Məhkəmə qərarları › İş №2(102)-4880/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4880/2018

09.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4880/2018 09.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4880/2018 09 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu, Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nin iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2018-ci il tarixli 2(104)-170/2018 nömrəli qətnaməsindən Cava bdeh1 və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8115,70 ABŞ dolları əsas borc, 951,63 ABŞ dolları faiz, 167,09 ABŞ dolları cərimə, cəmi 9.234,42 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə əmr çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 09.12.2016-cı il tarixli 2(058)-2314/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh1 05.01.2016-cı il tarixdə məhkəməyə ərizə göndərərək sözügedən məhkəmə əmrinə etiraz etdiyini bildirmiş, etiraz təmin edilməklə iş üzrə iddia icraatına keçilmişdir. Samux Rayon Məhkəməsinin (hakim S.Zeynalova) 15.02.2017-ci il tarixli 2(058)2 39/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17.11.2014-cü il tarixli 2669micGNDJ/14 nömrəli əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8.115,70 ABŞ dolları əsas borc, 951,63 ABŞ dolları faiz, 167,09 ABŞ dolları cərimə olmaqla, cəmi 9.234,42 (doqquz min iki yüz otuz dörd ABŞ dolları qırx iki sent) ABŞ dollarının milli manat ekvivalentində və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Ç.Məmmədov, hakimlər F.Mehtiyev, Ş.Rzaquliyev) 09.03.2018-ci il tarixli 2(104)-170/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Samux Rayon Məhkəməsinin 1 5.02.2017-ci il tarixli 2(058)-239/2017 saylı qətnaməsi faiz borcunun hesablanması hissəsində dəyişdirilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.115,70 ABŞ dolları əsas, 894,56 ABŞ dolları faiz, 167,09 ABŞ dolları cərimə, cəmi 9.177,35 (doqquz min bir yüz yetmiş yeddi ABŞ dolları otuz beş sent) ABŞ dollarının milli manat ekvivalentində tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, cəmi 50 manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X2 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, faiz yenə də həddindən artıq çox hesablanmışdır. Kredit müqaviləsi üzrə faiz borcu düzgün hesablanmamışdır. Bu səbəbdən, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2018-ci il tarixli qətnaməsinin kredit borcunun faizlərinin hesablanması hissəsində ləğv edilərək, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2013-cü il tarixli 1137micGNDJ/13-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsi və 17.11.2014-cü il tarixli 2669micGNDJ/14 nömrəli əlavə k redit müqaviləsindən görünür ki, ona 20.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə 48 ay müddətinə 20.000 manat kredit xətti ayrılmış və 17.11.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən məqsədli istifadə üçün borcluya 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 11.500 ABŞ dolları kredit verilmişdir. 20.12.2013-cü il tarixli 1137micGNDJ/13-EM nömrəli müqavilə zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən də imzalanmışdır. 17.11.2014-cü il tarixli 2669micGNDJ/14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, 17.12.2014-cü il tarixdən başlayaraq hər ay 626 ABŞ dolları, axırıncı ay isə 611,08 ABŞ dolları aylıq annuitet müəyyən edilməklə 15.009,08 ABŞ dolları ödənişin 17.11.2016-cı ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Ödəniş cədvəli Unibankın Gəncə filialın ın nümayəndəsi X5 və borcalan Cavabdeh1 tərəfindən imzalanmışdır. 04.08.2016-cı il tarixli BANK/PİKMD/552420 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya həmin tarixə əsas borcu 8.115,70 ABŞ dolları, faiz 951,63 ABŞ dolları, cərimə 167,09 ABŞ dolları, cəmi borcu 9.234,42 ABŞ dollarıdır. 14.02.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka ödədiyi 6.927,88 ABŞ dolları məbləğindən 3.384,30 ABŞ dolları əsas borcundan, 3.320,65 ABŞ dolları faiz borcundan, 210,39 ABŞ dolları cərimə borcundan silinmə aparılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıqekspertizasının 25 yanvar 2018-ci il tarixli 14720 saylı rəyi ilə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 17.11.2014-cü il tarixli, 2669micG NDJ/14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 04 avqust 2016-cı il tarixədək əsas borcu 8249,42 ABŞ dolları, faiz borcu 894,56 ABŞ dolları, cəmi 9143,98 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Buna görə də, apellyasiya instansiya məhkəməsi iddia tələbləri həcmində və məhkəmə-mühasibatlıq ekspertizası rəyinə uyğun olaraq əsas borcun 8.115,70 ABŞ dolları, faiz borcunun 894,56 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuni hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə bir gə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icra sını tələb edə bilər. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora də yən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya və zaminlərə qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassator qətnaməni yalnız faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Bu hissə ilə bağlı araşdırma apararaq məhkəmə kollegiyası müəyyən etdi ki, apellyasiya instansiya məhkəməsi tutulmalı olan borcun məbləğini müəyyən edərkən Cavabdeh1 tərəfindən 04.08.2016-cı il tarixdən 19.05.2017-ci il tarixədək banka ödənilmiş 671,6 ABŞ dolları məbləğində vəsaiti nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2018-ci il tarixli 14720 saylı rəyindən görünür ki, ekspert kredit müqaviləsi üzrə 04.08.2016-cı il tarixədək yaranmış borcun məbləğini müəyyənləşdirmiş və həmin müddətədək borclu tərəfindən aparılmış ödənişləri nəzərə almış, borclu tərəfindən 04.08.2016-cı il tarixdən 19.05.2017-ci il tarixədək 671,6 ABŞ dolları ödəniş edildiyini müəyyən etsə də, bu ödənişlərin iddiada göstərilən tarixdən sonra baş verdiyinə göstərərək onların nəzərə alınmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən ekspertiza ilə müəyyən edilmiş faiz məbləği ilə razılaşaraq, birinci instansiya məhkəməsinin qətnaməsini faiz hissəsində dəyişdirsə də, qətnamə çıxarılan günə qədər borclu tərəfindən aparılmış və ekspert tərəfindən müəyyən edilən 671,6 ABŞ dolları ödənişi düzgün olmayaraq nəzərə almamış və həmin ödənişləri mövcud borcun məbləğindən çıxılmalı olub-olmamasına münasibət bildirməmişdir Halbuki həmin ödənişlər qətnamə çıxan günə kimi aparıldığından borc məbləği müəyyən edilərkən nəzərə alınmalı və faiz borunun məbləğindən azaldılmalı idi. Bu səbəbdən məhk əmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi- “Samux Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(058)-239/2017 saylı qətnaməsininfaiz borcunun hesablanması hissəsində dəyişdirilməsii və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 894,56 ABŞ dolları faiz borcu və cəmi 9177,35 ABŞ dolları (doqquz min bir yüz yetmiş yeddi dollar otuz beş sent) milli manat ekvivalentində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməli və cavabdehlərdən müştərək qaydada tutulmalı olan faiz borcu 222,96 ABŞ dolları, cəmi borc məbləği isə 8505,75 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, AzərbaycanRespublikasınınMPM-nin 417.1.2-cimaddəsinəəsasən ka ssasiyaməhkəməsiapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəyaqərardadınadəyişi klikedəbilər. Qətnamənin digər hissələri kassator tərəfindən mübahisələndirilmədiyindən həmin hissələr üzrə araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1in kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2018-ci il tarixli 2(104)170/2018 nömrəli qətnaməsi “Samux Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(058)239/2017 saylı qətnaməsininfaiz borcunun hesablanması hissəsində dəyişdirilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 894,56 ABŞ dolları faiz borcu və cəmi 9177,35 ABŞ dolları (doqquz min bi r yüz yetmiş yeddi dollar otuz beş sent) milli manat ekvivalentində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 222,96 ABŞ dolları faiz borcu və cəmi 8505,75 ABŞ dolları (səkkiz min beş yüz beş dollar yetmiş beş sent) milli manat ekvivalentində pul tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar