Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4883/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-409/2020 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Ə.Şirinov, iş № 2(044)-93/2019) İddiaçı1-nin cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı kredit borcu tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1482,5 9 ABŞ dolları, faiz borcu üzrə 826,52 ABŞ dolları, 5 ABŞ dolları cərimə, cəmi 2314,11 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı1-nin xeyrinə tutulması, Cavabdeh1 dövlət rüsumunun ödənilməmiş 10 manat hissəsinin tutulub dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: R.Ş.Muradov, Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) İddiaçı1-nin cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı kredit borcu tələbinə dair iş üzrə İddiaçı1-nin iddiadan imtina barədə ərizəsi qəbul edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş, ekspertiza tədqiq atının dəyəri 145 manatın İddiaçı1-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi hesabına ödənilməsi qərara alınmışdır. İşin halları: xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı1 tərəfindən Cavabdeh1 3690 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2018-ci ilin may ayında İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 2421,29 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərərək ondan və zamin Cavabdeh2 həmin borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayo n Məhkəməsinin xx xxx 2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Həmin məhkəmənin xx xxx 2018-ci il tarixli qərardadı ilə xx xxx 2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qərardadın ləğv edilməsi və ekspertiza xərcinin tam şəkildə cavabdehlərdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydad a məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qərardad qismən ləğv edilərək, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, həmin rəyə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsaslanaraq ekspertiza tədqiqatının dəyərinin İddiaçı1dən tutulması barədə nəticəyə gəlmişdir. Kollegiya aşağıdakı səbəblərdən apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən olu nur ki, iş üzrə Cavabdeh1 iddia tələbinə etiraz edərək, faiz borcunun düzgün hesablanması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Belə olduqda məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 tutular aq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ekspertiza tədqiqatının dəyərinin tutulması hissəsində ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ek spertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4883/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4883/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver