Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4879/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh1 və Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 və Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqаviləsinin ləğvi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kedit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə Mingəçevir rayon məhkəməsinə müraciət etmişdir. Mingəçevir rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Kərimova, iş 2(051)-37/2018) iddiа qismən təmin olunmuş, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 15031-0016//305084 saylı kredit limiti müqaviləsi və 09 fevral 2015-ci il tarixli 15031-0026/305084 saylı kre dit xətti müqaviləsinin ləğv olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.01.2015-ci il tarixli 15031-0016//305084 saylı kredit limiti müqaviləsi üzrə 61932 (altmış bir min doqquz yüz otuz iki) manat əsаs kredit bоrcu, 9447.40 (doqquz min dörd yüz qırx yeddi dollar qırx sent) manat fаiz bоrcu, 125 (bir yüz iyirmi beş) manat cərimə borcu olmaqla ümumilikdə 71504.40 (yetmiş bir min beş yüz dörd manat qırx qəpik) manat kredit bоrcunun və 09.02.2015-ci il tarixli, 15031-0026/305084 saylı kredit xətti müqaviləsi üzrə 6361.74 (altı min üç yüz altmış bir dollar yetmiş dörd sent) ABŞ dolları əsas borcu, 1712.13 (bir min yeddi yüz on iki dollar on üç sent) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 8073.87 (səkkiz min yetmiş üç dollar səksən yeddi sent) ABŞ dollarının qətnamə i cra olunduğu günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 mаnаtın, notariat xərci olan 41 (qırx bir) manatın cаvаbdehlərdən аlınаrаq “xxxx” ASC-yə ödənilməsi, pulun tutulmasının ipoteka ilə yüklənmiş mənziləyönəldilməsi, cаvаbdeh Cavabdeh1 məxsus, ipоtekа predmeti оlаn, ilkin satış 85000 (səksən beş min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri ünvan 1 ünvanında mənzilin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 28.01.2015-ci il tarixli 150310016//305084 saylı kredit limiti müqaviləsi üzrə 61932 (altmış bir min doqquz yüz otuz iki) manat əsаs kredit bоrcu, 9447.40 (doqquz min dörd yüz qırx yeddi dollar qırx sent) manat fаiz bоrcu, 125 (bir yüz iyirmi beş) manat cərimə borcu olmaqla ümumilikdə 71504.40 (yetmiş bir min beş yüz dörd manat qırx qəpik) ma nat kredit bоrcunun və 09.02.2015-ci il tarixli, 15031-0026/305084 saylı kredit xətti müqaviləsi üzrə 6361.74 (altı min üç yüz altmış bir dollar yetmiş dörd sent) ABŞ dolları əsas borcu, 1712.13 (bir min yeddi yüz on iki dollar on üç sent) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 8073.87 (səkkiz min yetmiş üç dollar səksən yeddi sent) ABŞ dollarının qətnamə icra olunduğu günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 mаnаtın, notariat xərci olan 41 (qırx bir) manatın tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pulun cavabdehə qаytаrılması, iş üzrə ekspertizа xərci оlаn 06 noyabr 2017-ci il tarixli, 4722 saylı rəy üzrə 50 (əlli) mаnаtın və 10 oktyabr 2018-ci il tarixli, 1315 saylı rəy üzrə 145 (bir yüz qırx beş) manatı n cаvаbdeh Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-845/2019) cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Mingəçevir rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istin ad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə bağlanmış 15031-0016//305084 saylı 28 yanvar 2015-ci il tarixli kredit limiti müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 21 % ödəmək şərti ilə 63700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə bank arasında 28.01.2015-ci il tarixdə 15031-0016//305284 İ saylı İpoteka Müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 174 s aylı evin 33 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müaviləsinin ödənilməsinin təminatı olaraq digər Cavabdeh2 arasında zaminlik müqaviləsi də bağlanmışdır. Həmçinin, 09 fevral 2015-ci il tarixli 15031- 0026/305084 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə 25 faiz hesbalanmaq şərtilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində plastik kart vasitəsilə ilə kredit verilmişdir. Cavabeh Cavabdeh1 15.12.2015-ci il tarixində banka ərizə ilə müraciət edərək İddiaçı ASC ilə onun arasında bağlanmış 13031-0016/305084 saylı, 28.01.2015-ci il tarixli kredit limiti müqaviləsi üzrə ona verilmiş 63700 ABŞ dolları məbləğində olan krediti konvertasiya gününə olan 58375.94 ABŞ dolları məbləğində əsas borcun qalığını, 271.78 ABŞ dolları məbləğin də hesablanmış faiz məbləğini AZN valyutasına konvertasiya edilməsini xahiş etmişdir. Bank onun ərizəsini nəzərə alaraq 15 dekabr 2015-ci il tarixində cavabdehlə kreditin restrukturizasiyasına dair Razılaşma bağlamışdır. Bu razılaşmada kreditin illik faiz dərəcəsi 21 % dərəcəsilə 36 ay müddətinə 58375.94 ABŞ dolları əsas borcun qalığını və 271.78 ABŞ dolları faiz məbləğini kapitallaşdıraraq həmin günün mərkəzi bankının kursu ilə (kurs 1.0560) konvertasiya edilərək 63932 manat pulun ödənilməsi və kreditin banka qaytarılması üçün son müddət 14 dekabr 2018-ci il müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1, 319.3, 319.6, 385, 389.1, 390.1, 442, 462.1, 463.2 və 467-c i maddələrinin, “İpoteka haqqında” Qanunun 1.0.6, 4, 34.1.1, 34.1.2 və 47.2-ci maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. Cavabdeh1 və qeyrisi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələblərinin pozulduğuna istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, mülki işin materiallarının 150-ci səhifəsində olan ərizədə cavabdeh qeyd etmişdir ki, “mənzilin qiymətləndirilməsi ilə mübahisə yoxdur. Mənzilin yenidən qiymətləndirilməsinə zərurət yoxd ur.” Həmçinin cavabdeh apelyasiya şikayətində də ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4879/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4879/2019
12.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver