Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-488/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X7, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin nümayəndəsi X4 iştirakı ilə, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin direktoru xxxxxxxx oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9352/2019 nömrəli iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkə məsinin (hakim Ayaz Məmmədov) xx xxxx 2018-ci il tarixli, 2(004)-5151/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 MMC-dən 50500 ABŞ dolları (ödəniş günü azərbaycan manatı məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi digər Cavabdeh2 MTKya münasibətdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Namiq Cəfərov) xx xxxxxx 2018-ci il tarixli, 2(103)12602/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(004)-5151/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakim lər İlqar Xələfov- sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) xx xxxxx 2019-cu il tarixli, 2(102)-2967/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən - iddia tələbinin digər Cavabdeh2 MTK-ya münasibətdə təmin edilməməsi hissədə ləğv olunmuş və həmin hissədə iddia tələbi təmin edilərək iş üzrə yeni qətnamə çıxarılmşdır. Qətnaməyə əsasən cavabde hlər Cavabdeh2 MTK və Cavabdeh1 MMC-dən müştərək qaydada 50500 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı X5 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxx 2007-ci il tarixli müqavilə əsasında ödəmiş olduğu 50500 ABŞ dollarının ödəniş gününə manatla olan məzənnə məbləğinin, o cümlədən 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh1 MMC-nin direktoru xxxxxxxxx ilə ünvan 1 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində ümumi sahəsi 125 kvadrat metr ola n 3 otaqlı 5 saylı mənzilin hər 1 kvadrat metri 500 ABŞ dolları olmaqla, ümumilikdə 62500 ABŞ dollarına alınmasına dair müqavilə bağlamışdır. Aralarındakı razılığa əsasən mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini hissələrlə xxxxxxx və o cümlədən, onun iştirakı ilə işçisi olan xxxxxxxxx, ümumilikdə 50500 ABŞ dolları pul versə də, 2009-cu ildə tikinti işlərinin ümumiyyətlə aparılmadığını görüb pulun ödənilməsini dayandırmışdır. Dəfələrlə cavabdehlərdən tikintinin dayanması səbəbini öyrənmək, tikinti işlərinin aparılmayacağı təqdirdə pulları geri almaq istəsə də, cavabdehlər ümumiyyətlə qaçaraq gizlənmişlər. Sonradan cavabdehlər barəsində cinayət işinin istintaqının aparıldığını öyrəndiyindən aldadılması ilə bağlı istintaq orqanına müraciət etmişdir. Aparılmış istintaqın nəticələrinə əsa sən Xxxxxxx tamah məqsədilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə xxxxxxxxxxxx ilə qabaqcadan birləşib yaratdığı sabit cinayətkar qrupmütəşəkkil dəstə halında Cavabdeh1 MMC tərəfindən müvafiq icra orqanlarından icazə almadan ünvan 2 ünvanda 16 mərtəbəli bir və üç girişli 2 yaşayış binasının inşasına başlamış, satışa çıxardıqları 2 bina üzrə cəmi 317 bir, iki və üç otaqlı mənzilləri və qeyri yaşayış sahələrinə müştərilər cəlb ediblər. xxxxxxxxxxx müştərilərə həmin mənzilləri və qeyri yaşayış sahələrini təklif edərək sonuncuların bəyəndikləri əmlakları razılaşdırılmış qiymətlərə adlarına sənədləşdirəcəklərini, bu əmlaka görə bir və ya bir neçə dəfəyə ödənilən pul vəsaitlərini alıcılardan qəbul edərək xxxxxxxxxxxx çatdıracaqlarını, ödənilən pulun bir hissəsinin verilməsi müqabil ində X1 nüfuzlu tanışlarının köməyi ilə onların qanunsuz fəaliyyətinə himayədarlıq edəcəyi barədə razılığa gəlib rolları bölüşdürdükdən sonra xxxxxxxxxxxxx əvvəlcədən hazırlanmış, lakin doldurulmamış mənzillərin alqı-satqısına dair müqavilə, pul ödənilməsi haqqında maliyyə arayışları və kassa mədaxil oredrlərinin qəbzləri blanklarını öz imzası və Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edərək onlara vermiş, xxxxxxxx, bəzi hallarda isə xxxxxxxxx özü 2006-cı ilin iyun ayından 2010-cu ilin noyabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 34 a, ünvan 3 ünvanında yerləşən ofislərində müştərilərin etibarından sui-istifadə edərək, onların hər birini ayrı-ayrılıqda aldadıb, digər epizodlarla yanaşı, ona bir girişli binada 2-ci mərtəbədə yerləşən 125 kvadrat metr sahəsi olan 5 nömrəli mənzilin 62500 ABŞ dollarına satılmasına dair xx xxxxx 2007-ci il tarixli müqavilə bağlayaraq, ondan 50500 ABŞ dollarını ələ keçirərək külli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etməsi müəyyən edildiyindən o həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsində xxxxxxxxxxxx Azərbaycan Respublikası CM-nin 178.3.1-ci və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən dəymiş zərərin ödənilməsi ilə bağlı mülki iddia vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə mülki iddiası təmin edilmiş və Cavabdeh2 MTK-dan ona 50500 manat ödənilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxslərin bir çoxu kimi, ona da zərərin Cavabdeh1 MMC tərəfindən deyil, Cavabdeh2 MTK tərəfindən ödənilməsi məhkəmə qərarında onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 MTK arasında cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi ilə bağlı müqavilə bağlanmış, həmin müqavilə qüvvədədir və Cavabdeh2 MTK zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh2 MTK-nın apellyasiya şikayəti təmin edilərək mülki iddianın təmin edilməsi hissəsində icraata xitam verilmiş, zərərçəkmiş şəxslərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməklə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin məhkəmə iclasında iştirak etmədiyindən məhkəmənin nəticəsi barədə məlumatı olmamış, məhkəmənin qərarı ona təqdim edilməmişdir. H əmin qərarı o, yalnız müqavilə bağladığı vəkilin sorğusu əsasında xx.xx.2018-ci il tarixdə almışdır. Hesab edir ki, onunla müqavilə Cavabdeh1 MMC arasında bağlanmağına baxmayaraq, digər Cavabdeh2 MTK Cavabdeh1 MMC-nin öhdəliklərini öz üzərinə götürdüyündən, hər ikisi birlikdə cavabdehlik daşıyırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 MTK-nın direktoru xxxxxxxxxxxxx kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya məhkəməsinin qərar ında göstərir ki, Cavabdeh2 MTK ilə iddiaçı arasında müqavilə olmasa da, Cavabdeh1 MMC ilə müqavilə bağlamaqda kooperativin məqsədi, o cümlədən iddiaçının pozulmuş hüquqlarının müdafiə etməkdən ibarət olmuşdur. MTK həmin müqaviləni bağlamaqla MMC-nin aldatdığı vətəndaşların əvəzi kimi onlara dəymiş zərəri ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilə MMC ilə bağlansa da MTK əslində, MMC-nin iddiaçılar qarşısında yaranmış öhdəliklərini öz üzərinə götürmüşdür. Baxmayaraq ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 MTK arasında belə bir müqavilə ümumiyyətlə yoxdur. Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırki, mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması,zərəri n öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin arasında səbəbli əlaqənin olmas, zərər vuranın təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki, işdə də Cavabdeh2 MTK-ya aid hissənidə bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı onunla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədə istfnad edərək hazırkı iddianı irəli sürmüşdür. Lakin həmin müqavilə üzrə mənzilin təhvil verilməsi öhdəliyi Cavabdeh1 MMC-yə aid olmuş və iddiaçı da müqavilədə nəzərdə tutulmuş ABŞ dollarını həmin MMC-yə ödəmişdir.Göründüyü kimi həmin müqavilə üzrə Cavabdeh2 MTK-nın heç bir öhdəliyi və bundan asılı olaraq öhdəliyin pozulmasına görə zərənin əvəzinə ödənilməsi vəzifəsi yaranmamışdı r.Bununla yanaşı iddiaçı bildirir ki, Cavabdeh2 MTK ilə bağlanmış yaşayış binalarına dair müqaviləyə (razılaşmaya) əsasən Cavabdeh1 MMC-nin öhdəlikləri sonradan Cavabdeh2 MTK-ya ötürülmüşdür.Buna görə də, onunla bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə üzrə Cavabdeh2 MTK cavabdehlik daşıyır və məhz o, öhdəliyin icra edilməməsi nəticəsində ona Cavabdeh1 MMC tərəfindən vurulmuş zərərin əvəzini ödəməlidir.İddiaçının həmin dəlilləri əsaslı hesab edilə bilməz.Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 688 saylı sərəncamı ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi, 18 saylı binanın yaxınlığında yerləşən 0,60 ha torpaq sahəsi yüksək mərtəbəli yaşayış binalarının tikintisinin lahiyələşdirilməsi məqsədilə icarə əsasında "Cavabdeh1" MMC-ni n istifadəsinə verilmişdir."Cavabdeh1" MMC tikinti işlərinin lahiyələndirmə mərhələsi başa çatdırmadan və lahiyə sənədləri tam həcmdə Bakı Şəhəri Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçdikdən sonra başlanmalı olduğu halda buna riayət etməmişdir.16 dövlət orqanı ilə bağlanmış tarixsiz, nömrəsiz, möhürsüz və qeydiyyatdan keçməyən müqaviləyə əsasən Cavabdeh2 MTK-nın üzərinə ancaq, mənzil verilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra Cavabdeh1 MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindən ziyan çəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə aidiyyatı dövlət qurumları ilə Cavabdeh2 MTK arasında imzalanmış razılaşmaya (müqaviləyə) əsasən Cavabdeh2 MTK özünə yaxın olan tikinti şirkətlərinin binalarında zərər çəkmiş şəxslərə ancaq 85000 kvadrat m etr mənzil sahəsi verməsini üzərinə götürmüşdür və bunu da tam icra edərək aldadılmış payçılara 85600 kvadrat metr yaşayış sahəsi vermişdir. Buna görə də Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxx 2012-ci il tarixli 121 saylı sərəncamı ilə Cavabdeh1 MMCyə verilmiş xx.xx.2008-ci il tarixli sərəncam ləğv edilmiş yə həmin sərəncam Cavabdeh2 MTKnın adına rəsmiləşdirilmiş torpaq sahəsi tikinti ilə birlikdə onun istifadəsinə, sahibliyinə verilmişdir ki, Cavabdeh1 MMC tərəfindən aldadılmış payçılarının adına yazılmış mənzillərin yeni veriləcək mənzilləri sənədləşdirə və tikintini başa çatdıra bilsin. xx xxx 2013-cü il tarixli 1(101 )-72/2013 saylı 1-ci qanuni qüvvəyə minmiş hökmün 261-ci səhifəsində göstərilmişdir ki, Cavabdeh2 MTK, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən aldadılmış payçılar a öz hesabına 85600 kvadrat metr mənzil vermişdir. Bununla da götürdüyü öhdəliyi tam yerinə yetirmişdir.Həmin hökmdən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx xxxx 2016-cı il tarixdə çıxarılmış 1 (103)-l 05/16 saylı qərarın 27-ci səhifəsində göstərilmişdir ki, Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən mənzil verilmiş şəxslərin siyahısından (cild 20, iş vərəqdə 74-111) və Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi tərəfindən imzalanaraq təsdiq olunmuş siyahıdan görünür ki, Cavabdeh2 MTK tərəfindən aldadılmış 1036 nəfər zərərçəkmiş şəxsə 86000 kvadrat metr yaşayış sahəsi təhvil verilmişdir.xx xxxx 2016-cı il tarixli qərardan zə rərçəkmiş şəxslər kassasiya şikayəti verərək, o cümlədən hazırkı iddiaçı mənzil alıcısı qismində Cavabdeh1 MMC ilə bağladıqları müqavilənin yerinə yetirilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulmasına dair şikayətləri Ali Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir.Göründüyü kimi Cavabdeh2 MTK tərəfindən əvvəlki cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış 1036 nəfərə dair götürülmüş öhdəlik tam olaraq icra edilmişdir.Müqavilənin (razılaşmanın) Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin öhdəlikləri bölməsinin 39-cu bəndində göstərilir ki, zərərçəkmişlərin yekun siyahısı Bakı Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 MTK- ya verildikdən sonra yeni müraciət etmiş şəxslər olarsa onların problemləri qanunvericiliyə uyğun şəkildə həll edilməsini üzərilərinə götürmüşdür. Bundan əlavə müqavilənin 44-cıi bəndindəki 85000 kvadrat metr məhdudiyyətin payçıların mənafeyinə zidd olmasının etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırılmışdır. Nərimanov rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)3278/2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 MTK tərəfindən 85000 kvadrat netr mənzilin verilməsi və digər əsaslara görə iddia təmin edilməmişdir. Nərimanov rayon məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bu qətnamələr və qərar onu təsdiq edir ki, Cavabdeh2 MTK üzərinə götürdüyü 85000 kvadrat metr mənzili ”Cavabdeh1” MMC-nin zərərçəkmiş şəxslərinə ödəməklə öhdəliyi tam yerinə yetirmi şdir. Cavabdeh2 MTK və adları çəkilən digər hüquqi şəxslər heç biri müqaviləyə (razılaşmaya) imza etməmişlər, nə də ki, 16 dövlət orqanı qarşısında başqa öhdəlik götürməmişlər.Bundan başqa öhdəliyin əmələ gəlməsinə dair iddiaçı ilə Cavabdeh2 MTK arasında MM-nin 386.1, 387.3 maddələrinə uyğun müqavilə bağlanmamış, lakin heç bir qanuni əsas olmadan həmin ziyanın müştərək ödənilməsi qət edilmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 Mənzil Tikinti Kooperativinin nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh Cavabdeh1 MMC-nin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh1 MMC-nin direktoru Elxan Hüseynov ilə İddiaçı arasında ünvan 1 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində ümumi sahəsi 125 kvadrat metr olan 3 otaqlı 5 saylı mənzilini 62500 ABŞ dollarına satılmasına dair xx xxxxx 2007-ci il tarixli müqavilə ba ğlanmış, iddiaçı cavabdehə bu müqavilə üzrə 50500 ABŞ dolları ödəniş etmişdir. İddiaçı hazırki tələbində həmin müqavilə üzrə ödədiyi pulu tələb edir və tələbini cavabdehlər qismində Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya yönəltmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, Cavabdeh2 MTK-ya münasibətdə iddia tələbini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin rədd edilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Cavabdeh2 MTK-ya dair hissədə rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək həmin hissədə də iddia tələbini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, C avabdeh2 MTK ilə iddiaçı arasında bilavasitə müqavilə bağlanmasa da, MTK-nın Cavabdeh1 MMC ilə müqavilə bağlamaqda məqsədi payçıların, o cümlədən iddiaçının pozulmuş hüquqlarının müdafiəsini təmin etməkdən ibarət olmuşdur. MTK həmin müqaviləni bağlamaqla MMC-nin aldatdığı vətəndaşların pozulmuş hüquqlarının əvəzi kimi onlara dəymiş zərəri ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı ilə müqavilə Cavabdeh1 MMC ilə bağlansa da, Cavabdeh2 MTK əslində Cavabdeh1 MMC-nin iddiaçı qarşısında yaranmış öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh2 MTK-ya qarşı təmin edilən hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək Cavabdeh2 MTK-ya qarşı iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini Cavabdeh2 MTK-ya dair hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlməmiş, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, həmçinin maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini Cavabdeh2 MTK-ya münasibətdə təmin edərkən MTK ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu müqaviləyə qiymət verərək belə nəticəyə gəlmişdir ki, MTK həmin müqaviləni bağlam aqla MMC-nin aldatdığı vətəndaşların pozulmuş hüquqlarının əvəzi kimi onlara dəymiş zərəri ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin əvvəlki qərarında qeyd edilmişdir ki, “məhkəmə instansiyaları MTK ilə MMC arasında bağlanmış müqavilənin iddiaçı üçün hər hansı bir hüquq, MTK üçün isə hər hansı bir öhdəlik yaratmaması barədə nəticəyə gələrkən həmin müqavilənin əldə edilib tədqiq olunmasını təmin etməmişdir. Müqavilə iş materiallarına əlavə edilmədiyindən onun tərəflər üçün hansı hüquq və vəzifələr yaratdığını və mübahisənin həlli üçün nə dərəcədə hüquqi əsas yaratdığını müəyyən etmək mümkün deyildir. Lakin MTK-nın müqavilədən sonrakı davranışı - vətəndaşlara dəymiş zərərin əksər hissəsini ödəməsi iddiaçıya tələbini eyni zamanda ona qarşı yö nəldilməsi üçün əsas vermiş və iddiaçı bu zaman aralarında yaranmış münasibətə uyğun hərəkət etmişdir.” İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, X10 Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC, “Azəriqaz” İstehsalat Birliyi və Cavabdeh2 MTK MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MTK-nın rəhbərliyi aldadılmış payçıların Cavabdeh1 MMC ilə bağla dıqları müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun 85000 kvadrat metr mənzil verməyi öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən edilir MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85000 kvadrat metr mənzil verilməsinə dair götürdüyü öhdəliyi tam icra etmişdir. Apellyasiya instansiyası məhkəməsi müqavilənin qeyd edilən bəndinə istinad edərək iddiaçının hazırki tələbi üçün Cavabdeh2 MTK-nın da öhdəlik daşıması qənaətinə gəlmişdir. Lakin qeyd edilən bənddən göründüyü kimi, MTK Cavabdeh1 MMC-nin bütün öhdəlikləri üçün deyil, zərərçəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi üçün onlara köməklik etmək məqsədilə veriləcək mənzillərin sahələrinə uyğun olaraq 85000 kvadrat metr sahədə yeni mənzillərin verilməsi barədə öhdəlik götürmüş və öhdəlik MTK tə rəfindən tam icra edilmişdir. Bu hal Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri xxxxxx və qeyriləri barəsində olan cinayət işi üzrə istintaq materialları və məhkəmə qərarları, habelə Nərimanov rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnamələri və Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarı ilə öz təsdiqini tapır. Hazırki tələbində isə iddiaçı cavabdehlərdən mənzil deyil, mənzilin alınmasına görə verdiyi pulu tələb edir. Cavabdeh2” MTK ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilədə isə MTK-nın MMC-nin öhdəlikləri ilə bağlı hər hansı bir məsuliyyət daşımasının təsbit olunması müəyyən edilmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə X6 və qeyriləri Azərbaycan Respublikası CM-nin 178.3.1-ci və 178.3.2-ci maddələri ilə təqsirləndirilərək azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş və İddiaçı mülki iddiası təmin edilərək Cavabdeh2 MTK-dan ona 50500 manat ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh2 MTK-nın apellyasiya şikayəti təmin edilərək mülki iddianın təmin edilməsi hissədə icraata xitam verilmiş, zərərçəkmiş şəxslərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməklə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh2 MTK tərəfindən əvvəlki cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış 1036 nəfərə dair götürülmüş öhdəlik tam olaraq icra edilmiş, Cavabdeh1 MMC tərəfindən aldadılmış 1036 nəfər zərərçəkmiş şəxsə 86000 k vadrat metr yaşayış sahəsi təhvil verilmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, cinayət işinin materiallarında həmin iş üzrə zərərçəkmiş şəxslərə Cavabdeh1MMC ilə aralarında bağlanmış müqavilələr üzrə dəymiş ziyanın Cavabdeh2 MTK tərəfindən ödənilməli olmasını müəyyən edən və yaxud da, təsdiq edən hər hansı bir sənəd mövcud deyil, həmin cinayət işi üzrə Cavabdeh2 MTK ümumiyyətlə cavabdeh qismində cəlb edilməmişdir. Bundan başqa işin mübahisə edilməyən halı ilə müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin direktoru xxxxxxxx ilə İddiaçı arasında ünvan 1 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində ümumi sahəsi 125 kvadrat metr olan 3 otaqlı 5 saylı mənzilini 62500 ABŞ dollarına satılmasına dair xx xxxxx 2007-ci il tarixli müqavilə bağlanmış, iddiaçı cavabdehə bu müqavi lə üzrə 50500 ABŞ dolları ödəniş etmişdir. İşin mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, tərəflər arasında olan müqavilə icra edilməmiş, müqavilənin 8.1-ci bəndinə görə mənzil təqdim edildikdən sonra öz hüquqi qüvvəsini itirir. İddiaçı hazırki tələbində həmin müqaviləyə istinad edərək mübahisəli mənzilin alınması üçün verdiyi pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Lakin iddiaçı hazırki tələbində tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə tələb irəli sürməmiş müqaviləyə əsasən verdiyi pulu tələb etmiş dir ki, bu da Mülki Məcəllənin yuxarıda göstərilən normasının tələblərinə ziddir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi mübahisələndirilən hissədə rədd edilməlidir. İşə mahiyyəti üzrə birinci instansiya məhkəməsində, iki dəfə isə apellyasiya instansiyası məhkəməsində baxılmış, məhkəmə iclaslarında tərəflər iştirak etmiş, sübutlar tədqiq edilmişdir. İş üzrə biri nci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 MTK-nın direktoru xxxxxxxn kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103) -9352/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı X2 cavabdeh Cavabdeh2 MTK-ya qarşı 50500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasının təmin edilməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı X2 Cavabdeh2 MTK-ya qarşı 50500 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-488/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-488/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver