Məhkəmə qərarları › İş №2(102)-4875/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4875/2019

18.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4875/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçılar x1nın və x2 vəkili Əsədov Samir Ağaəli oğlunun, cavabdeh x3nun və vəkili Əliyev Emil Namiq oğlunun iştirakı ilə, cavabdeh x3nun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(075)-372/2018 saylı qətnaməsi ilə (hakim: E.Mehdiyev) iddiaçılar x1 və x2 cavabdeh x3 qarşı pulun geri qaytarılması tələbin ə dai r iddiаsı qismən təmin edilərək cavabdeh x3ndan 4364 manat alınaraq iddiaçı x1na verilməsi, cavabdeh x3ndan 1200 manat alınaraq iddiaçı x2 verilməsi qət edilmiş, iddia tələbi qalan hissəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 2(107)-1170/2018 saylı qətnaməsi ilə (hakimlər: M.Əsədli, İ.Quliyev və Ə.Məcidov) Şəki Rayon Məhkəməsinin 08 feral 2018-ci il tаrixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh x3ndan 4364 manat alınaraq iddiaçı x1na verilməsi, cavabdeh x3ndan 1200 manat alınaraq iddiaçı x2 verilməsinə dair iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 19 noyabr 20 18-ci il tarixli, 2(102)-7328/2018 saylı qərarı ilə (hakimlər: Ə.Rüstəmov, Ə.Nurməmmədov və Q.Allahverdiyev) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının21 iyun 2018-ci il tarixli qətnaməsi - cavabdeh x3ndan 4364 manat alınaraq iddiaçı x1 verilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2(107)-771/2019 saylı qətnaməsi ilə (hakimlər: E.Hüseynov, A.Mahmudov və V.Məlikov) Şəki Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(075)-372/2018 saylı qətnаməsi cavabdeh x3ndan 4364 manat alınaraq iddiaçı x1na verilməsinə dair hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2(107)-771/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar x1 və x2 cavabdeh x3 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh x3ndan 4364 manat pulun alınaraq x1na, x3ndan ünvan 1 tikinti işlərinin aparılmasına görə ödəmədiyi 1200 manat pulun, Ağ şəhər layihəsində aparılmış tikintiyə görə ödəmədiyi 1100 manat pulun və 750 ABŞ dolları pulun alınaraq x2 verilməsi, müqavilə öhdəliyi üzrə dəymiş zərərə görə cavabdeh x3 6200 manat, 972 manat 86 qəpik, 17900 manat pulun alınaraq x1na verilməsi, mənəvi zərərə görə 10000 manat pulun və ödədikləri 30 manat dövlət rüsumunun alınaraq onlara veril məsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Memarlıq fakültəsinə daxil olmuş, 2013-cü ildə həmin universiteti bitirmişdir Bundan sonra ixtisası üzrə çalışmışdır. 2016-cı ildə x4 adlı şəxslə tanış olmuş və ondan Nardaran qəsəbəsində yerləşən bağ evinin tikinti işlərinin sifarişini qəbul etmişlər. Belə ki, Nardaran qəsəbəsində yerləşən həmin bağ evinin beton işlərinin sifarişini qəbul etdikdən sonra həmin işi o, x2 və cavabdeh x3 birgə icra etməli olmuşlar. Yəni aralarında olan razılığa əsasən onlardan hər üçü sifarişi birgə icra etməklə xeyirə və ziyana görə bərabər cavabdehlik daşımışlar. Həmin tikinti işlərinin icrası məqsədi ilə x4in həyat yoldaşı x5 müəllimdən 63000 manat pul almışlar və x4lə x3nun arasında 53000 manat pulun borc verilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin x3 bağlanmasına həmin vaxt onun sənədinin olmaması səbəb olmuşdur. x5dən pulu qəbul etdikdən sonra tikinti işlərinin aparılmasını x6 adlı iş icraçısı ilə razılaşdırmışlar. Razılığın nəticəsi üzrə x6ə hissə-hissə 55.700 manat pul vermişlər Lakin sonradan x6in keyfiyyətsiz materiallardan istifadə etməklə tikinti işlərini aparması müəyyən edilmişdir. Bu səbəbdən də Əbdürəhimlə aralarında mübahisələri yaranmış, nəticədə Bərdə Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırılmışdır. Aralarında olan razılığa əsasən onlar qəbul etdikləri iş üzrə əvvəldən axıra qədər birgə hərəkət etməli olduqları halda x3 sonradan işə etinasız yanaşmış, o və x2 x6də n vurulmuş ziyanın alınması istiqamətində birgə hərəkət etsələr də x3 bu işdə onlara heç bır köməklik göstərməmiş, hətta onlarla əlaqəni kəsmişdir. Halbuki birgə fəaliyyət göstərdikləri dövrdə o, x3 ayrıca 4364 manat pul vermiş, ilham yazılı sənəd verərək həmin pulun qaytarılmasını öhdəsinə götürsə də vədinə əməl etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2(107)-771/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Cavabdeh x3 və vəkili Əliyev Emil Namiq oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçılar x1nın və x2 vəkili Əsədov Samir Ağaəli oğlukassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş birinci tərəf x3 ilə ikinci tərəf x1 və x2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli öhdəlik müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində tikiləcək iki mərtəbəli bağ evinin beton işləri üçün birinci tərəf sifarişçi x7 ilə ikinci tərəf icraçı x3 arasında 03.09.2016-cı ildə bağlanmış müqaviləyə əsasən icraçı x3nun sifarişçi qarşısında götürdüyü öhdəliyə şərik olmaq barədə: birinci tərəf x3 olaraq 03.09.2016-cı il tarixi x7 ilə yuxarıda göstərilən ünvanda iki mərtəbəli bağ evinin beton işlərinin görülməsi üçün öhdəlik götürür. Sifarişçi ilə bağladığı müqaviləyə əsasən aldığı zəhmət haqqını bərabər qaydada x1 və x2 çatacağından yaranacaq problemlərə, çatışmazlıqlara və bundan sonra yaranacaq hər hansısa məsələlərin cavabdehliyinə və ona dəyəcək maddi və mənəvi ziyana şərikdirlər və onlar eyni dərəcədə məsul olmalıdırlar. İkinci tərəf olaraq x1 və x2 olaraq birinci tərəf x3nun tələbini, yəni Nardarandakı iki mərtəbəli bağ evinin tikintisi zamanı sifarişçi x7 qarşısında götürülmüş öhdəliklərə bütünlüklə şərikdirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar x1, x2 və cavabdeh x3 tikinti işlərində şərik işləmələri ilə bağlı öz aralarında razılığa gəlmişlər, hətta onlar Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində tikiləcək iki mərtəbəli bağ evinin beton işləri üçün şərik olmaları ilə bağlı aralarında 01 dekabr 2016-cı il tarixli öhdəlik müqaviləsi bağlamışlar. Lakin, sonradan cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçılar hazır ki tələblə məhkəməyə müraciət etmişlər. Öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edən Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc ala n) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunun qeyd olunan normasından da göründüyü kimi hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olubolmaması yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və cavabdeh x3nun 02 noyabr 2017-ci il tarixdə yazdığı və imzaladığı iltizamda göstərilmişdir ki, onun x2 Mado dondurma layihəsində 1200 manat borcu vardır. Həmin borc müqabilində dəyəri 600 manat olan 2 ədəd layihə işləməsini öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş və cavabdeh x3nun yazdığı və imzaladığı iltizamda göstərilmişdir ki, x1 tərəfindən Sabunçu rayonu, Nardaran Qəsəbəsində yerləşən 2 mərtəbəli bağ evinin inşası və tikintisi üçün aldığı 4364 manatı İran İslam Respublikasının vətəndaşı x2 Nardaran qəsəbəsində tikiləcək iki mərtəbəli bağ evi üçün aldığı 2730 manatı təqdim etdikdən sonra x1na özü tərəfindən təqdim ediləcəkdir. Aldığı 4364 manatın 2564 manatını Əli vəkili adlı şəxsə İnfiniti klubunun tikintisi üçün material və usta puluna ödəniş etmişdir. Qalan 1800 manatı avans olaraq almışdır. Cavabdeh x3nun yazdığı və imzaladığı iltizamla x1 tərəfindən ona Sabunçu rayonu, Nardaran Qəsəbəsində yerləşən 2 mərtəbəli bağ evinin inşası və tikintisi üçün aldığı 4364 manat pul verildiyini etiraf etmişdir. Həmin iltizamda cavabdeh x3 x2un Nardaran qəsəbəsində tikiləcək iki mərtəbəli bağ evi üçün aldığı 2730 manatı təqdi m etdikdən sonra x1na olan borcunu verəcəyini, 4364 manatın 2564 manatını Əli vəkili adlı şəxsə İnfiniti klubunun tikintisi üçün material və usta puluna ödəniş etdiyini bildirsə də, onun göstərdiyi bu hallar onun iddiaçı x1na olan 4364 manat borcunun ödənilməməsi üçün əsaslı hesab edilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi cavabdeh x3ndan 4364 manat alınaraq iddiaçı x1 verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh x3 onun iddiaçılara borcunun qalmadığını bildirsə də, o, etirazının əsası kimi onun iddiaçı x1ndan aldığı, onun yazdığı iltizamlarda qeyd edilən borc məbləğlərinin iddiaçıya qaytarılması hər hansı bir şəkildə sübut yetirilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsin də işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x3nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar