Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-488/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “pul və dəymiş zərərin əvəzinin ödənilməsi” qarşı tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin icra olunmaması ilə bağlı pul tələbi, iddia müddətinin tətbiqindən imtina, sübutetmə yükünün bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaç ı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2664/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh MMC tərəfindən tərtib olunmuş Kassa mədaxil orderinin xx xxxx 2008-ci il tarixli, 508 nömrəli qəbzinə əsasən İddiaçı tərəfindən 152 nömrəli müqavilə üzrə ödəniş qismində 162000 ABŞ dolları məbləğində vəsait MMC-yə ödənilmişdir. Cavabdeh MMC-nin xx xxxx 2013-cü il tarixli məxaric xəzinə orderində göstərilmişdir ki, mənzil haqqının qaytarılması əsası ilə 100000 manat pul məbləği MMC tərəfindən İddiaçı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Bir inci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh və iddiaçı arasında bağlanmış mənzil alqı-satqı müqaviləsinin ləğv olunması, həmin daşınmaz əmlakla bağlı müqavilə üzrə ödədiyi puldan qaytarılmamış qalan 34612 ABŞ dolları məbləğində pulun, 10 ilə hər il üçün həmin məbləğin bank uçot dərəcəsi üzrə əlavə olaraq 30000 manatın, vurulmuş maddi zərərin əvəzi olaraq 5000 manatın, mənəvi zərərin əvəzi olaraq 10000 manatın və 30 manat dövlət rüsumunun, cəmi 34612 ABŞ dolları və 45030 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsasla ndırılmışdır ki, iddiaçı 2008-ci ildə ünvan 1 ünvanında inşa edilməkdə olan çoxmənzilli yaşayış binasında mənzil almaq qərarına gələrək, binanın tikintisini aparan Cavabdeh MMC ilə xx xxxx 2008-ci il tarixdə 152 nömrəli mənzil alğısatqı müqaviləsi bağlamış və qeyd olunan ünvanda yerləşən yaşayış binasının 2 giriş, 15ci mərtəbəsində ümumi sahəsi 135 kv.metr olan 3 otaqlı mənzil ona satılmışdır. Tərəflər mənzilin hər kv.metrini 1200 ABŞ dollarına razılaşaraq, iddiaçı xx xxxxxx 2008-ci il tarixdə 162000 ABŞ dolları pulu Cavabdeh MMC-nin kassasına köçürmüşdür. Bundan sonra ona Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş və baş mühasibi tərəfindən imzalanmış 508 nömrəli “kassa mədaxil orderinin qəbzi” verilmişdir. Bir müddət yaşayış binasında tikinti işləri getmiş, 2012-ci ildə mənzillər təmirə verilmişdir. Aldığı mənzildə təmir işlərinə başlamaq istəyən zaman evi aldığı şirkətdən ona bildirilmişdir ki, guya 152 nömrəli mənzil alğı-satqı müqaviləsinə əsasən aldığı mənzilin sahəsi 135 kv.metr deyil, 159 kv.metrdir və ona görə də əlavə ödəniş edilməlidir. İddiaçı əlavə ödəniş etməkdən imtina etmiş və buna görə də mənzilin təmirinə başlaya bilməmişdir. Şirkətdən aldığı mənzili tələb etsə də, nəticə olmamış və sonra Cavabdeh MMC şirkəti ilə razılaşmışlar ki, həmin mənzil bazar qiymətinə satılsın və satışdan əldə olunan pul ona verilsin. Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, mənzil başqasına satılmışdır. Cavabdeh MMC iddiaçının nümayəndəsinin sorğusuna cavabda şirkətlə bağladığı müqavilənin mövcudluğunu etiraf etməklə yanaşı göstərilmişdir ki, guya iddiaçı tərəfindən ərizə yaz ılmaqla, adına olan mənzili və mənzil üzərində olan bütün hüquqlarını başqa şəxsin adına keçirilməsini xahiş edilmişdir. Belə bir ərizə onun tərəfindən yazılmamış və hər hansı sənədə imza edilməmişdir. xx xxxx 2013-cü il tarixdə mənzilə görə ödədiyi 162000 ABŞ dolları puldan iddiaçıya 100000 manat qaytarılmışdır. Həmin pulu tərəfindən verilmiş etibarnamə əsasında qohumu X4 almışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh MMC-nin kassasına ödədiyi pulun qalan hissəsini almaq mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində cavabdeh yazılı ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)3362 /2019 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilmiş, 44995,60 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin mübahisələndirilən hallarından biri tərəflər arasında müqavilə münasibətlərinin olub-olmamasıdır. Cavabdeh hazırki halda iddiaçı ilə aralarında müqavilənin olmasını təsdiq etməsə də, MMC-nin xx xxxxxx 2015-ci ildə təsisçilərinin dəyişmələrinə qədər müqavilənin mövcud olmuş olmasını da inkar etməmişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim olunmuş xx xxxx 2013-cü il ta rixli ərizədən də görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında Mənzil tikintisi və satışına dair xx xxxx 2008-ci il tarixli 152 saylı müqavilə olmuşdur. Ərizədən anlaşılır ki, həmin Müqavilə ünvan 2 ünvanında yerləşən yaşayış binasının 2 giriş,15-ci mərtəbəsində ümumi sahəsi 135 kv.metr olan mənzillə bağlı olmuşdur. Həmin ərizədə İddiaçı mənzili və mənzil üzərində olan bütün hüquqlarını, müqaviləni və mənzilə görə ödədiyi məbləği X1 adına keçirilməsini xahiş etmişdir. Məhkəmə icraatı zamanı bu ərizə ilə bağlı ekspertiza təyin olunmuş və ərizədəki yazıların və imza edənin İddiaçı, eyni zamanda İddiaçı Aydın oğlunun qohumu X4 tərəfindən icra olunmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, iş materiallarında olan ərizələr, kassa mədaxil və məxaric orderi, cavabd eh tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2013-cü il tarixli ərizə tərəflər arasında 2008-ci ildə mənzil tikintisi və satışına dair müqavilənin bağlanılmış olmasını müəyyən etməklə, onlar arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin mövcud olmasını sübut edir. İş materiallarında olan mədaxil və məxaric orderlərindən o nəticəyə gəlmək olar ki, iddiaçı yuxarıda qeyd olunan müqavilə ilə bağlı 162000 ABŞ dolları ödəniş etmiş, sonradan tərəflərin razılığı ilə pulun bir hissəsi (100000 manat) qaytarılmaqla, faktiki olaraq müqavilənin icrasından imtina edilmişdir. Yəni tərəflər arasında olan müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilərək tərəflərin öhdəliklərinə xitam verilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı tələbi əsassızdır, faktiki olaraq ləğv olunmuş müqavilənin məhkəmə qətnaməsi ilə yenidən ləğv edilməsinə lüzum yoxdur. Daha sonra məhkəmə hesab etmişdir ki, cavabdeh tərəflər arasında olan müqavilənin ləğv edilməsi barədə razılıqdan irəli gələn öhdəliyini icra etmədiyinə görə digər tərəfə vurduğu zərəri, yəni müqavilə üzrə aldığını qaytarmağa borcludur. Odur ki, ödənilmiş 162000 ABŞ dolları puldan qaytarılmış 127388 ABŞ dolları (100000 x 0,785 = 127388 (2013-cü il ildə olan ABŞ dollarının manata nisbətdə kursu) çıxılmaqla qalıq məbləğ, yəni 34612 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 10 illik bank uçot dərəcəsi üzrə 30000 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə istinad etməklə əldən çıxmış fayda kimi 20 13-cü ildən hesablamaqla, hər il üçün illik 5 faiz məbləğində, cəmi 10383,60 ABŞ dollarının tutulmasını əsaslı hesab etmişdir. Nəhayət 5000 manat maddi, 10000 manat mənəvi zərərin cavabdehdən tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Cavabdehin iddiaçı tərəfindən ödənilən pulun MMC-nin əvvəlki təsisçiləri tərəfindən qəbul edilməsi dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hal MMC-nin öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. Bundan başqa, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin bağlandığı 2008-ci ildən pulun bir hissəsinin qaytarıldığı 2013-cü ilə qədər daşınmaz əmlakla bağlı o lan müqavilə tələbləri üzrə 6 illik iddia müddəti ötürülməmişdir. xx xxxx 2013-cü il tarixdə isə cavabdeh pulun bir hissəsini ödəməklə borcu etiraf etməsini göstərən hərəkətlər etdiyinə görə iddia müddətinin axımı kəsilmiş və həmin tarixdən yenidən iddia müddətinin axımı başlanmışdır. Hazırki iddia tələbi isə məhkəmənin icraatına xx xxxxxx 2019-cu ildə daxil olmuşdur. Göründüyü kimi iddiaçı xx xxxx 2013-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövr ərzində 6 illik iddia müddətini ötürməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-3362/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2664/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseynin sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və V.Ə.Baxışovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)3362/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Apellyasiya şikayətinin dəlilləri cavabdehin birinci instansiya məhkəməsində ifadə etdiyi dəlilləri ilə üst-üstə d üşür və məhkəmə həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəflər arasında müqavilənin olmadığını, müqavilə münasibətlərini qəbul etmədiklərini bildirsə də, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçı ilə Cavabdeh MMC arasında alqısatqı müqaviləsinin xx xxxx 2008-ci ildə bağlandığını, iddia müddətinin də həmin tarixdən hesablanmalı olduğunu göstərmiş, həmçinin, müqavilənin 7.1 və 7.2-ci bəndlərinə istinad edərək müqavilə dəyərinin manat və dollarla müəyyən olunduğunu bildirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsini n Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2664/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia üzrə iddia müddəti ötmüşdür. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi xx xxxx 2008-ci ildə bağlanmış, həmin tarixdə də iddiaçı tərəfindən cavabdehin kassasına ödəniş edilmiş, qarşılıqlı razılaşmaya əsasən 2013-cü ildə müqavilə ləğv edilmiş və 100000 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. İddia müddəti müqavilənin bağlandığı 2008-ci ildən hesablanmalı olduğu halda, apellyasiya məhkəməsi əsassız olaraq müddətin 2013-cü ildən hesablanmalı olması qənaətinə gəlmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş pu l vəsaiti MMC-nin keçmiş faktiki rəhbəri xxx tərəfindən MMC-nin adından qəbul edilmiş və həmin vəsait onun tərəfindən MMC-nin kassasına mədaxil edilməyərək mənimsənilmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor X2 tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, 17/81 saylı akta əsasən xxx və onunla əlbir olan digər şəxslər ayrı-ayrı vətəndaşlardan mənzil satışı adı ilə xüsusilə külli miqdarda pul alaraq mənimsəmişlər. Nərimanov rayon prokuroru tərəfindən xxx və digərləri Azərbaycan Respublikası CM-in 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə fakta görə cinayət işi başlanılmış və araşdırma materialları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin istintaq idarəsinə göndərilmişdir. Odur ki, hazırkı cinayət işinin nəticəsini gözləmədən belə bir qətnamə qəbul edilməsi yol verilməzdir. Məhkəmə tərəfindən MMCnin keçmiş faktiki rəhbəri xxxin işə cəlb olunması ilə bağlı qərar qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi, üçüncü şəxs və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olma dan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozu lmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiyası məhkəməsi tərəfindən qismən təmin olunsa da, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehin şikayəti üzrə iddianın təmin olunmuş hissəsində yoxlamışdır. Kassasiya şikayətini də cavabdeh eyni dəlillərlə bağlı verdiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (s əhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən daşınmaz müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqq ında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməs ini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra e dilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr işdə olan sübutlara səlahiyyətləri çərçivəsində hüquqi qiymət verərək müəyyən etmişlər ki, iddiaçı və cavabdeh arasında MMC tərəfindən tikilən binadan mənzilin alqı-satqısına dair müqavilə m ünasibətləri mövcud olmuşdur. Belə olan halda, iddiaçı tərəfindən cavabdeh şirkətin vəzifəli şəxsinə ödədiyini pul vəsaitinə görə məsuliyyəti cavabdehin özü daşıyır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələrin iddia müddətinin tətbiqindən imtinaları Mülki Məcəllənin 373.2, 377 və 380ci maddələrinin tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəli lləri formal və əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-488/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-488/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver