Məhkəmə qərarları › İş №2(102)-4874/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4874/2021

12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4874/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Fərhad qızının Cavabdeh Nəriman oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4874/21 (Açar sözlər: aliment tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı: İddiaçı Fərhad qızının vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)3401/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı Fərhad qızı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı ilk iddia qaldıraraq, İsmayıllı Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişərək birgə nikahlarından 09 iyun 2006-cı ildə doğulmuş X5 Rüstəm qızı və 03 yanvar 2009-cu ildə doğulmuş X6 Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi və bu məbləğ 2020-ci il “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdən az olduqda tutulan alimen tin 170 manat sabit pul məbləğinə çatdırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə iddiaçıya qarşı qarşılıqlı iddia verərək, İsmayıllı Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat alimentin məbləğinin 50 manata endirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.A.Xəlilov) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, tərəflərin birgə nikahından 09 iyun 2006-cı ildə doğulmuş X5 Rüstəm qızı və 03 yanvar 2009-cu ildə doğulmuş X6 Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 170 man at olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi və miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 29 avqust 2005-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 09 iyun 2006-cı ildə X1 və 03 yanvar 2009-cu ildə X2 adlı iki uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan İsmayıllı Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və hər iki uşağın iddiaçının yanında saxlanılması və 15 may 2017-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay, hər uşağa görə 50 manat olmaqla sabit pul məbləğində alimentin tut ulub uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçıya verilməsi qət edilib. Göründüyü kimi tərəflər arasında alimentin ödənilməsi barədə saziş yoxdur və məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olub. Belə ki, uşaqların maddi və mənəvi tələbatında kifayət qədər artım olub. Ona görə də iddiaçının tələbi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi üçün əsaslar əmələ gəldiyindən, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə hər ay tutulacaq alimentin miqdarı cəmi 340 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh ap ellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, alimentin miqdarının 50 manata azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanov və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının təl əblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 78.2, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, alimentin miqdarının hər uşağa görə 50 manata, ümumilikdə 100 manata azaldılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olma yan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh və vəkili Vəkil2 Vəlyyədin oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlan ması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qət namənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün ə sasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 29 avqust 2005-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 09 iyun 2006-cı ildə X1 və 03 yanvar 2009-cu ildə X2 adlı iki uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan İsmayıllı Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və hər iki uşağın iddiaçının yanında saxlanılması və 15 may 2017-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay, hər uşağa görə 50 manat olmaqla sabit pul məbləğində alimentin tutulub uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçıya v erilməsi qət edilib. Hazırda iddiaçı, İsmayıllı Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişərək birgə nikahlarından 09 iyun 2006-cı ildə doğulmuş X5 Rüstəm qızı və 03 yanvar 2009-cu ildə doğulmuş X6 Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi və bu məbləğ 2020-ci il “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdən az olduqda tutulan alimentin 170 manat sabit pul məbləğinə çatdırılmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib düzgün olaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşa q hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Hazırki halda tərəflər arasında alimentin ödənilməsi barədə saziş yoxdur və İsmayıllı Rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində kifayət qədər dəyişiklik olub. Belə ki, uşaqları n maddi və mənəvi tələbatında kifayət qədər artım olub. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirərək cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə tutulacaq alimentin miqdarını 170 manat olmaqla, cəmi 340 manat müəyyən etməklə düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki ailə münasibətlərinə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi eyni zamanda cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-3401/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar