Məhkəmə qərarları › İş №2(102)-488/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-488/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-488/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçınə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı müdiri Akan Akannın və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5666/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən İddiaçınə qarşı pul tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASCnin "xxxx" Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan "xxxx" Şirkəti tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardad ilə şikayət qismən təmin edilərək, qərardadla müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçınayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15 mart 2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin İddiaçınayi və Ticarət Anoni m Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 19.11.2014-cü il tarixli 2(105)-1957/2014 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamənin qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi ilə Abşero n Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə cavabdehdən iddianı təmin etmə tətbiri nəticəsində vurulmuş zərərə görə 165013 ABŞ dollarının tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İlkin iddia üzrə iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə ə saslandırmışdır ki, göründüyü kimi, Cavabdeh əsassız iddia qaldırması və bununla əlaqədar iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkətinə ödənilməli olan 600000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində "xxxx" Şirkəti külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunan tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi 1 USD =0.7843 AZN olmuşdur. Ali Məhkəmənin MK-nın 16.06.2016-cı il tarixli qərarının qəbul edildiyi gün isə Mərkəzi Bankın AZN/ABŞ dolları məzənnəsi 1 USD =1.515 AZN olmuşdur. Beləliklə, "xxxx" Şirkətinin pul vəsaitlərinin üzərinə əsassız iddia qaldırılması nəticəsində həbs qoyulmasaydı, o, öz pul vəsaitlərini ABŞ dollarına mübadilə etməklə 765013 ABŞ dolları əldə etmiş olardı. Belə ki, "xxxx" Şirkəti Türkiyə Respublikasının hüquqi şəxsidir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur və Azərbaycan Respublikasında aldığı pulları ABŞ dollarına mübadilə edir. Göründüyü kimi, iddiaçıya dəymiş birbaşa zərər 165013 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinə əsasən, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələ nməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

9. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə 300000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli 2(004)-16302/2016 saylı qərardadı ilə iddianı təmin etmə tədbirinə dair ərizə təmin edilmiş, ünvan 1i ünvanında yerləşən 50.0 ha torpaq sahəsinin, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha torpaq sahəsinin, “VAZ 21070” markalı, **NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “V AZ 21074” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və həmin əmlakların özgəninkiləşdirilməsinin və ya digər formada yüklü edilməsinin qadağan olunması qərara alınmışdır. İddiaçının verdiyi ərizə əsasında qəbul edilən qərardad nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, ünvan 1i ünvanında yerləşən 50.0 ha torpaq sahəsi, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu halda həmin əmlakları alqısatqı yolu ilə digər şəxsin sərəncamına verə bilmir. Hal-hazırda respublikada daşınmaz əmlakların qiymətinin günü-gündən aşağı düşməsi nəzərə alınarsa, işə baxılıb yekun qərar qəbul edilənədək sözügedən əmlakların qiymətinin hansı həddə kimi düşəcəyi və ona hansı məbləğdə ziyan dəyəcəyi sual altına düşür. İddianın və iddianın təmin tədbirinə dair ərizənin əsassız olması açıq-aşkardır. Qeyd edilən faktlar hazırkı halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsində müəyyən edilmiş halların olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, vaxtının itirilməsi üçün digər tərəfın və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfındən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Türkiyə Respublikasının "xxxx" X4 Turizm Sənayi və Ticarət Anonim Şirkəti tərəfındən əsassız iddia qaidırılması nəticəsi ndə 300000 manatdan çox zərərə məruz qalmışdır. Belə ki, əsassız iddianın qaldırılması onun qanuni yolla mülkiyyətinə aldığı əmlakdan sərbəst şəkildə istifadə edilməsinə, sərəncam verməsinə və digər formada bəhrələnməsinə maneçilik yaratmışdır.

11. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.08.2018-ci il tarixli, 16152 saylı ekspert rəyi ilə 12.08.2014-cü il tarixə 600000 manatın 765013.39 ABŞ dollarına bərabər olduğu müəyyən edilmişdir. Cavabdehin əsassız iddiası və iddianı təmin etmə tədbirinə dair ərizəsi nəticəsində pul vəsaitləri üzərinə həbs qoyulmasaydı, i ddiaçı almalı olduğu 600000 manatı 765013.39 ABŞ dollarına konvertasiya edərək, Türkiyədəki hesabına köçürəcəkdi. 12.02.2016-cı il tarixdə 600000 manat pul vəsaiti icra şöbəsinin depozitinə köçürülmüşdür. Göründüyü kimi, pul vəsaitlərinin üzərinə həbs qoyulması nəticəsində həmin pul vəsaitlərinin vaxtında konvertasiya edilərək, köçürülməsi imkanından məhrum edildiyindən "xxxx" Şirkətinə dəymiş ziyan 381073,35 ABŞ dolları olmuşdur. Bundan əlavə, pul vəsaitlərinin üzərinə həbs qoyulduğu tarixdən - 12.08.2014-cü il tarixdən pul vəsaitlərinin icra şöbəsinin depozitinə ödənildiyi tarixə -12.06.2016-cı il tarixədək 22 ay keçmişdir ki, bu müddət üçün də Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə cərimə ödənilməlidir. Ekspert rəyindən də göründüyü kimi, 12.08.2014-12.06.2016-cı il tarixləri üzrə Mərkəz i Bankın uçot faiz dərəcəsi ilə hesablanmış faiz məbləği 72275 manat (672275-60000) və ya 92152 ABŞ dolları (72275 manat /0.7843=92152) təşkil edir. Beləliklə, cavabdehin iddiaçıya vurduğu zərərin ümumi məbləği 476092 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunanlara və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilərək, Cavabdeh iddianı təmin etmə tədbirinin tətbiq edilməsi nəticəsində vurulmuş zərər məbləğini təşkil edən 476092 ABŞ dollarının tutularaq, İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 17 sentyabr 2018-ci il tarixli, 2(004)-123/2018 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Ca vabdeh 381.073,35 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin 116 manatının ilkin iddia üzrə Cavabdeh, 29 manatının ilkin iddia üzrə İddiaçındən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

13. Məhkəmə, ilkin iddia üzrə Mülki Məcəllənin 21.1-ci və Mülki Prosessual Məcəlləsinin 164-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla iddiaçı Cavabdehlər "xxxx" MMC-yə, "xxxx" X4 Turizm Sənayi və Ticarət Anonim Şirkətinə və başqalarına qarşı iddia tələbinə dair iş üzrə həmin şirkətə ödənilən 600000 manat pul vəsaitinin iddianı təmin etmə tədbiri altında saxlanılması və nəticədə iddianın rədd edilməsi nəticəsində ilkin iddiaçının mülkiyyətində olan pul vəsaitindən istifadə etmək, onun üzərində sərəncam vermək hüquqlarından məhrum olması və ona zərər vurulması təsbit edilmişdir. Bu səbəbdən ilkin iddiaçı ona dəymiş ziyanın əvəzini tələb etməkdə haqlıdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.08.2018-ci il tarixli, 16152 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 12.08.2014-cü il tarixə 600000 manat 765 013.39 ABŞ dolları təşkil edir. İş materiallarından da görünür ki, iddiaçı Türkiyə Respublikasını n hüquqi şəxsidir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur. Bu səbəbdən məhkəmə, həmin pul vəsaitlərinin xarici valyutaya konvertasiya edilərək, köçürülməsi barədə iddiaçının dəlillərini əsaslı hesab etmişdir. Digər tərəfdən, ABŞ dollarının geniş yayılmış valyuta olması, şirkətlərin digər ölkələrlə biznes münasibətlərində ən geniş istifadə olunan valyuta növü olması da iddiaçının dəlillərinin əsaslı olmasına dəlalət edən hal kimi qiymətiləndirilir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.İmanov) 30 yanvar 2019-cu il tarixli, 2(103)-785/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 s entyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddianın qismən təmin olunmuş hissəsində və ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Ə.Şadiyev) 2(102)-4585/2019 nömrəli iş üzrə 10 iyul 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 30 yanvar 2019-cu il tarixli qətnaməsi Cavabdeh şirkətin xeyrinə 381.073,35 ABŞ dollarının tutulmasına dair hissədə ləğv edilməklə, həmin hissəyə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, şirkət pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış, eləcə də, şirkətə real zərər dəyməsi işdən görünmür. Kollegiya hesab etmişdir ki, hazırkı vəziyyətdə maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Bu şərtlə ki, iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsun. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şirkətin 600.000 manatı ABŞ dollarına konvertasiya edəcəyi barədə istinad etdiyi əsas mülahizə xarakteri daşımaqla müvafiq sübutlarla təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanuni əsas kimi MPM-nin 164-cü maddəsinə istinad etsə də, gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Bundan başqa, Cavabdeh şirkətin xeyrinə tutulması qət edilmiş pul vəsaiti “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndinin ziddinə olaraq xarici valyuta ilə göstərilmişdir. Kollegiya hesab etmişdir ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. ç) Apellya siya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), K.Əkbərov və A.İmanov) 20 noyabr 2019-cu il tarixli, 2(103)-11918/19 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2(004)-123/2018 saylı qətnaməsi qismən ilkin iddia üzrə Cavabdeh 381073,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1ci, 21.2-ci və MPM-nin 164-cü maddələrinə istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, şirkət pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış, eləcə də işin hallarından şirkətə real zərər dəyməsi müəyyən edilmir. Hazırkı vəziyyətdə iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. 600000 manat pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva ( sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İsgəndərov) 2(102)-1230/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11918/2019 nömrəli, 20 noyabr 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialının 10.07.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, “Filialımızda olan 20457 nömrəli USD (dollar) hesabınıza Azərbaycandan Səba ASC firması tərəfindən aşağıda təfərrüatları yazılan 5 ədəd əməliyyat üzrə cəmi 790.494,11 USD-lik məbləğ hesabınıza müvafiq tarixlərdə oturmuşdur: 28/03/2014 tarixində-127.492,23 USD; 16/04/2014 tarixində- 280.494.90 USD; 15/05/2014 tarixində - 127.394,77 USD; 18/06/2014 tarixində127.492,23 USD; 22/07/2014 tarixində-127.495,98 USD”. Arayışdan göründüyü kimi, pul vəsaitlərinin üzərinə həbs qoyulana qədər iddiaçıya ödənilməli olan məbləğlər ABŞ dollarına konvertasiya edilməklə onun Türkiyə Respublikasındakı “Akbank” T.A.Ş-nin Elmadağı Filialındakı hesabına köçürülmüşdür. Məbləğlərin ABŞ dollarına konvertasiya edilməklə köçürülməsi bir neçə dəfə mütəmadi olaraq həyata keçirilmiş, iddianı təmin etmə tədbirindən sonra dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların dəyərləndirilməsi ilə bağlı əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərini pozaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini yer inə yetirməmişdir. Çünki həmin qərarda qeyd edilmişdir ki, hazırkı mübahisə Mülki Məcəllənin 21-ci və Azərbaycan Respublikası MPM-nin 164-cü maddəsinin tələbləri baxımından həll olunmalıdır. Əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qanuni əsas kimi MPM-nin 164-cü maddəsinə istinad etsə də, gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Barəsində iddia təmin tədbiri görülmüş 600000 manat məbləğində pulun İddiaçınayi və Ticarət Anonim Şirkətinə də məxsus olması işin mübahisəsiz hallarındandır və hazırki mübahisə üzrə prosessual norma olsa da, Mülki Prosessual Məcəllənin 164-cü maddəsi faktiki olaraq maddi hüquq norması kimi çıxış edir. Həmin normaya əsasən isə məhz iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təm in edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 12 avqust 2020-ci il tarixli 2(103)-5080/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni “381.073,35 ABŞ dollarının cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddiası təmin edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı vəziyyətdə iddiaçı Şirkət adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Eyni zamanda sözügedən pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. İddiaçı Şirkətin təqdim etdiyi Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialında olan USD hesablarına 2014-cü ildə "xxxx" ASC-dən daxil olmuş müxtəlif məbləğlərdə ABŞ dollarında ifadə olunmuş ödənişlərlə bağlı məhkəmə qeyd etmişdir ki, bu heç də iddiaç ının zərərə düşməsi anlamına gəlməməlidir. Belə ki, həmin ödənişlər USD ilə aparılmışdır və 600.000 manatı da "xxxx" ASC USD ilə həyata keçirə bilərdi. Məhkəmə həmçinin qeyd etmişdir ki, şirkətin hesabına Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qoyulan zaman Azərbaycan manatının dəyəri ABŞ dollarına nisbətdə daha çox olmuşdur. Həmin dövrdə pul vəsaitlərinin Azərbaycan manatı ilə toplanması daha sərfəli idi və ABŞ dollarının dəyərinin Azərbaycan manatın nisbətdə qalxması gözlənilməz olmuşdur. Göründüyü kimi, apellyasiya araşdırması nəticəsində məhkəmə tərəfindən cavabdehin iddiaçı Şirkətə ziyanın vurulması iş materialları ilə təsdiq olunmur. ə) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov (sədrlik e dən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) 2(102)-1500/2021 nömrəli iş üzrə 30 mart 2021ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5080/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı sübutemtə ilə bağlı üzərinə düşən vəzifəni icra edərək pul vəsaitinin üzərinə cavabdehin tələbi ilə həbs qoyulması, həbsin qoyulmasının əsası kimi çıxış edən cavabdehin iddiasının rədd edilməsi, pul vəsaitinin iki ildən artıq icra qurumunun depozit hesabında saxlanması, həmin müddət ərzində ölkədə devalvasiya baş verməsi, milli valyutanın ABŞ dollarına nisbətdə iki dəfə dəyərini itirməsi hallarını sübuta yetirmişdir. Eyni zamanda iddiaçı həmin vəsaitin nizamnamə kapitalındakı payının satışı ilə bağlı ona verilməli olduğunu, vəsaiti Türkiyədə yerləşən ABŞ dolları hesabına mütəmadi olaraq köçürülməli olduğunu bildirmiş və müvafiq sübutlar təqdim etmişdir. İşin müəyyən edilmiş həmin halları nəzərə alınmaqla iddiaçıya ümumiyyətlə zərər dəyməməsi əsası ilə iddianın rədd edilməsi istisnadır. Çünki iddiaçı digər əsaslardan çıxış etməsə belə ən azından iddiaçıya məxsus olan 600.000 manat pul vəsaiti cavabdehin hərəkətləri nəticəsində icra qurumunun depozit hesabında hərəkətsiz saxlanmaqla ona zərər dəymişdir. Şirkətə ümumiyyətlə zərər dəyməməsi və ya daha az miqdarda zərər dəyməsi halını sübutemtə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəf sübut etməlidi r ki, pul vəsaitinin üzərinə həbs qoyulmasaydı iddiaçı şirkət onu elə Azərbaycanda manat hesabında saxlayacaqdı, istifadə etməyəcəkdi, ümumiyyətlə gəlir götürməyəcəydi, şirkət pulla davrana bilmədiyi üçün pulu israf edəcəydi, məhv edəcəydi, bağışlayacaqdı və s. f) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov İ.Şirinov) 09 iyul 2021-ci il tarixli 2(103)-5666/2021 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-123/2018 saylı mülki iş üzrə qəbul etdiyi 17 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddianın qismən təmin olunmuş hissəsində və ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – ilkin iddianın təmin olunmamış hissədə ləğv, ilkin iddianın tam təmin olunmasına, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfin dən iddiaçı Şirkətə qarşı "xxxx" iddia irəli sürülmüş və iddianı təmin etmə tədbiri kimi iddiaçı Şirkətin və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqaviləyə” əsasən "xxxx" ASCnin iddiaçı Şirkətə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manat üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadı (İş № 2(012)-3684/2014) ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Şirkət və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqaviləyə” əsasən "xxxx" ASC-nin Şirkətə 15.01.2015-ci tarixədək ödəyəcəyi 600.000 manat üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Şirkət tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 12.08.2014cü il tarixli qərardadi ilə görülmüş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək sözügedən 600.000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2014-cü il tarixli qərardadı (İş № 2(105)-1957/2014) ilə Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarıxli qətnaməsi (İş № 2(012)2357/2015) ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli qətnaməsi (İş № 2(105)-196/2016) ilə Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh əsassız iddia qaldırması və bunun la əlaqədar iddianı təmin etmə tədbiri kimi Şirkətə ödənilməli olan 600.000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində Şirkət külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Məhkəmə həmin maddələrinin (Mülki Məcəllə 439.3, 449.1, 449.2) hazırki işdə tətbiq edilə bilməməsini belə əsaslandırmışdır ki, “... hazırkı işdə isə qeyd olunan maddənin (MM 449.1) dispozitiv şərtləri mövcud deyildir. Çünki, Cavabdeh ərizəsi əsasında məhkəmə tərəfindən iddiaçının pul vəsaitlərinin üzərinə həbs qoyulması heç bir halda Cavabdeh tərəfindən həmin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırması kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh ərizəsi əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbiri barədə qərardada əsasən pul vəsaitləri Cavabdeh veril məmiş və onun tərəfindən istifadə edilməmişdir.” Məhkəmə tərəfindən maddi hüquq normasını bu tərzdə şərh edilməsi ilə razılaşmaq olmaz. Belə ki, üzərində həbs qoyulmuş pul vəsaitləri Cavabdeh verilməsə də və onun tərəfindən istifadə edilməsə də, nəticə etibarı ilə ilkin iddiaçı həmin pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Bu baxımdan Mülki Məcəllənin 439 və 449-cu maddələri həmin Məcəllənin 21-ci maddəsi və Mülki Prosessual Məcəllənin 164-cü maddəsini nəzərə alınmaqla tətbiq edilməlidir.

30. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən birbaşa və bilavasitə ÖZ- X4 Turizm Sənayi və Ticarət Ano nim Şirkətinin qanunvericiliklə nəzərdə tutulmuş heç bir hüququ və mənafeyi pozulmamışdır. Bununla belə, İddiaçı tərəfindən Cavabdeh hərəkətlərinin hüquqa zidd olmasına dair heç bir mötəbər, etibarlı sübut təqdim edilməmişdir, habelə məhkəmə tərəfindən iddianı təmin etmə tədbirinin qəbul edilməsinin təşəbbüskarı olan Cavabdeh məhz hüquqa zidd hərəkətləri nəticəsində, İddiaçınə zərər vurulmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Mülki iddia üzrə iddianın təmini tədbirlərinin tətbiq edilməsi haqqında ərizə ilə müraciət edərkən, Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını həyata keçirmişdir (realizə etmişdir) və buna görə də onun hərəkətləri hüquqa zidd kimi tövsif edilə bilməz. Cavabdeh qəsdən əsassız iddia verməsinə və o nun iddianın təmini tədbiri ilə Türkiyə Respublikasının "xxxx" X4 Turizm Sərnayi və Ticarət Anonim Şirkətinə zərər vurmaq niyyətində olmasına dair sübutlar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh ərizəsi üzrə alınan iddianın təmini tədbiri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsində göstərilmiş məqsədlərə cavab verir. İddiaçı Şirkət - İddiaçı adi mülki dövriyyə şəraitində (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübut təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan "əldən çıxmış fayda" iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Sözügedən pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 2(103)-5666/2021 saylı mülki iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi, iddiaçı Cavabdeh İddiaçınə qarşı "zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia tələblərinin rədd edilməsi hissəsində də qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-16302/2016 saylı, 22.12.2016-cı il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinə dair ərizə təmin edilmiş, ünvan 1ində yerləşən 50.0 ha torpaq sahəsinin, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha 15 illik müvəqqəti istifadə hüququ ilə torpaq sahəsinin, "VAZ-21070" markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı və "VAZ-21074" markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs q oyulmasına və həmin əmlakların özgəninkiləşdirilməsi və ya digər formada yüklü edilməsinin qadağan olunması qərara alınmışdır. İddiaçının verdiyi ərizə əsasında qəbul edilən qərardad nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, ünvan 1ində yerləşən 50.0 ha torpaq sahəsi, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu halda həmin əmlakları alqı-satqı yolu ilə digər şəxsin sərəncamına verə bilməmişdir. Son vaxtlar respublikada daşınmaz əmlakların qiymətinin günü-gündən aşağı düşməsi nəzərə alınarsa, işə baxılıb yekun qərar qəbul edilənədək sözügedən əmlakların qiymətinin hansı həddə kimi düşəcəyi və ona hansı məbləğdə ziyan dəyəcəyi sual altına düşür. İddianın və eləcə də iddianın təmin tədbirinə dair ərizənin əsas sız olması açıq-aşkardır. Qeyd edilən faktlar hazırkı halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsində müəyyən edilmiş halların olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. İddiaçı tərəfindən əsassız iddia qaldırılması nəticəsində 300 000 (üç yüz) manatdan çox zərərə məruz qalmışdır. Belə ki, əsassız iddianın qaldırılması onun qanuni yolla mülkiyyətində olan əmlakdan sərbəst şəkildə istifadə edilməsinə, onun üzərində sərbəst şəkildə sərəncam verməsinə və digər formada bəhrələnməsinə əsaslı maneçilik yaratmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi Cavabdeh İddiaçınə qarşı "zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia tələbini əsassız olaraq təmin etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında iştirak edən İddiaçı müdiri Akan Akan və vəkili Nümayəndə verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, qarşı tərəfin verdiyi kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılm alarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran t əqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya baxışının hədləri

40. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın təmin olun muş hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

44. Cavabdeh tərəfindən İddiaçınə qarşı pul tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASCnin "xxxx" Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan "xxxx" Şirkəti t ərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardad ilə şikayət qismən təmin edilərək, qərardadla müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçınayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15 mart 2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin İddiaçınayi və Ticarət Anonim Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19.11.2014-cü il tarixli 2(103)- 1957/2016 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29.08.2014-cü il tarixli 2(012)- 3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin 12.08.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamənin qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016- cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.08.2018-ci il tarixli, 16152 saylı rəyinə əsasən, 1-ci sual üzrə:12.08.2014-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600.000,00 manatın 765.013,39 ABŞ dolları (600.000 AZN 10,7843 AZN (məzənnə)=765.013,39 ABŞ dolları)); 2-ci sual üzrə: 12.02.2016-cı il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600.000,00 manat 381.073,35 ABŞ dolları (600.000.00 AZN 11,5745 AZN (məzənnə)=381.073,35 ABŞ dolları); 3-cü və 4-cü suallar üzrə: 12.08.2014-cü il tarixdən 12.02.2016-cı il tarixə kimi olan dövr üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcələri (üstəgəl 2 faiz bəndi olmaqla) ilə 600.000.00 manatın üzərinə hesablanmış faizlərlə 647. 758,33 manat; 12.02.2016-cı il tarixdən 01.08.2016-cı il tarixə kimi olan dövr üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcələri (üstəgəl 2 faiz bəndi olmaqla) ilə 600.000.00 manatın üzərinə hesablanmış faizlərlə 672.275,00 manat təşkil etdiyi müəyyən edilmişdir.

46. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Prosessual Məcəllənin 164-cü maddəsi də çıxış edir. Belə ki, həmin maddənin tələblərinə görə iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır.

47. Hazırkı işdə qeyd olunan bütün əsaslar mövcuddur, çünki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçı Cavabdehlər "xxxx" MMC-yə, İddiaçınayi və Ticarət Anonim Şirkətinə, X2, Akan Akana (üçüncü şəxs "xxxx" MMC) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki işdə iddiaçı tərəfindən iddianı təmin etmək haqqında ərizə verilmiş və həmin ərizə təmin olunaraq, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçınayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış 15.03.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin İddiaçınayi və Ticarət Anonim Şirkətinə 15.01.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin üzərinə ilkin olaraq (12.08.2014-cü il tarixdə) həbs qoyulmuş, sonradan isə (29.08.2014-cü il tarixdə) həmin vəsaitin məhkəmənin depozit hesabına keçirilməsi qə rara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(012)- 2357/2015 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.01.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2016-cı il tarixli qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Beləliklə, həmin mülki iş üzrə seçilmiş iddianın təmini tədbiri nəticəsində iddiaçı özünə məxsus olan 600000 manat məbləğində pul vəsaitindən 2014-cü ilin avqust ayından 2016-cı ilin iyun ayına qədər olan müddətdə istifadə edə bilməmiş və onun üzərində sərəncam vermək hüquqlarından məhrum olmuşdur.

48. Həmçinin iş materiallarından görünür ki, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsdir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur. Bu səbəbdən kollegiya həmin pul vəsaitlərinin xarici valyutaya konvertasiya edilərək, köçürülməsi barədə iddiaçının dəlillərini əsaslı hesab etmişdir. Digər tərəfdən, ABŞ dollarının geniş yayılmış valyuta olması, şirkətlərin digər ölkələrlə biznes münasibətlərində ən geniş istifadə olunan valyuta növü olması da iddiaçının dəlillərinin əsaslı olmasına dəlalət edən hal kimi qiymətləndirmişdir.

49. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı iddianı təmin etmə tədbirinin tətbiqi nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və iddiaçıya dəymiş zərərin məbləği isə aşağıdakı qaydada müəyyən olunmalıdır. Məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24.08.2018-ci il tarixli 16152 saylı rəyi verilmişdir. Həmin rəyə əsasən 12.08.2014-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600000,00 manatın 765013,39 ABŞ dolları, 12.02.2016-cı il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600000,00 manat 381073,35 ABŞ dolları olduğu müəyyən edilir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçıya dəymiş zərərin ümumi məbləği 383940,04 ABŞ dolları (765013,39 - 381073,35 = 383940,04) təşkil edir və iddiaçı həmin məbləğdə zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

50. Bununla yanaşı birinci instansiya məhkəməsi yalnız 381073,35 ABŞ dolları məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir. Lakin iddiaçı apellyasiya şikayətində qətnamənin həmin hissəsini mübah isələndirməmiş, cavabdeh isə yalnız ilk iddianın qismən təmin olunmuş hissəsini mübahisələndirmişdir. Apellyasiya baxışının həddi də həmin tələb üzrə yalnız 381073,35 ABŞ dollarının cavabdehdən tutulması hissəsindən ibarət olduğundan, kollegiya hesab etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

51. Kollegiya bildirir ki, apellyasiya baxışının predmeti olan həmin hissədə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessu al hüquq normaları düzgün tətbiq olunmuşdur, qarşılıqlı iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Bununla belə Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini “ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi” hissələrində yoxlamağa və həmin məsələlərə dair qətnamə çıxarmağa haqlı olmamışdır.

53. Belə ki, həmin hissələrin rədd edilməsi haqqında birinci instansiya məhkəməsinin qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışd ır. Başqa sözlə, həmin tələblər artıq həll olunmuş və bu barədə qətnamə qanuni qüvvəsini almışdır.

54. Bu hal ona dəlalət edir ki, göstərilən tələblər sonuncu apellyasiya baxışının predmeti olmadığı halda sözügedən məsələlərə dair qətnamə çıxarılmışdır. Ona görə də, qətnamə həmin hissələrdə ləğv edilməli, bu hissələrlə bağlı kassasiya şikayətləri də təmin olunmamamlıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5666/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsinin “ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edil məsi hissələrində dəyişdirilmədən saxlanılması” hissələri ləğv edilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar