Məhkəmə qərarları › İş №2(102)-4881/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4881/2020

04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4881/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ iş № 2(102)-4881/20 İddiaçılar: İddiaçı1, İddiaçı3 Cavabdeh: Cavabdeh1 İddia: kanalizasiya xəttinin, su hovuzunun və hamamın sökülməsi, maddi zərərin ödənilməsi Açar sözlər: qonşuluq hüququ, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı3 və vəkili X1 iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-664/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavab deh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları ünvan 1 ev XXXun mülkiyyətindədir və sonuncu xx xxx 1978-ci il tarixdən İddiaçı3 ilə rəsmi nikahdadır. Həmin evin qonşuluğunda yerləşən Gəncə şəhəri X3 küçəsi döngə 4,2 saylı fərdi yaşayış evi Cavabdeh1ın sahibliyindədir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxx 2018-ci il tarixdə iddiaçılar iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onlara məxsus evin divarının yaxınlığında cavabdeh tərəfindən inşa edilmiş su hovuzunun və həmin hovuza gedən su xətti borusunun sökülməsi, evin altından keçən kanalizasiya xəttinin sökülüb cavabdehin hesabına kəsilərək digər istiqamətdə çəkilməsi, dəymiş ziyana görə cavabdehdən 619 manat tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların qonşusu olmaqla, cavabdehin kanalizasiya xətti iddiaçıların evinin altından keçir, həmin xətt tutulur və çirlkli su evin altına yığılır. Bunun nəticəsində evin divarları nəm çəkir, hətta belə davam edərsə, dağılacaqdır. Həmçinin cavabdeh hamam və su hovuzunu iddiaçıların evinin divarlarına yaxın tikdirmişdir. Su xətti xarab olduqda evin divarlarına su sızır və nəm çəkir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Həmçinin Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət nəticəsində kanalizasiya xətti təmizlənmiş, lak in problem həll edilməmişdir. İş üzrə alınmış xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə kanalizasiya xəttinin yerin altı ilə keçdiyi, bununla əlaqədar olaraq xəttin dəqiq yerini, istiqamətini, digər texniki göstəricilərini müəyyən etməyin mümkün olmadığı, eləcə də su hovuzu və kanalizasiya xətti üzrə layihə, digər texniki sənədlər və tikintiyə dair müvafiq icazələr mülki iş materiallarında olmadığından kanalizasiya xəttinin tikinti normalarına uyğun olubolmadığını müəyyən etməyin mümkün olmadığı, eyni zamanda ünvan 1 ünvanda yerləşən zirzəmi tikilisndə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri isə 619 manat müəyyən edilmişdir. İddiaçının istifadəsində olan evin mübahisəli su hovuzu tərəfində hasa r olmadığından tədqiqat aparılmamışdır. İş üzrə alınmış xx xxxx 2019-cu il tarixli təkrar ekspert rəyi ilə ünvan 1 evin zirzəmisində qazıntı işləri aparılmaqla evin alt hissəsində qonşuluqda olan Gəncə şəhəri X3 küçəsi döngə 4,2 saylı yaşayış evinə aid kanalizasiya xəttinin keçdiyi və həmin xəttin tikinti normalarına uyğun olmadığı, həmin xəttin qazıntı işləri aparılmaqla digər istiqamətdə çəkilməsinin mümkün olması müəyyən edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-68/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Ş.Qocayev) iddia təmin edilmiş, cavabdehə məxsus yaşayış evinə aid olan və iddiaçılara məxsus evin altından keçən kanalizasiya borusunun sökülərək çıxarılması və cavabdehin hesabına digər istiqamətdən çəkilməsi, cavabdehə məxsus fərdi yaşa yış evinin həyətində tikilmiş su hovuzunun sökülməsi və həmin su hovuzuna gələn su xəttinin kəsilməsi, cavabdehdən maddi zərərin əvəzi kimi 619 manat məbləğində pulun alınıb iddiaçılara verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,152, 157, 170, 1096, 1097 və 1115ci maddələrinə istinad edilməklə, qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus olan evin kanalizasiya xəttinin iddiaçılara məxsus yaşayış evinin altından keçməsi iddiaçıların mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. İddiaçıların mülkiyyətində olan sahədən başqa kanalizasiya xəttinin keçməsinə dözmək vəzifəsi yoxdur. Eyni zamanda ekspet rəyləri ilə də müəyyən edilir ki, kanalizasiya xəttinin iddiaçıların evi tərəfindən yox, başqa istiqamətdə çəkilməsi mümkündür. İddiaçılara dəym iş ziyan su hovuzundan su sızması nəticəsində yarandığından ziyanın ödənilməsindən əlavə olaraq gələcəkdə eyni halların təkrarlanmasının qarşısının alınması üçün cavabdehə məxsus su hovuzunun sökülməsi və həmin su hovuzuna gələn su xəttinin kəsilməsi zəruridir. Cavabdehin su hovuzu və su xətti öz sahibliyində olan ərazidə olsa da, onun bu hərəkətlərinə haqq qazandırmaq mümkün deyildir. Eyni zamanda iddiaçılara dəymiş ziyanın məbləği ekspert rəyi ilə 619 manat müəyyən edilmişdir. Rəydə göstərilən məbləğ məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla ziddiyyət təşkil etmir və ağlabatan məbləğdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq işin hallarını düzgün müə yyən etməmiş, işdə olan sübutlara tam, hərtərəfli və obyektiv araşdırmadan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-664/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov, F.Ə.Mehtiyev, Ə.İ.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdir, qətnamə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tə rəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən istifadə edilən və iddiaçılara məxsus evin altından keçən kanalizasiya xəttinin sökülərək başqa istiqamətdə çəkilməsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələblərinin təmin edilm əsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır və həmin hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Bununla bərabər, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehə məxsus fərdi yaşayış evinin həyətində tikilmiş su hovuzunun sökülməsi və su hovuzuna gələn su xəttinin kəsilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı hesab edilə bilməz. İddiaçılar cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş su hovuzunun sökülməsini, su hovuzuna gələn su xəttinin kəsilməsini tələb edirlər. İddiaçıların sökülməsini tələb etdikləri tikilinin yerl əşdiyi torpaq sahəsinə dair hər hansı hüquqlarının mövcud olmaması işin mübahisələndirilməyən halı olmaqla, onlar tələblərinin əsası kimi su hovuzunun evlərinin divarına yaxın sahədə yerləşməsi və bu səbəbdən həmin divarın nəm çəkməsi ilə əsaslandırmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülkiyyət hüququnun anlayışı və məzmununu müəyyən edən 152-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddədə həmçinin təsbit edilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və q anunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibə tlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların qeyd edilən tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamalarını araşdırmamışdır. Mülki qanunvericiliyin tələblərinə görə, cavabdeh ona məxsus torpaq sahəsinə sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Cavabdehə məxsus torpaq sahəsində su hovuzunun mövcudluğu onun mülkiyyət hüququndan sui-istifadəsi kimi və ya qonşuların hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Cavabdehin su hovuzundan düzgün istifadə etməməsi, nəzarətdən kənar saxlaması və bunun nəticəsində qonşuların əmlakına zərər dəyməsi isə müşayiət edilən təqsirli və hüquqa zidd əməlləri isə Mülk i Məcəllənin 1096-cı maddəsinə göstərilən mülki hüquq pozuntusu (delikt) hesab edilir və o, həmin normada göstərilən qaydada mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, iddiaçılar cavabdehə məxsus olan torpaq sahəsində mövcud olan tikililərin sökülməsini tələb etmək üçün subyektiv hüquqa malik deyillər. Apellyasiya məhkəməsi isə göstərilən xüsusatlara düzgün hüquqi qiymət verməməklə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə cavabdehə məxsus fərdi yaşayış evinin həyətində tikilmiş su hovuzunun sökülməsi və həmin su hovuzuna gələn su xəttinin kəsilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv e dilməli, həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə əsasən, həmin hissədə yeni qərar qəbul olunmasını mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-664/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehə məxsus fərdi yaşayış evinin həyətində tikilmiş su hovuzunun sökülməsi və həmin su hovuzuna gələn su xəttinin kəsilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin, h əmin hissədə iş üzrə yeni qərar qəbul edilsin, həmin hissədə iddia rədd edilsin, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar