbdən onları qəbul etmədiyini və təkrar ekspertiza keçirmədiyini əsaslandırmamışdır. Bununla da, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına riayət edilməmişdir (§ 54-58). Odur ki, iş üzrə ipoteka predmetlərinin ilkin satış qiymətinin obyektiv şəkildə müəyyənləşdirilməsi üçün tərəflərə lazımi şərait yaradılmalı, əldə edilmiş sübutlar qanunvericiliyin tələbinə uyğun şəkildə qiymətləndirilməklə məsələyə düzgün hüquqi qiymət verilməlidir.
70. Ona görə də, Cavabdeh1 kassasiya şikayəti qismən-ipoteka predmetlərinin ilkin sat ış qiymətlərinə aid hissədə əsaslı sayılmaqla, həmin hissələrdə qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
71. Kollegiya, Cavabdeh2 kassasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçı “xxxx” QSC, ona qarşı tələblərini Cavabdeh2 zamin olması barədə qeyd edilən zaminlik müqaviləsinə əsaslanmaqla irəli sürmüşdür.
72. Məlum olduğu kimi, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (§ 44).
73. Nəzərə alınmalıdır ki, müqavilə dedikdə, tərəflərin arzu edilən hüquqi nəticə əmələ gətirmək üçün bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Zaminlik də kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yegan ə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur.
74. Əvvəla, zaminlik, səbəbə bağlı bir hüquqi əməliyyat olub, etibarlılığı söykəndiyi hüquqi səbəbin (əsas öhdəliyin) keçərli olmasından asılıdır. Zaminlik, şəxsi təminat vermə məqsədinə uyğun olaraq, ancaq zamin durula bilən, yəni hüquqən t anınan və müəyyən olan bir əsas öhdəlik olduqda yaranır, varlığını davam etdirir və əsas öhdəliyin aradan qalxmağı ilə birlikdə bitir (MM, maddə 477.0.1).
75. Bundan əlavə, zaminlik müqaviləsinin keçərli (etibarlı) olması üçün onun yazılı şəkildə bağlanması (MM, maddə 471), tərtib edilən müqavilədə kreditorun və əsas borclunun adları, əsas öhdəliyin məzmunu, həcmi və hüquqi səbəbinin aydın şəkildə göstərilməsi (yaxud müəyyən edilə bilən olması) vacibdir. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarı). Bu ha llar, zaminlik müqaviləsinin etibarlı olması (hüquq və öhdəlik əmələ gətirməsi) üçün zəruri olan mühüm şərtlərdir. Başqa sözlə, həmin şərtlər əks olunmadan tərtib edilmiş zaminlik müqaviləsi onun tərəfləri üçün hüquq və öhdəlik yarada bilməz.
76. Mülki Məcəllənin 472.2-ci maddəsi, zaminin borclu ilə birgə daşıdığı məsuliyyətin həcmi üçün faiz dərəcəsini xüsusi olaraq nəzərdə tutmuşdur (§ 45).
77. Müqavilənin arzu edilən hüquqi nəticəni yaratması üçün tərəflərin zəruri olan mühüm şərtlər barədə razılığa gəlmələri Mülki Məcəllənin 405.1-ci maddəsində açıqca təsbit olunmuşdur. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (§ 41).
78. Göründüyü kimi, bəzi müqavilələrin (o cümlədən zaminlik müqaviləsinin) yazılı bağlanması və orada mühüm şərtlərin əks olunması əqdin forma şərtidir.
79. Kredit müqaviləsi üzrə faiz dərəcəsinin müqavilənin mühüm şərti olmasını, eləcə də kredit öhdəliyinə şəxsi təminat verən zaminin məsuliyyətinin həcminin müəyyən edilə bilməsi üçün mühüm şərtlərin müqavilədə göstərilməsi zərurətini Konstitusiya Məhkəməsi də xx.xx.2018-ci il tarixli qərarında vurğulamışdır. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, ...zaminlik müqaviləsinin bağlanması üçünkredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələ cək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlarkredit xətti müqaviləsində dəqiq göstərilməlidir....kredit müqaviləsinin mühüm şərtlərinəkreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır”.
80. Baxılan işdə isə xxxx” QSC ilə əsas borclu Cavabdeh1 arasında bağlanmış kredit xətti, habelə Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrində kreditin maksimum məbləği və müddəti qeyd olunsa da, ona tətbiq olunan faiz dərəcəsi göstərilməmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış kredit razılaşmalarında isə faktiki verilən kreditlərin konkret məbləğləri, müddətləri, faiz dərəcələri şərtləşdirilsə də, əsas öhdəliyin bu həcmi barədə zamin məlumatlandırılmamış, konkretləşdirilmiş məbləğlər zaminlə razılaşdırılmamışdır. Başqa sözlə, nə kredit xətti, nə zaminlik müqavilələrində müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilməmiş, nə də faktiki verilmiş kredit üzrə razılaşmalar (məbləğ, faiz, müddət, ödəniş qrafiki və s.) zaminə imzalatdırılmamışdır. Bu hallar ona dəlalət edir ki, tərəflər arsında bağlanmış zaminlik müqaviləsində zaminin təminat vermək istədiyi əsas öhdəliyin həcmi dəqiq və aydın olmamışdır.
81. Kollegiya onu da vurğulayır ki, hətta bu hal nəzərə alınmasa belə, zaminlik müqaviləsi ilə təminat verilən kredit xətti üzrə razılaşmalara edilmiş dəyişikliklərin Cavabdeh2 zaminliyinə təsirinə hüquqi qiymət verilməlidir.
82. Hazırkı işin faktiki ha llarından görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit razılaşmalarına 2015-ci ilin müxtəlif aylarında müvafiq dəyişikliklər edilmişdir.
83. Məlum olduğu kimi zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə bütövlükdə xitam verilir (§ 46).
84. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən həm kredit xətti, həm də zaminlik müqaviləsində faiz dərəcəsinin göstərilməməsinə, kredit razılaşmaları ilə konkretləşdirilmiş öhdəliyin həcminin zaminlə razılaşdırılmamasına, kredit razılaşmalarına edilmiş dəyişikliklərin zaminin məsuliyyətini ağırlaşdırıb-ağırlaşdırmadığına hüquqi qiymət verilməklə Cavabdeh2 qarşı yönəlmiş iddia tələbləri həll edilməlidir. Ona g örə də, qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməklə, iş həmin hissədə də yeni apellyasiya baxışına qaytarılmalıdır.
85. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin olunmasın. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının XXXXX nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə və Cavabdeh2 aid hissələrdə ləğv edilsin, iş həmin hissələrdə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.