Məhkəmə qərarları › İş №2(102)-4877/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4877/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4877/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları

1. İddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank tərəfindən borcalana 300 manat məbləğində kredit xətti açılmışdır. 2. xx xxxxxxxx 2015-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 26 faizlə 24 ay müddətinə 9.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi ilə borclunun istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilmişdir.

3. İddiaçı bildirir ki, borcalan onunla bağlanmış kredit müqavilələrinin şərtlə rini pozaraq üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir.

4. Cavabdeh isə ödənilməmiş borc məbləğləri ilə razılaşmamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 5. “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx xxx 2014-cü tarixli 109.LN.3111.070514.R.00021 saylı kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə 236,13 manat əsas borc, 11,83 manat faiz borcu, cəmi 247,96 manat borcun, habelə xx xxxxxxxx 2015-ci il tarixli 109.LN.1609.090915.R.00001 saylı istehlak krediti müqaviləsi üzrə 5453,97 ABŞ dolları əsas, 907,23 ABŞ dolları faiz olmaqla, cəmi 6361,20 ABŞ dolları borcun və 30,0 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasmı xahiş etmişdir.

6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim F.Mirabov) 11 oktyabr 208-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), Ə.Abdullayev və Ç.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(104)968/19 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi Cavabdeh1 xx xxx 2014-cü tarixli 109.LN.3111.070514.R.00021 saylı kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə 236,13 manat əsas borc, 11,83 manat faiz borcu, cəmi 247,96 manat borcun “xxxx” ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu 8283,42 ABŞ dolları müəyyən edilmişdir. Həmin müqavilə üzrə əsas borc tələbi 545 3,97 ABŞ dolları, faiz borcu tələbi 907,23 ABŞ dollarıdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

10. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən apelyasiya şikayətində göstərilən hallar nəzərə alınmamış, həmçinin məhkəmə işə baxarkən cavabdehlərin iştirakını təmin etməmişdir. Əgər Cavabdeh3 iştirakı təmin edilsəydi, o, məhkəmə iclasında təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verəcəkdi.

12. Cavabdeh1 kassasiya şikayət i verərək qətnamənin apelyasiya şikayətinin təmin edilməməsi hissəsini ləğv, həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixli problemli kreditlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, onun borcu 8.906,39 manat müəyyən edilərsə, ondan 6.361,20 ABŞ dolları məbləğində pul tutulmasını qüvvədə saxlanması məhkəmə qətnaməsinin əsassızlığını sübut edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdil ər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

18. Maddə 470.1 və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra e tmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə cavabdehlərin kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya baxışının predmeti olan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 27. xx xxxxxxxx 2015-ci il tarıxli 109.LN.1609.090915.R.00001 saylı istehlak krediti müqaviləsindən görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən borcalana illik 26 faizlə 24 ay müddətinə 9.000 (doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir.

28. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş qrafikdən) görünür ki, Cavabdeh1 ona verilmiş kreditin əsas məbləğinin və ondan istifadə edilməsinə görə hesablanmış faizlərin ödənilməsi qrafiki üzrə hər ayın 09-dan gec olmayaraq, hər ay dəyişilməz olaraq 484,87 ABŞ dolları məbləğində ödəniş etməli idi.

29. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx xxxxxxxx 2015-ci il tarixli 109.LN.1609.090915.R.00001 saylı istehlak krediti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. 30. 2x xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2015ci ıl tarixli 109.LN.1609.090915.R.00001 saylı kredit müqaviləsinə əsasən 5453,97 ABŞ dolları əsas, 907,23 ABŞ dolları faiz, cəmi 6361,20 ABŞ dolları borcu vardır.

31. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyində göstərilir ki, -xx xxxxxxxx 2015-ci il tarixli 109.LN.1609.090915.R.00001 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu 8283,42 ABŞ dolları (əsas borc üzrə 6077,98 ABŞ dolları, faiz borcu üzrə 2205,45 ABŞ dolları) təşkil edir.

32. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə əsas kredit borcunun və əsas borca hesablanmış faiz borcunun müştərək qaydada cavabdehlərdən tutulması əsaslıdır.

33. Belə ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx xxxxxxxx 2015ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu 8283,42 ABŞ dol ları (əsas borc üzrə 6077,98 ABŞ dolları, faiz borcu 2205,45 ABŞ dolları) müəyyən edilmiş olsa da, həmin kredit müqaviləsi üzrə iddia tələbinin əsas kredit borcu hissəsində 5453,97 ABŞ dolları, faiz borcu hissəsində 907,23 ABŞ dollarından ibarət olduğunu nəzərə alaraq kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin müqaviləyə əsaslanan tələblər üzrə düzgün nəticəyə gəlmişdir.

34. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə tələb edilən borcun məbləğləri mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq edildiyindən, bu müqavilə üzrə bankın tələbləri yuxarıda qeyd olunan maddi hüquq normaları (§17-20) çərçivəsində əsaslıdır. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edi lməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar